Zaxarova Estoniyaya səfirliklərini saxlamaq üçün NATOdan pul istəməyi təklif edib
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, respublikanın hakimiyyət orqanları pula qənaət etmək üçün dünya üzrə 38 səfirlikdən 13-nü bağlamalı olacaq.
Missiya.Az xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 22-də maliyyə yardımı üçün NATO ölkələrinə müraciət edə biləcəklərini deyib.
Diplomat xatırladıb ki, onun estoniyalı həmkarı Tsahkna ölkənin səfirliklərinin sayının azaldılmasının qəti əleyhinədir. Çünki belə olan halda büdcəyə qənaət etmək yox, ölkənin bu halda görəcəyi böyük imic itkiləri barədə düşünmək daha vacibdir.
O əlavə edib ki, vəziyyətin absurdluğu ondan ibarətdir ki, Estoniyanın Kiyev rejiminə “Avropa dəyərlərini” qorumaq üçün kömək etmək imkanı var, lakin onun səfirliklərinin saxlanması üçün pul yoxdur.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















