Icma.az
close
up
RU
Razi Nurullayev: Sənədsiz evlərə qaz və işıq çəkilməlidir

Razi Nurullayev: Sənədsiz evlərə qaz və işıq çəkilməlidir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Hazırda ölkənin bir çox kənd və qəsəbələrində insanlar evlərinə sənəd ala bilmədikləri üçün qaz və işıq çəkdirə bilmir. Söhbət qeyri-qanuni tikililərdən getmir. Söhbət illərdir yaşayış olan, ailələrin məskunlaşdığı evlərdən gedir.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurulayyev deyib. Deputat yaşayış olan, lakin sənədsiz evlərə qaz və işıq çəkilməməsi faktlarının xüsusən kənd yerlərində ciddi problem olduğunu deyib.

“Ən acınacaqlısı isə odur ki, çox vaxt qaz borusu həmin evlərin düz önündən keçir. Texniki imkan var, qaz var, amma vətəndaşa deyilir ki, kupça, evin qeydiyyat sənədini gətir. Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün kupça almaq həm baha, həm də olduqca mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir. Nəticədə vətəndaşlar bu prosesdən imtina edir və deyir ki, evimdə donaram, amma bu sənədləşmə əzabını bir daha yaşamayacam. Bu artıq təkcə sosial məsələ deyil. Bu, insan ləyaqətinə toxunan bir problemdir. Kənd yerlərində yaşayan, illərdir evində məskunlaşan, lakin bu imtiyazlı kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailə var ki, mövcud mexanizmlərdən kənarda qalır. Bu insanlar nə sənədləşməni tamamlaya bilir, nə də kommunal xidmətlərə çıxış əldə edir".

Deputat bu kateqoriyadan olan insanlara güzəşt tətbiq edilməli olduğunu deyib.

"Mən hesab edirəm ki, məhz bu nöqtədə qanunvericilik yanaşması tamamlanmalıdır. Əgər dövlət müəyyən ailələr üçün sənədləşmə prosesində sosial ədaləti əsas götürürsə, eyni prinsip yaşayış faktı olan, lakin sənədsiz qalan evlərə minimum kommunal təminat məsələsində də tətbiq edilməlidir. Təklif edirəm ki, yaşayış faktı yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiqlənən fərdi yaşayış evlərinə, mülkiyyət sənədi olmadan da, minimum kommunal xidmətlər, xüsusən qaz və elektrik, müvəqqəti əsasla təmin edilsin və paralel olaraq bu ailələr üçün sadələşdirilmiş və əlçatan sənədləşmə mexanizmi tətbiq olunsun. Qaz lüks deyil. İstilik imtiyaz deyil. Bu, insanın yaşamaq üçün ən elementar ehtiyacıdır. Əgər boru evin önündən keçirsə, amma uşaq soyuqda qalırsa, burada problem vətəndaşda yox, sistemdədir. Biz qanunları insanlar üçün qəbul edirik və bu məsələ də məhz bu yanaşma ilə həll olunmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri