Icma.az
close
up
RU
Zaxarova: Qərb Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını ləngidib

Zaxarova: Qərb Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını ləngidib

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi Qərbin destruktiv təsiri səbəbindən dayanıb. Ermənistanın mövqeyi də tez-tez suallar doğurur".

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat xatırladıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokdan çıxarılması kimi son dərəcə vacib məsələnin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər arasında əldə etdikləri razılaşmalara uyğun olaraq, xüsusi üçtərəfli işçi qrupu yaradılıb.

"Bu çərçivədə həm hüquqi əsasların, həm də Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının qarşılıqlı suverenlik prinsipləri əsasında bərpasının texniki parametrlərinin razılaşdırılması üzrə böyük iş görülüb", - deyə o qeyd edib.

Bununla yanaşı, diplomat diqqətə çatdırıb ki, son vaxtlar bu istiqamətdə vəziyyət mürəkkəbləşib:

"Biz Qərb ölkələrinin destruktiv təsirini görürük. Bundan başqa, Ermənistan hakimiyyətinin mövqeyi bəzən, hətta tez-tez bizdə suallar doğurur".

Zaxarovanın sözlərinə görə, bu iki amil səbəbindən qrupdakı əməkdaşlıq və kooperasiya dayanıb.

"Əminik ki, adı çəkilən qrupda hərtərəfli qarşılıqlı əlaqənin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında irimiqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək, həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafını təmin edəcək", - deyə Zaxarova vurğulayıb.

//oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Mart 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see310

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see171

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see167

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see165

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see155

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see141

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see135

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see134

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see127

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see127

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see125

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see124

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see124

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see124

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri