Zaxarovadan Sikorskiyə cavab: Onun arvadını hamı tanıyır!
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Polşa xarici işlər naziri Radoslav Sikorski ölkəsində diplomatiyanı bir peşə kimi məhv edib. O, sağalmaz rusofobiyadan əziyyət çəkir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Xarici siyasət xidmətinin rəhbəri vəzifəsini tutan şəxs Polşada diplomatiyanı sözün əsl mənasında bir peşə kimi tapdalayıb və məhv edib. O, müəyyən qüvvələrlə — qlobal səhnə arxasındakı, belə desək, rusofobiyadan əziyyət çəkən və görünür, başa düşdüyüm qədəri ilə sağalmaz qüvvələrlə — əlaqəlidir.
Sikorskinin arvadının kim olduğunu bilirsiniz - xanım Applebaum. O, Amerika Birləşmiş Ştatları ilə sıx bağlıdır. Sikorski isteriyası ilə özü üçün danışır”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Polşa xarici işlər naziri Radoslav Sikorskinin BMT TŞ-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə bağlı iddialarına cavabı dünya mediasının gündəminə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Sentyabr 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















