Icma.az
close
up
RU
Zeekr Azərbaycan 9X modeli ilə bağlı rəsmi xəbərdarlıq etdi

Zeekr Azərbaycan 9X modeli ilə bağlı rəsmi xəbərdarlıq etdi

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Zeekr markasının ən son innovativ modeli – Zeekr 9X artıq təqdim olunub və qlobal bazarda böyük maraq yaradır. Öz müasir dizaynı, qabaqcıl texnologiyaları və gələcəyin mobillik baxışını əks etdirən bu model təqdimat mərhələsindən etibarən avtomobil dünyasında ciddi rezonans yaradıb.

Lakin təqdimatdan dərhal sonra ölkəmizdəki bəzi boz dilerlər və qara bazar satıcıları aktivləşərək, rəsmi dilerlərlə heç bir əlaqəsi olmadığı halda 9X modelinin ölkəyə gətiriləcəyini iddia edir, müxtəlif qiymətlərlə satışa çıxarılacağını vəd edirlər. Onların əsas məqsədi müştəriləri yanıldaraq, süni şəkildə aşağı qiymətlər göstərməklə maraq yaratmaq və bu yolla etibar qazanmaqdır. Bu cür qeyri-rəsmi satışlar nəticəsində alıcılar həm zəmanətsiz, servis dəstəksiz, həm də texniki baxımdan riskli avtomobillərlə üz-üzə qalırlar.

Zeekr Azərbaycan qəti şəkildə bildirir: Çin daxili bazarı üçün nəzərdə tutulan Zeekr 9X avtomobillərinə nə indi, nə də gələcəkdə rəsmi servis xidməti göstərilməyəcək. Bu, Zeekr Global və zavodun birbaşa tələbidir və dəyişməz qaydadır. Yəni boz dilerlər və qara bazar vasitəsilə gətirilən bütün 9X modelləri zəmanətsiz və servissiz qalacaq. Qara bazar və boz dilerlərin təklif etdiyi avtomobillər Azərbaycan bazarı üçün deyil, məhz Çin daxili bazarı üçün istehsal olunmuş modellərdir. Belə avtomobillərin istifadəsi və servis xidmətləri isə yalnız Çin ərazisi üçün nəzərdə tutulub.

Burada əsas məqamları vurğulamaq vacibdir: rəsmi dilerdən alınan hər bir avtomobil istehsalçı tərəfindən təsdiqlənmiş zəmanətə malik olur, orijinal ehtiyat hissələri ilə təmin edilir, təcrübəli mütəxəssislər tərəfindən texniki xidmət və proqram təminatı dəstəyi alır, daimi olaraq yenilənən proqramlar və təhlükəsizlik sistemləri ilə təmin olunur, müştərinin rahatlığı və təhlükəsizliyi üçün bütün rəsmi servis şəbəkəsinin imkanlarından yararlanır.

Müştərilərimizə tövsiyəmiz odur ki, avtomobil seçərkən yalnız rəsmi dilerlərə müraciət edin. Qara bazar və boz dilerlərin təkliflərinə inanmaq sizi həm maddi ziyana uğrada, həm də həyat təhlükəsizliyiniz üçün risk yarada bilər. Unutmayın – avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, həm də sizin və ailənizin gündəlik təhlükəsizliyi, komfortu və gələcək etibarlılığı ilə bağlı mühüm bir seçimdir.

Zeekr Azərbaycan olaraq biz hər zaman müştərilərimizə şəffaf şərtlərlə, beynəlxalq standartlara uyğun zəmanətlə və peşəkar servis dəstəyi ilə xidmət göstəririk. Əmin olun ki, yalnız rəsmi nümayəndə vasitəsilə alınan Zeekr modelləri sizə həm etibar, həm də uzunmüddətli rahatlıq gətirə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri