Icma.az
close
up
RU
Zəfər günü Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan, arzularının reallaşdığı tarixi gündür

Zəfər günü Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan, arzularının reallaşdığı tarixi gündür

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“44 günlük Vətən müharibəsi qəhrəmanlıq və şərəf tariximizdir. Bu tarixi günlərin müəllifi prezident İlham Əliyevdir. Ali Baş Komandanın qurduğu döyüş strategiyasına əsasən əks hücum əməliyyatlarına başlayan müəzəffər ordumuz, müharibənin hər bir gününü qələbəyə çevirməklə xalqımızda böyük sevinc və ruh yüksəkliyi yaratdı. Əslində İkinci Qarabağ müharibəsi zərurətdən irəli gəlmişdir. Çünki düşmənin ardıcıl təxribatları dözülməz vəziyyət yaratmışdı. 30 il idi ki, xalqımız Ali Baş Komandanın "irəli" komandasını gözləyirdi. Müharibənin elan olunmasından sonra on minlərlə gəncimiz döyüşə getmək üçün hərbi komissarlıqlara axışdı. Ölkədə Ali Baş Komandan, ordu və xalq birliyi "dəmir yumruq" kimi düşmənə zərbəyə çevrilmişdi”

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb.

Azər Badamov

“Xalqımızdakı ruh yüksəkliyi qələbəni hər gün yaxınlaşdırırdı. Axşam düşən kimi hamı televiziya ekranları qarşısında oturaraq ölkə başçısının xoş müjdəli tvitlərini intizarla gözləyirdi. Nəhayət 8 noyabrda qəhrəman ordumuz yüngül silahlarla qayaları dırmaşaraq Şuşa şəhərini işğalçılardan azad etdi. Şuşanın azad olunması düşmən ordusunun belinin qırılması demək idi. Belə ki, "sona qədər vuraşacağıq" deyən Paşinyan, ağ bayraq qaldıraraq atəşkəs üçün yalvarmağa başladı”-deyən deputat bildirib ki, məhz 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya olundu və qarşısına qoyulan bütün tələblərimizi icra etməyinə razı olduğunu bildirdi.

“Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə atılmadan azad edildi. Sonradan Ermənistanın baş naziri verdiyi vədləri unudaraq, üçtərəfli bəyanatın bəndlərini icra etməkdən boyun qaçırmağa başladı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində 20 sentyabr tarixində Qarabağdakı erməni separatçılığının kökünü kəsdik və ərazilərimizin suverenliyi bərpa olundu. Bu gün Azərbaycan bütövdür və hər il 8 noyabrı Zəfər Günü kimi böyük sevinclə bayram edirik.

Zəfər Günü xalqımızın arzusunun reallaşması günüdür. Çünki torpaqlarımız işğal altında olıduğu 30 ildə biz həmişə bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdıq. Bu gün bayrağımız nəinki Şuşada, həm də Xankəndində və azad olunmuş bütün ərazilərdə dalğalanır. Zəfərimiz bizi qürurlandırdı, başımızı uca etdi. Bu zirvəyə çıxarkən təəssüf ki, şəhidlər verməli olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan indiki qədər heç vaxt güclü olmayıb. Zəfərimiz bütün tarix boyu bizi qürurlandıraraq dünyaya qalib xalq kimi  tanıtdı. Azərbaycan dünya tarixinin son 70 ilində öz gücü ilə müharibə meydanında ərazilərini işğalçılardan azad edən yeganə ölkədir. Biz daha güclü olmalıyıq və zəfərimizi həzm edə bilməyən düşmənlərimizin bizə qarşı çirkin niyyətlərini yenidən həyata keçirməsinə bir daha fürsət verməməliyik.

Yaşasın, Ali Baş Komandan İlham Əliyev! Yaşasın, Azərbaycan xalqı! Zəfərimiz mübarək!”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri