Icma.az
close
up
RU
Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olundu FOTO

Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olundu FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub

4 noyabr 2025-ci il tarixində Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Polşanın Asiya və Sakit Okean Muzeyində Qarabağ xalçaçılıq məktəbinə aid "Malıbəyli" xalçasının Muzeyə hədiyyə edilməsi mərasimi təşkil edilib. Mərasimdə Polşa-Azərbaycan parlament qrupunun sədr müavini və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, Polşanın elm və incəsənət adamları, yerli media nümayəndələri, eləcə də bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.
Muzeyin direktoru Juzef Zalevski belə dəyərli hədiyyəyə görə Azərbaycanın Polşadakı Səfirliyinə minnətdarlığını ifadə edib. Bu xalçanın Muzeyin kolleksiyasını zənginləşdirəcəyini bildirən direktor həmçinin onu Muzeyə gələn ziyarətçilərin də maraqla qarşılayacaqlarına əmin olduğunu qeyd edib. Y.Zalevski Muzeyə bağışlanan bu xalçanın dostluq, qarşılıqlı hörmət və mədəni dəyərlərin qorunmasına hörmətlə yanaşan iki xalq - Azərbaycan və Polşa xalqları arasında körpü rolunu oynayacağına inamını bildirib.

Mərasimdə çıxış edən N.Qurbanova Azərbaycanda xalçaçılığın qədim tarixə, güclü ənənələrə və zəngin təcrübəyə əsaslandığını, tarixən coğrafi mövqeyinə, dizaynına, kompozisiyasına, rəng seçiminə və texniki xüsusiyyətlərinə görə ölkəmizdə 7 xalçaçılıq məktəbinin mövcud olduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, əsrlər boyu xalçaçılıq Azərbaycan mədəniyyəti və dekorativ sənətinin mühüm elementi olmuş, xalçalarımız xalqın ruhunu simvolizə etmiş və tariximizdəki mühüm hadisələri əks etdirmişdir. Azərbaycan xalçalarının keyfiyyəti və yüksək bədii dəyəri ilə bütün dünyada məşhur olduğunu vurğulayan səfir bir çox xalça nümunələrimizin dünyanın nüfuzlu muzeylərində nümayiş etdirildiyi əlavə edib.  

Həmçinin bir sıra önəmli tarixləri xatırlayaraq səfir N.Qurbanova cari ildə Azərbaycan xalçaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15-ci, eyni zamanda ötən il Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 30-cu ildönümünün qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb. 24 element ilə Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısında 5-ci pillədə qərarlaşdığı vurğulanıb.

Dünyada mövcud olan, demək olar ki, bütün növ xalça və kilimlərin Azərbaycanda istehsal olunduğunu xüsusi qeyd edən N.Qurbanova onların hər kvadrat desimetrə düşən ilmələrin sayı ilə müəyyən edilən çox yüksək sıxlığı ilə seçildiyini, məhz bu baxımdan Azərbaycan xalçalarının uzun ömürlü olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan Milli Xalça Muzeyi barədə danışaraq iştirakçılara Muzeyin yaradılması, fəaliyyəti, zəngin kolleksiyası barədə ətraflı məlumat verib. Muzeyin Şuşa şəhərində yerləşən filialından bəhs edərək onun 1987-ci ildə təsis edildiyini, burada müxtəlif adlarda eksponatların nümayiş olunduğunu, 1992-ci ildə Şuşanın işğalından sonra Şuşa filialının binasının dağıdıldığını və Muzeyin kolleksiyasiyasından bəzi nümunələrin təxliyə edildiyini bildirib. 

Bu mərasimin ölkəmizdə - Zəfər Günü kimi qeyd olunan bayram ərəfəsində keçirilməsi təsadüfi deyil. Bu qələbə sadəcə hərbi uğur deyil, eyni zamanda mənəvi, tarixi və mədəni bir qələbə idi. Bu, həyatın dirçəldilməsi - muzeylərin, teatrların və dini ziyarətgahların yenidən qurulması, musiqinin, sənətkarlığın və ənənələrin geri qaytarılması demək idi. 31 ildən sonra 2023-cü ildə yenidən ziyarətçilərin üzünə açılan Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı bu dirçəlişin bariz nümunəsidir.

Səfir həmçinin Muzeyə hədiyyə olunan "Malıbəyli" xalçası barədə qonaqlara ətraflı məlumat verib. Bu xalçanı Asiya və Sakit Okean Muzeyinə bağışlamaqla, Muzeyin mədəniyyətlərarası anlaşmanı və zəngin Şərq irsini təşviq etmək kimi əlamətdar missiyasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Daha sonra Muzeyin əməkdaşı Karolina Kşıvitska Qarabağ xalçaçılıq məktəbi, bu xalçaçılıq məktəbinə aid olan "Malıbəyli" xalçası barədə qonaqları ətraflı məlumatlandırıb və ənənəvi Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş olunub.

Tədbir çərçivəsində səfir N.Qurbanova Polşanın TVP televiziyasında yayımlanan "Dobrego dnia" verilişinə müsahibə verib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Noyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see220

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see210

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri