® Zəfər Günü münasibətilə “PAŞA Holding” və “Bravo” şəhid ailələrinə bayram sovqatları çatdırıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Zəfər Günü münasibətilə şəhid ailələrinə bayram sovqatları təqdim edib.
“PAŞA Holding” 2023-cü ildən etibarən 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günü münasibətilə şəhid övladlarına “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.
Zəfər Günü münasibətilə nəzərdə tutulan sovqatlar noyabr ayının əvvəlindən etibarən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə şəhid ailələrinə çatdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən etibarən layihəyə antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da daxil edilib. Hazırda proqram 44 günlük Vətən müharibəsində, zəfərdən sonra baş vermiş sentyabr təxribatları və antiterror tədbirləri zamanı şəhid olmuş şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən artıq övladını əhatə edir.
Xatırladaq ki, proqram çərçivəsində həmçinin təhsil və səhiyyə sahələri üzrə dəstək tədbirləri də həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Noyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















