Icma.az
close
up
RU
Zəfər Gününün beş illik hesabatı: Güc, birlik, qələbə

Zəfər Gününün beş illik hesabatı: Güc, birlik, qələbə

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

8 Noyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün xalqımızın azadlıq iradəsini, ordumuzun qüdrətini və dövlətimizin qətiyyətini bir daha bütün dünyaya nümayiş etdirən Zəfər Paradı keçirildi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən beş il ötür. Beş il sonra Azərbaycan, Zəfərin beşinci ildönümünü sadəcə xatırlamadı onu yaşatdı, göstərdi və dünyaya təqdim etdi.

Birlik və həmrəylik mesajı

Bu ilki Zəfər Paradının ən yaddaqalan məqamlarından biri də Türkiyə və Pakistan dövlət rəhbərlərinin Bakıda, Azadlıq meydanında Azərbaycanın yanında yer alması idi.

Tribunada dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqları təkcə dostluğun deyil, ümumi tarix, ortaq inanc və bölünməz qardaşlıq ruhunun rəmzinə çevrildi.

Türkiyə Prezidenti və Pakistanın yüksək səviyyəli nümayəndə heyəti ilə yanaşı dayanan Azərbaycan Prezidenti İlham Əliyev, bir daha dünyaya göstərdi ki, bu qardaş xalqları təkcə diplomatik münasibətlər deyil, qan, iman və Zəfər birləşdirir.

O an Azadlıq meydanında üç dövlətin bayraqları eyni küləklə dalğalanır, bir səs, bir nəfəs kimi “Zəfər bizimdir!” deyirdi. Bu mənzərə təkcə bir parad deyil, ümumtürk həmrəyliyinin canlı simvolu idi.

Müasir silah, Müasir ordu

Parad zamanı nümayiş olunan hərbi texnika bir daha sübut etdi ki, Azərbaycan Ordusu regionda ən müasir və çevik silahlı qüvvələrdən biridir. Meydandan keçən zirehli texnikalar, pilotsuz uçuş aparatları, artilleriya sistemləri və modern hava hücumundan müdafiə vasitələri təkcə güc nümayişi deyil, həm də ölkəmizin müdafiə sənayesində əldə etdiyi irəliləyişlərin canlı göstəricisidir.

Zəfər paradında yer alan Bayraktar TB2, Harop, İti Qovan və digər dronlar Azərbaycanın müharibə dövründə yaratdığı yeni taktiki üstünlüyü xatırlatdı. Bununla yanaşı, modernləşdirilmiş T-90 tankları, LORA raket sistemləri, Polonez və Kasırğa tipli uzaqmənzilli atəş vasitələri də meydanda güc nümayiş etdirdi.
Bu texnikalar yalnız silah deyil onlar Azərbaycanın müstəqil hərbi siyasətinin, yəni öz gücünə arxalanmaq prinsipinin təcəssümüdür.

Görünməz qüvvənin görünən zəfəri

2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunda təxminən 2000 nəfər Xüsusi Təyinatlı Qüvvə (XTQ) var idi. Bu gün isə yalnız parad meydanında 4000 yüksək təlimli XTQ iştirak etdi.
Bu, cəmi beş il ərzində iki dəfədən çox artım deməkdir və bu da yalnız qüvvələrin bir hissəsidir.

XTQ-lərin sıralarından keçən hər bir əsgərin addımı Zəfərin ruhunu və şəhidlərin xatirəsini daşıyırdı. Onların qətiyyətli baxışları, nizamlı addımları və peşəkar hazırlığı Azərbaycan Ordusunun müasir və dönməz gücünü əks etdirirdi. Bu qüvvələr həm texniki, həm taktiki, həm də mənəvi baxımdan Azərbaycanın hərbi qüdrətinin onurğa sütunu sayılır.

Prezident İlham Əliyevin paradda söylədiyi kimi:

“Ordumuz bütün regionda sülhün və təhlükəsizliyin zəmanətidir. Azərbaycana qarşı işğal törətməyə heç bir dövlətin cəhd etməsinə imkan verilməyəcək".

Bu sözlər sadəcə bəyanat deyil, gücün diplomatiyaya çevrilmiş ifadəsidir. Azərbaycan bu gün regionda sabitliyin, ədalətin və sülhün təminatçısıdır. Güclü ordu yalnız müharibə üçün deyil, sülhün qorunması üçün də vacibdir.
44 günlük müharibədən sonra beş il ərzində ölkəmiz təkcə sərhədlərini deyil, bütün regionun təhlükəsizliyini qoruyan qüvvəyə çevrilib.

Güclü dövlət – güclü ordu

Azərbaycan artıq təkcə iqtisadi və diplomatik sahədə deyil, həm də hərbi baxımdan dünyanın ən güclü ordularından biri kimi tanınır.
Müasir silah sistemləri, milli istehsal gücü, yüksək hazırlıqlı şəxsi heyət və strateji müttəfiqlik siyasəti ölkəmizin müdafiə gücünü daha da artırır.

Zəfər Paradı bir daha göstərdi ki, bu gün Azərbaycan yalnız öz sərhədlərinin deyil, həm də regional sülhün keşiyində duran qüdrətli dövlətdir.

Qardaş ölkələrin liderlərinin Bakı səmasında dalğalanan bayraqları isə bu gücün tək bir dövlətin deyil, bütün Türk-İslam dünyasının qələbəsi olduğunu dünyaya nümayiş etdirdi.

Yusif Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri