Icma.az
close
up
RU
“Zəfər” İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində iştirak edib FOTO

“Zəfər” İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində iştirak edib FOTO

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və İctimai Birliyin İdarə Heyətinin üzvü Nərmin Xəlilova Danimarkanın Kopenhagen şəhərində keçirilən “Zəfər” tədbirində iştirak ediblər.

Moderator.az xəbər verir ki, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən “Zəfər” tədbirində çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Danimarkada belə bir tədbirin təşkilinə görə “Vətən” Cəmiyyətinə təşəkkürünü bildirib, Zəfər Gününün bütün dünyada qeyd edilməsinin qürurverici olduğunu diqqətə çatdırıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əks olunduğu Zəfər gününə həsr olunan videoçarx nümayiş olunub, vətənpərvərlik mahnılarının, milli musiqimizin sədaları altında üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycan xalqının qüdrətinin rəmzinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin bir əsrin hüdudlarına sığmadığı vurğulanıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova tədbirdə çıxış edərək Zəfər Günü ilə bağlı keçirdiyi qürur hissini tədbir iştirakçıları ilə bölüşüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısını vurğulayıb. “Şəhid ailələri hər zaman ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir. Mehriban xanımın şəhid ailələri ilə görüşünü heç vaxt unutmaram. O görüşdən sonra özümü daha güclü hiss etdim”, - deyə bildirib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilovanın, AYB-nin fəxri üzvü, yazar Eluca Atalının, Danimarkada yaşayan türk tarixçi Bahadur Gülerin çıxışları alqışlarla qarşılanıb. Kopenhagendə doğulub-böyüyən balaca soydaşımız Davud Qubatovun ifasında şəhidlərə həsr olunan şeir, türk sazının mahir ifaçısı Fərhad Uğurun çıxışı iştirakçıların zövqünü oxşayıb, tədbirin ruhuna ruh qatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri