Icma.az
close
up
RU
“Zəfər” İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində FOTO

“Zəfər” İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və İctimai Birliyin İdarə Heyətinin üzvü Nərmin Xəlilova Danimarkanın Kopenhagen şəhərində keçirilən “Zəfər” tədbirində iştirak ediblər.

Modern.az xəbər verir ki, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən “Zəfər” tədbirində çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Danimarkada belə bir tədbirin təşkilinə görə “Vətən” Cəmiyyətinə təşəkkürünü bildirib, Zəfər Gününün bütün dünyada qeyd edilməsinin qürurverici olduğunu diqqətə çatdırıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əks olunduğu Zəfər gününə həsr olunan videoçarx nümayiş olunub, vətənpərvərlik mahnılarının, milli musiqimizin sədaları altında üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycan xalqının qüdrətinin rəmzinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin bir əsrin hüdudlarına sığmadığı vurğulanıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova tədbirdə çıxış edərək Zəfər Günü ilə bağlı keçirdiyi qürur hissini tədbir iştirakçıları ilə bölüşüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısını vurğulayıb. “Şəhid ailələri hər zaman ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir. Mehriban xanımın şəhid ailələri ilə görüşünü heç vaxt unutmaram. O görüşdən sonra özümü daha güclü hiss etdim”, - deyə bildirib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilovanın, AYB-nin fəxri üzvü, yazar Eluca Atalının, Danimarkada yaşayan türk tarixçi Bahadur Gülerin çıxışları alqışlarla qarşılanıb. Kopenhagendə doğulub-böyüyən balaca soydaşımız Davud Qubatovun ifasında şəhidlərə həsr olunan şeir, türk sazının mahir ifaçısı Fərhad Uğurun çıxışı iştirakçıların zövqünü oxşayıb, tədbirin ruhuna ruh qatıb.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Noyabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri