Icma.az
close
up
RU
“Zəfər” İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində iştirak etdi FOTOLAR

“Zəfər” İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində iştirak etdi FOTOLAR

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və İctimai Birliyin İdarə Heyətinin üzvü Nərmin Xəlilova Danimarkanın Kopenhagen şəhərində keçirilən “Zəfər” tədbirində iştirak ediblər.

Publika.az xəbər verir ki, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən “Zəfər” tədbirində çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Danimarkada belə bir tədbirin təşkilinə görə “Vətən” Cəmiyyətinə təşəkkürünü bildirib, Zəfər Gününün bütün dünyada qeyd edilməsinin qürurverici olduğunu diqqətə çatdırıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əks olunduğu Zəfər gününə həsr olunan videoçarx nümayiş olunub, vətənpərvərlik mahnılarının, milli musiqimizin sədaları altında üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycan xalqının qüdrətinin rəmzinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin bir əsrin hüdudlarına sığmadığı vurğulanıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova tədbirdə çıxış edərək Zəfər Günü ilə bağlı keçirdiyi qürur hissini tədbir iştirakçıları ilə bölüşüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısını vurğulayıb. “Şəhid ailələri hər zaman ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir. Mehriban xanımın şəhid ailələri ilə görüşünü heç vaxt unutmaram. O görüşdən sonra özümü daha güclü hiss etdim”, - deyə bildirib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilovanın, AYB-nin fəxri üzvü, yazar Eluca Atalının, Danimarkada yaşayan türk tarixçi Bahadur Gülerin çıxışları alqışlarla qarşılanıb. Kopenhagendə doğulub-böyüyən balaca soydaşımız Davud Qubatovun ifasında şəhidlərə həsr olunan şeir, türk sazının mahir ifaçısı Fərhad Uğurun çıxışı iştirakçıların zövqünü oxşayıb, tədbirin ruhuna ruh qatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://publika.az
archiveBu xəbər 06 Noyabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri