Icma.az
close
up
RU
Zəfər İctimai Birliyi Kopenhagendə keçirilən Zəfər Günü tədbirində iştirak edib

Zəfər İctimai Birliyi Kopenhagendə keçirilən Zəfər Günü tədbirində iştirak edib

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və İctimai Birliyin İdarə Heyətinin üzvü Nərmin Xəlilova Danimarkanın Kopenhagen şəhərində keçirilən "Zəfər" tədbirində iştirak ediblər.

Oxu.Az xəbər verir ki, Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən "Zəfər" tədbirində çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Danimarkada belə bir tədbirin təşkilinə görə "Vətən" Cəmiyyətinə təşəkkürünü bildirib, Zəfər Gününün bütün dünyada qeyd edilməsinin qürurverici olduğunu diqqətə çatdırıb.

Tədbirdə müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əks olunduğu Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub, vətənpərvərlik mahnılarının, milli musiqimizin sədaları altında üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycan xalqının qüdrətinin rəmzinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin bir əsrin hüdudlarına sığmadığı vurğulanıb.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova tədbirdə çıxış edərək Zəfər Günü ilə bağlı keçirdiyi qürur hissini tədbir iştirakçıları ilə bölüşüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısını vurğulayıb.

"Şəhid ailələri hər zaman ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir. Mehriban xanımın şəhid ailələri ilə görüşünü heç vaxt unutmaram. O görüşdən sonra özümü daha güclü hiss etdim", - deyə bildirib.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilovanın, AYB-nin fəxri üzvü, yazar Eluca Atalının, Danimarkada yaşayan türk tarixçi Bahadur Gülerin çıxışları alqışlarla qarşılanıb. Kopenhagendə doğulub-böyüyən balaca soydaşımız Davud Qubatovun ifasında şəhidlərə həsr olunan şeir, türk sazının mahir ifaçısı Fərhad Uğurun çıxışı iştirakçıların zövqünü oxşayıb, tədbirin ruhuna ruh qatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri