Zəfər ilində doğulan şəhid övladları da birinci oldu Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vətən müharibəsi şəhidlərinin Zəfər ilində dünyaya gələn övladları da bu il birinci sinfə qədəm qoyurlar.
“Qafqazinfo” xəbər verir ki, onların arasında Vətən Müharibəsi Qəhrəmanı, XTQ kapitanı İsmayıl Səmədovun oğlu Mehdi Səmədov, baş çavuş Abdurahman İsrafilovun qızı Nilay Abdurahmanlı və əsgər Elvin Məmmədovun qızı Ahunur Məmmədova da var.
Hər 3 şəhid övladı Zaqatalada yerləşən Akademik Zərifə Əliyeva adına Liseydə təhsil alacaqlar.
Bu balaca fidanlar atalarını, demək olar ki, görməyiblər, onları şəkillərdən tanıyırlar. Atası şəhid olanda Mehdi 10 aylıq, Ahunur 7 aylıq, Nilay isə 10 günlük olub.
Qeyd edək ki, İsmayıl Səmədovun qızı Nurgül də həmin məktəbin 3-cü sinfində təhsil alır.
Gülnar Əliyeva





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Sentyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















