Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri

Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə həsr edilən Zəfər paradında Silahlı Qüvvələrimizin arsenalına qəbul edilən bir çox yeni texnika, silah, vasitə və avadanlıqlar ilk dəfə ictimaiyyətə nümayiş etdirildi".

"Unikal" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bunlardan biri də "Rafael Advanced Defense Systems" şirkəti tərəfindən hazırlanan "Ice Breaker" qanadlı raketi idi:

"300 kilometrə qədər mənzilə malik bu raket ilk dəfə 18-22 iyul 2022-ci il tarixlərində "Farnborough Airshow" sərgisində təqdim edilib. "Ice Breaker" raketi 2021-ci ildə eyni şirkət tərəfindən təqdim edilən "Sea Breaker" gəmi əleyhinə raket ailəsinin bir üzvüdür. Bu raketin hazırlanması proqramı uzaqmənzilli, çoxməqsədli raketin əldə olunmasını nəzərdə tuturdu. "Ice Breaker" çoxməqsədli raketdir, hava, quru və dəniz hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanıb. "Ice Breaker" raketi axtarış, hədəf tanıma və operatordan asılı olmadan hədəfin seçilməsi və məhv edilməsi üçün süni intellekt alqoritmlərindən istifadə etməyə imkan verən bort kompüteri ilə təchiz olunub. Bu isə onu 5-ci nəsil raket olduğunu göstərir.

"Rafael Advanced Defense Systems" raketin gövdəsini gizli (stels) texnologiyadan istifadə edərək hazırlayıb. Bu isə onun radarlara görünməsini maksimum çətinləşdirir. Raket rəqəmsal idarəetmə sistemi ilə 3,73 kN dartma gücü istehsal edən "Safran Microturbo TRI 60" turbo mühərriki ilə təchiz olunub. Süni intellekt sayəsində raketin idarəetmə və analiz sistemləri avtomatik rejimdə fəailiyyət göstərir. Yeni nəsilə aid olan raketin istənilən hava şəraitində, GPS sisteminin mövcud olmadığı və mürəkkəb radielektron müdaxilə şəraitində fəaliyyət göstərə bilir. Qatlanan karbon lifli qanadlara malik raket olduqca kompakt ölçülərə malikdir. Onun diametri 300 mm, uzunluğu isə 3980 mm-dir. Raket 300 km-ə qədər məsafədəki hədəflərə qarşı effektiv nəticələr göstərir. 300 km məsafəyə uçuş 20 dəqiqədən çox çəkmir, ən uzaq məsafələrdə belə raket komanda və idarəetmə mərkəzi ilə təhlükəsiz ikitərəfli əlaqə qurmaq qabiliyyətinə malikdir. İdarəetmə Mərkəzi raketin uçuşuna tənzimləmələr edə bilir, yəni, raket buraxılandan sonra belə onun hədəfini dəyişə və ya dayandıra bilir, uçuş zamanı vəziyyəti yenidən qiymətləndirə və raketə yeni hədəf təyin edə bilir".

Ekspert bildirib ki, universal "Ice Breaker" raketləri həm kiçik gəmilərdə, həm pilotlu və pilotsuz aviasiya vasitələrində, həm də personal daşıyıcılarında və pikap tipli avtomobillərdə yerləşdirilə bilər:

"Bundan əlavə raketin təhlükəsiz rabitə sistemi sayəsində həm raket və sahil batareyası arasında, həm də digər batareyalar və gəmilərlə real vaxt rejimində rabitə təmin edilir. Qabaqcıl Missiya Planlaşdırması və Nəzarət (AMP) sistemi qurudan və dənizdən eyni vaxtda həyata keçirilən hücumların koordinasiyasını da təmin edir. "Ice Breaker" raketinin son dərəcə aşağı hündürlüklərdə (2-5 metr) uçması, gizli texnologiyaya malik olması və avtonom rejimində işləməsi onu analoqlarından fərqləndirir. Beşinci nəsil raketin müxtəlif təyyarə və helikopterlərdən, o cümlədən "Gripen", FA-50, M-346, Jf-17 və F-16 təyyarələrindən buraxılması mümkündür. "Gripen" və JF-17 qırıcısı asqılarında 6 ədəd, F-16 isə 7 ədəd "Ice Breaker" raketi daşıya bilər. Digər bir neçə əsas parametr isə yeni raketin hücumları üçün GPS peyk sistemindən asılı olmamasıdır. Bu, digər "Rafael" sistemləri ilə tam uyğun olan zərbə silahıdır. Məsələn, daşıyıcı buraxılış təyyarəsində və ya helikopterdə "Spice 1000" silah idarəetmə blokundan istifadə ediləndə digər platformada olan "Ice Breaker" gəmi əleyhinə raketindən istifadə edilə bilir.

350 kiloqram kütləyə və aşağı hündürlükdə 300 km məsafəyə zərbə imkanına malik raket süni intellekt sayəsində dərin təhlil texnologiyasına, avtomatik hədəf əldə etmə (ATA) və avtomatik hədəf tanıma (ATR) imkanları əldə edib. "Ice Breaker" raketi çətin radioelektron müdaxilə mühitində işləyə bilir, stasionar və ya hərəkət edən hədəfləri vurmaq üçün maneə törətmə cəhdlərinə müqavimət göstərən müstəqil naviqasiya və tuşlama texnologiyasına malikdir. Raket hədəfə doğru hərəkət zamanı yol nöqtələrinə, azimuta, hücum meydançası bucağına və tuşlama nöqtəsi seçiminə uyğun olaraq əvvəlcədən müəyyən edilən hücum planlarına əsaslanan və digər əlaqəli vasitələrlə sinxronlaşdırılan hücum həyata keçirir".

Ə.Verdiyev qeyd edib ki, Azərbaycan dövləti Silahlı Qüvvələrin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin inkişafına daim yüksək diqqət göstərir: "Həm quru, həm də dəniz sərhədlərində baş verə biləcək təhdidlərin aradan qaldırılması üçün zəruri olan bütün tədbirləri görür. "Ice Breaker" qanadlı raketlərinin alınması da Silahlı Qüvvələrin döyüş potensialının artırılması məqsədi daşıyır. Raketin universal platformaya və süni intellektə malik olması, onun müxtəlif daşıyıcı vasitələrə quraşdırılmasına imkan verir. Bu raketlərin əldə edilməsi Azərbaycanın həm quruda, həm də dənizdə döyüş potensialını kifayət qədər artıracaq".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see483

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see454

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see331

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see328

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see262

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see262

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see245

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see244

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see236

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see231

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see226

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see223

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see222

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see217

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see211

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see209

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see206

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see203

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see194

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri