Icma.az
close
up
RU
Zəfər tariximiz!

Zəfər tariximiz!

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Kəlbəcərin Ermənistanın işğalından azad edilməsindən dörd il ötür

Təxminən 30 il ərzində sərhəd tanımayan erməni vandalizminə şahidlik edən, dağıdılan, sərvətləri talanan şəhər və kəndlərimizin işğaldan azad olunduğu tarixlər hər bir azərbaycanlı üçün çox böyük məna kəsb edir. Bu, bizim şanlı tariximizdir və hər bir azərbaycanlı bu qəhrəmanlıq tarixi ilə qürur duyur.  Noyabrın 25-də Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Dövlətimizin başçısının paylaşımında oxuyuruq: “Zəfər tariximiz - Kəlbəcərin Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.

İgid əsgər və zabitlərimizin qəhrəmanlığı

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi ilə bağlı iki mühüm məqamı xüsusilə vurğulamaq lazımdır. Birinci məqam Azərbaycanın hərbi uğurudur.

Otuz illik işğal faktı ilə barışmayan Azərbaycan düşmənin genişlənən təxribatlarının qarşısını almaqdan ötrü ədalətli müharibəyə başlamışdı. Torpaqlarımızı əbədi olaraq öz nəzarətlərində saxlamaq istəyən, hətta yeni ərazi iddiaları sərgiləyən düşmən cəzalandırılmalı idi və bunu da ordumuz layiqincə etdi. İgid əsgər və zabitlərimiz “Arxada Vətəndir!” deyib böyük bir coşqu ilə döyüşlərə atılırdılar. Rəsmi İrəvan tərəfindən də təsdiqlənən məlumata görə İkinci Qarabağ müharibəsi günlərində Ermənistan hərbi birləşmələrində 11 mindən çox fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə bir nəfər də fərarilik etməyib. Biz 44 gün ərzində XXI əsrin müharibəsini apardıq və qalib gəldik. Müharibə günlərində 300-dən çox yaşayış məntəqəsi bilavasitə döyüş meydanında işğaldan azad edildi.

Unikal siyasi-diplomatik uğur

Vətən müharibəsi ilə bağlı ikinci mühüm məqam Azərbaycanın unikal siyasi-diplomatik uğurudur. Bəhs olunan üçtərəfli bəyanatla məğlub Ermənistan üzərinə müəyyən öhdəliklər götürmüşdü. Həmin öhdəliklərə əsasən qarşı tərəf əvvəlcədən müəyyənləşdirilən cədvələ uyğun olaraq Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz geri qaytarmalı idi. Əvvəlcə Ağdam, sonda isə Laçın cədvəldə nəzərdə tutulan tarixlərdə geri qaytarılsa da, Ermənistan Kəlbəcərin boşaldılıb təhvil verilməsi üçün əlavə vaxt istədi.

Həmişə ədalət, humanizm mövqeyindən çıxış edən Azərbaycan  öz ənənəsinə sadiq qalmaqla qarşı tərəfin istəyini təmin etdi. Bu humanizm jestinin əvəzində isə ermənilər növbəti dəfə özlərinin nankor xislətlərini ortaya qoydular. Belə ki, Kəlbəcərin boşaldılması zamanı ermənilər çoxsaylı təxribatlara əl atdılar - boşaltdıqları evləri yandırdılar, ərazilərə ən ağlagəməz yerlərdə minalar basdırdılar. Göz önündə bir rəzillik yaşanırdı. Bu gün separatçıların xaricdəki havadarları ermənilərin Azərbaycan ərazilərindən zorla çıxarıldıqları barədə hədyanlar uydururlar. Ancaq çoxsaylı foto və video materiallar belə hədyanların məqsədli şəkildə uydurulduğunu təsdiqləyir.

Kəlbəcərin 2020-ci il noyabrın 25-də bir güllə atılmadan Azərbaycana təhvil verilməsi qalib Azərbaycanın böyük siyasi-diplomatik uğuru idi. Ölkəmizin hərb meydanında qazandığı qələbələr diplomatik müstəvidə də təsdiqləndi.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri