Icma.az
close
up
RU
Ankarada “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı olub AZƏRTAC

Ankarada “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı olub AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 18 dekabr, AZƏRTAC

Türkiyənin Ankara şəhərində tanınmış ictimai xadim, yazıçı Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) binasında keçirilən tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi və Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evi təşkil edib. Təqdimat mərasimində Türkiyə parlamentinin deputatları, diplomatlar, dövlət qurumlarının nümayəndələri, elm adamları, iki qardaş ölkə ictimaiyyətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tədbiri açaraq qurumun Baş katibi Sultan Raevin adından iştirakçıları salamlayıb. Azərbaycanın Zəfərini bütün Türk dünyasının Qələbəsi kimi dəyərləndirən E.Qafarlı bildirib ki, qəhrəman Azərbaycan övladlarının şücaəti sayəsində 4 il bundan əvvəl ərazi bütövlüyümüz bərpa edilib, bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə aparılır.

Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Azərbaycan və Türkiyə dövlətçiliyinin memarı Heydər Əliyevi və Mustafa Kamal Atatürkü iki qardaş ölkənin əvəzsiz irsi adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərdən hərtərəfli bəhs edən “Zəfər tariximizin fatehləri” kitabı ilə tanış olmaq nadir fürsətlərdən biridir.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov vurğulayıb ki, xalqın qəhrəmanlıq səhifələrinin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin həqiqətlərinin təbliği baxımından çox vacibdir. O, Zərifə Quliyevanın kitabının əvvəllər Azərbaycanda və Özbəkistanda təqdimatının keçirildiyini də xatırladıb.

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım isə öz növbəsində qeyd edib ki, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması məsələsində beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi Azərbaycan xalqını öz gücü ilə tarixi ədaləti bərpa etmək məcburiyyəti qarşısında qoyub. O, Zərifə Quliyevanın kitabının 44 günlük Vətən müharibəsi mövzusunda yazılan nəşrlər silsiləsində öz layiqli yerini tutacağına əminliyini ifadə edib.

Sonra çıxış edən professorlar Səyyarə İbadullayeva və Zemfira Hacıyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilasında və inkişafında rolundan danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmiz, xalqımız üçün gördüyü misilsiz işləri qeyd ediblər.

Kitabın müəllifi, “Müasir İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, onun kitabı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qələbənin qazanılmasında xidmətlərinə həsr olunub.

“Kitabda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın irsləri ilə bağlı məqalələr və nəşrlər toplanıb, Azərbaycan xalqının suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizə mövzusu geniş şəkildə işıqlandırılıb. Tarixi ədalətin bərpasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi roluna diqqət yetirilib.

Nəşrdə ölkə üçün taleyüklü bir dövrdə Azərbaycan Ordusunun və xalqının öz Liderinin ətrafında birliyi amili vurğulanır, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir”, - deyə müəllif diqqətə çatdırıb.

Zərifə Quliyeva Azərbaycan gənclərini Ümummilli Liderin kursuna sadiq olmağa çağırıb.

Müəllif, həmçinin qeyd edib: “Sevindirici haldır ki, qardaş Türkiyədə “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilir. Türkiyə-Azərbaycanın birliyi əbədidir”.

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin irsi mövzusunda videoçarx nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri