Icma.az
close
up
RU
Zəfər tariximizin öyünc dərsləri

Zəfər tariximizin öyünc dərsləri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu sərlövhə altında oxuculara iki tarix müəllimini təqdim etmək istəyirik. Biri yazıçı-publisist Aydın Tağıyevin hekayəsinin bədii qəhrəmanıdır, digəri isə İkinci Qarabağ müharibəsinin odundan, alovundan keçmiş şair – ixtisasca tarix müəllimi olan Emin Piri. Əgər Aydın Tağıyev bədii təxəyyülünün məhsulunu ortaya qoyubsa, Emin Piri özünün müharibədə bilavasitə yaşadıqlarını qələmə alıb.

Hekayə

“Dəmir yumruq” yürüşü

Müəllim növbəti tarix dərsində şövqlə danışırdı.

– Hə, uşaqlar, belə bir ibrətamiz tarixi hadisə də var ki, bəs neçə müddətdən bəri iki qoşun döyüş meydanında üz-üzə durub vuruşsa da, bir-birinə güc gələ bilmirdilər.

Axşam düşmüşdü. Döyüş dayandırılmışdı. Hər iki tərəfin döyüşçüləri dincəlirdi. Həlledici döyüş səhər olacaqdı.

Payız girdiyindən havalar da tez soyumuşdu. Qoşun başçısı tonqal qalamağı əmr etdi. Bir az keçmiş tonqalın alovu qaranlığı şimşək kimi yardı, alov az qala göyə qalxırdı. Bütün günü qılınc çalmış, qalxan tutmuş yorğun-arğın döyüşçülər bir-birlərinə söykənib dövrə vuraraq tonqalın ətrafında yığışıb qızınırdılar.

Sərkərdə də çadırından çıxıb öz döyüşçüləri ilə bir yerdə oturmuşdu...

Düşmən tərəfin düşərgə saldığı tərəfdən səma işıqlandı. Onlar da tonqal qalamışdılar. Sərkərdə diqqətlə xeyri aralıda olan düşmən tərəfə baxıb birdən sevinclə bağırdı:

– Sevinin, döyüşçülərim! Biz sabah onlara qalib gələcəyik! Özünüz görəcəksiniz...

Doğurdan da, ertəsi gün sərkərdənin dediyi kimi oldu.

Döyüşçülər öz qələbələrini bayram etdilər. Sərkərdə qürurla döyüşçülərin arasında gəzib onları təriflədi, sonra isə axşamkı uzaqgörənliyinin səbəbini açdı:

– Dünən onlar üç yerdə tonqal qalamışdılar, – dedi, – elə onda başa düşdüm ki, onlar parçalanıblar... Aralarında birlik yoxdur...

Müəllim sözünü tamamladı. Qürur və əzəmətli bir səslə: – Xalqımızın qeyrətli, igid oğuları da 44 günlük Vətən müharibəsində dəmir bir yumruğa çevrildilər, – deyə əlavə elədi. – Sonra da bir tonqal başında toplaşıb öz Qələbələrini təntənə ilə qeyd etdilər.

Aydın TAĞIYEV

Tarix yazan tarix müəllimi

Müharibəyə gedəndə qəribə təlatüm vardı içimdə. Düzünü desəm, həm özüm, həm də ölkəmlə bağlı qəribə narahatlıq keçirirdim. Savaşın gözlədiyimizin əksinə getməsi, torpaqların azadlığı ilə bitməməsi hamımız üçün fəlakət olardı, düşünürdüm. Özüm üçünsə ən qorxduğum əsir düşmək olub.

İlk dəfə Füzulinin kəndlərində olanda izahı müşkül hisslər yaşamışam. Sanki bir vakuumda idim. Nə tam doluluq idi, nə boşluq. Bilmirəm, nə hissi idi. Onu bilirəm ki, belə vakuuma ilk dəfə düşmüşdüm.

Təsir edən məqamlar çox olub. Yanındakıların şəhid olması, əzalarını itirməsi və s. Bilmirdin, sağ qaldığına üzüləsən, ya şəhid olanlara, əzalarını itirənlərə üzüləsən.

Xocalıda olandasa mənəvi baxımdan çökmüşdüm, həm də qürur duymuşdum. Xocalının təbiəti möhtəşəmdir! Mənə hələ də çatmır ki, belə bir cənnətdə, belə gözəl təbiətdə necə qətliam törətmək olar?! Duyğular necə deformasiyaya uğraya ki, belə iş tutasan?

Yaralıları düşmən qabağından çıxardırdıq Kürdlər kəndi ətrafında. Top, mərmi atəşinə tutdular bizi. Mərminin dalğası məni qırağa tulladı. Əllərim, üstüm qan idi. Fikirləşdim, yəqin, isti-isti hiss etmirəm, yaralanmışam. Gördüm, yox, salamatam. Sən demə mənim yox, yaralılarımızın qanıymış...

Baxmayaraq, Ağdamda cəbhə xidmətim olmuşdu, ancaq tarix müəllimi kimi məğlubiyyəti qəbul edə bilmirdim. Məsələn, hansısa şagirdin sualı.

Çətin deyildi cavab vermək, yenə də utanırdım.

İmkan tapıb, bacım uşaqları ilə bir dəfə danışdım. Mənə dedilər, gələndə qar gətir.

Uşaqlar elə bilir, bu dava qar üstündə, qartopu üstündədir. Kaş, elə olaydı. Xocalının kəndlərində olanda isə... bacım uşaqlarının qar istəməsi, uşaq qətliamı... – bütün bunları həzm etmək olmurdu. Mən onlara Qarabağa elə qar gətirməkçün getdiyimi demişdim...

İki dəfə çox kövrəldiyim an olub. Bir dəfə şəhid anası qan puluna ərzaq alıb ön xəttə göndərmişdi. Əsgərlər hamısı ağlamışdı... Hamımız kövrəlmişdik.

Bir də şeirlərimin haqqını vermək lazım idi. Baxmayaraq ki, o şeirlər Ağdam səngərində yazılmışdı, mənə çox uğurlar qazandırmışdı.

Ancaq müharibə şeirlərinin şairi kimi tanınıb, müharibədə olmamaq şeirlərimə xəyanət olardı.

Müəllim, jurnalist, şair... – mən sıravi Azərbaycan vətəndaşı kimi daha çox qürur duyuram…

Emin PİRİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri