Icma.az
close
up
RU
Akademiyanın Zəfər dərsləri

Akademiyanın Zəfər dərsləri

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2022 tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı ilə Qarabağın  yeni yüksəlişinə start verildi. 30 il ərzində Azərbaycanın maddi-mənəvi tarixinə, abidələrinə qarşı edilmiş vandalizm aktları aradan qaldırılmaqla bərpa işləri sürətləndirildi, yeni təhsil mərkəzlərinin, məktəblərin inşasına başlanıldı.

Bu əlamətdar tarixi proseslərdə AMEA da yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqındakı 18 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Akademiyanın ilk yubiley tədbirinin məhz Qarabağ Universitetində keçirilməsi bu akademik təşkilatın Qarabağa Böyük Qayıdış hərəkatına elmi dəstəyinin əməli ifadəsi idi.

Bu günlərdə AMEA-nın "Elm" nəşriyyatında çap olunmuş "Qarabağ Universitetində Akademiya dərsləri" adlı kitab Akademiyanın Qarabağnaməsinin elmi salnaməsidir. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin layihə rəhbərliyi, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın tərtibçiliyi ilə nəşr edilmiş "Qarabağ Universitetində Akademiya dərsləri" kitabında Akademiyanın Qarabağ Universitetində keçirdiyi yubiley tədbirlərinin xronikası tarixləşdirilib.

Kitabda 1 may 2025-ci il tarixdə Qarabağ Universitetində keçirilmiş "Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr" adlı elmi konfransda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin açılış nitqi və AMEA-nın 80 illik yubileyi münasibətilə alimlərə və elmi ictimaiyyətə ünvanladığı təbriki verilib.

Elmi konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli "Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və Böyük Qayıdış Hərəkatı" adlı məruzəsi ilə çıxış edib. Akademik  İsa Həbibbəyli AMEA-nın 80 illiyi ilə bağlı i ilk rəsmi tədbirin Qarabağda keçirilməsini Akademiyanın Böyük Qayıdış Hərəkatına elmin dəstəyinin daha bir ifadəsi kimi qiymətləndirib. O, işğaldan sonrakı qısa dövr ərzində Akademiyanın artıq Qarabağda tədqiqatlara başladığını vurğulayıb. Bildirilib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Ağdam şəhərində İmarət Kompleksində, Xocalıda aparılan arxeoloji qazıntı, Əsgəranda və Şah bulaqdakı  arxeoloji qazıntılar regionun inkişafında elmin rolunun artırılmasına xidmət edən mühüm addımlardandır. Məruzədə AMEA-nın Folklor İnstitutunun on cilddən ibarət "Qarabağ folkloru" kitabları seriyasının nəşr edilməsi, "Şərqi Zəngəzur folkloru antologiyası"nın isə çapa təqdim olunması, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Qarabağ ədəbi mühitinin öyrənilməsinə həsr edilmiş  konfransların keçirilməsi və yeni monoqrafiyaların çap olunması, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun toponimika sahəsində tədqiqatlar aparması, Qarabağ Dialektoloji Atlasının hazırlanıb nəşr olunması, Qarabağla əlaqədar əlyazmaların  toplanması, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda "Azərbaycan tarixi" adlı 15 cildlik fundamental layihə üzərində işin planlaşdırılması, Mərkəzi Elmi Kitabxananın Qarabağ Universitetinə 1215 kitab təqdim edilməsi, Elektron Kitabxananın Qarabağ Universiteti üçün açıq olması və digər elm tutumlu məsələlər xüsusi qeyd edilib.

"Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr" adlı elmi konfransda Qarabağ Universitetinin rektoru Şahin Bayramov geniş nitqlə çıxış edib.

Kitabda A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürovun "Azərbaycan tarixində "Qarabağnamələr" və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası", AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin "İşğaldan azad olunmuş ərazilərin arxeoloji abidələrində tədqiqatlar (Qarabağ və Şərqi Zəngəzur)", AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru Nadir Məmmədlinin "Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsinin elmi əsasları", AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyevin "Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması" mövzularında məruzələrinə də yer verilib.

Nəşrdə AMEA-nın akademik heyətinin Qarabağ Universitetində keçirdikləri ustad dərslərinin məruzələri də çap edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın vitse-prezidentləri akademiklər - Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, eləcə də akademik-katib Arif Həşimov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru Nadir Məmmədli, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqalarının Qarabağ Universitetinin tələbələri qarşısında oxuduqları mühazirələrin mətnləri Akademiyanın Qarabağın gələcək qurucularına vətənpərvərlik dərslərinin elmi ifadəsidir.

"Qarabağ Universitetində Akademiya dərsləri" kitabı Milli Elmlər Akademiyasının 80 illiyinə və Qarabağ Universitetinin inkişafına həsr olunmuş elmi mənbə kimi dəyərlidir.

Sevil ADIGÖZƏLOVA

AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri