Icma.az
close
up
RU
Zəfər ünvanlı tabor komandirinin döyüş yolu

Zəfər ünvanlı tabor komandirinin döyüş yolu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Mayor Ramazan Hudulov Xocavəndin, Füzulinin azad edilməsindən  başlayıb, Şuşa  şəhərinin alınmasınadək böyük bir rəşadət yolu keçib. Daşaltı uğrunda gedən döyüşdə tabor komandiri ağır yaralandıqdan sonra ekstremal vəziyyətdə bu çətin və məsuliyyətli vəzifəni öz üzərinə götürərək  döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olub.

1994-cü ildə,  Balakən rayonunun Qaysa kəndində avar ailəsində dünyaya göz açıb.   Orada orta məktəbi bitirdikdən sonra 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində təhsil alıb. Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmət etməyə başlayıb. Daha sonra Xocavənddə bölük komandiri, Füzulidə tabor komandirinin müavini, Şuşada tabor komandiri kimi döyüşlərdə iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şişanın azad olunmasına görə” və başqa medallarla təltif olunub.  

Onun qəhrəmanlığı xalqımıza, Vətənimizə sonsuz məhəbbətindən yaranıb. İkinci Qarabağ müharibəsinin odu-alovu içərisindən sağ-salamat çıxıb, demək azdır. O, doğma el-obasına “Vətən Müharibəsinin Qəhrəmanı” kimi qayıdıb.

...Ramazanın dəvəti ilə, onunla birlikdə gözəl Qarabağımıza səfər etdim. Onun keçdiyi döyüş səngərlərinin atişləməz çeşidli yerlərini gəzmək və görmək imkanı qazandım. Ramazan düşmənə qarşı vuruşduğu, qaynar döyüş nöqtələrinin getdiyi yerlərlə məni  tanış etdi. Həm də ilk dəfə onun sayəsində Şuşamızı, Xankəndimizi, ümumiyyətlə, gözəl Qarabağımızı görmək bəxtiyarlığına qovuşdum. Bu yerlərin bulaq tamı, dağ havası könül sözü, ürək səsi kimi ruhumu oxşadı.

Gərək igid əsgərlərimizin keçdiyi döyüş yollarını öz gözlərinlə görəsən ki, hər çətinliyi anlaya biləsən. Mən heyranlıqla, baxdıqca baxırdım dağ yollarımıza. Ürəyimdə şükranlıqla qibtə edirdim igid oğullarımıza. Dağ yollarının yoxuşunda, maili çəhlimlərin enişində çiynində ağır əsgər çantası, nəfəs dərmədən irəliləmək, düşməni əzəli-əbədi torpaqlarımızdan qovub çıxartmaq, məhv etmək hər oğulun işi deyil. İgid oğullarımız daşlı, qayalı döngələrin üstündən uçub Şuşaya çatmışdılar. Şuşanın hər tərəfdən sıralanmış başı dumanlı dağları durna qatarı kimi səf-səf düzülən igid əsgərlərimizə qucaq açdı. Onların xoş gəlişindən sevindi, ana balasını bağrına basan kimi qoynuna aldı.

Mən Cənnət Qarabağımıza gedən yolda təbiətin qənirsiz gözəlliyinə heyranlıqla tamaşa edirdim. Bir zamanlar ürəyimizi dağlayan sıra dağları ötüb keçdikcə, dağların yaşıl nərdivanlı yollarını qalxdıqca adamın ürəyi zirvədən-zirvəyə atlanır. Yol kənarından bizə əl eləyən, “xoş gəldiniz” deyən hər yalı-yamacı, hər kolu, hər ağacı Ramazan əlini ürəyinin üstünə qoyub salamlayır. Deyir ki, hər dəfə bu yerlərdən ayrılanda elə bilirəm ki, ürəyimi burda qoyub gedirəm. Bu yerlər bizim üçün müqəddəsdir. Burada şəhidlərimizin qanı torpağa qarışıb. Gözlərimin önündə neçə-neçə qardaşlarımız bu torpaqlara canını qurban edib. Qollarımız arasında can verən igid oğullarımızın nurlu çöhrələrini heç unuda bilmirəm. Bir ömür boyunca da unudan deyiləm.  Bizim sağ qalmağımız isə Allahın qismətidir.

Qəhrəmanımız səfər zamanı həm şəxsi maşınını sürür, həm də keçdiyi döyüş yollarından söz açaraq özünəməxsus qürurla hər şeyi yerli-yataqlı anlatmağa çalışırdı:

– Döyüşə hazır olsaq da, müharibənin nə vaxt başlayacağından xəbərsiz idik. Sentyabrın 27-də düşmən növbəti hərbi təxribat törətdi. Buna cavab olaraq, həmin gün səhər saatlarında aviasiya qüvvələrimiz havaya qalxdı. Təmas xəttini keçib düşmən mövqeləriniə zərbələr endirməyə başladı.

Artıq müharibənin başladığı gün kimi aydın idi. Mənim ilk döyüşlərim Xocavənd istiqamətindən başladı. Elə ilk həmlələrdən düşmənin bir neçə postunu ələ keçirdik.   Döyüşlər Füzuli istiqamətində gedirdi. Rayonun Dövlətyarlı kəndində yaralandım. Düşmənin atdığı minamyotla aramda iki metrlik məsafə vardı. O zaman kürək nayihəmdən 4 qəlpə yarası aldım. Həkimlərin təkidinə baxmayaraq, xəstəxanaya getməkdən imtina etdim. Əsgərlərimin yanında olmağı hər şeydən üstün tutdum. Yaralarımı sarıdıqdan sonra döyüş əməliyyatımızı davam etdirdik. Əlli nəfərlik bölüklə dağ, dərə və sıx meşəliklərlə 20 kilometrlik yolu payi- piyada qət etdik. Daşaltı kəndinin yaxınlığında qərar tutduq. Sonra Şuşa istiqamətində irəliləmək əmri verildi. Hücum zamanı tabor komandirimiz qol nahiyəsindən ağır yaralandı və xəstəxanaya yerləşdirildi. Mən tabor komandirini əvəz etdim. 

Bildiyiniz kimi, Daşaltı çətin ərazidir. Orada ağır döyüş əməliyyatları getdi. İlk olaraq plana əsasən, dövrələmə üsulu ilə ətraf yüksəklikləri ələ keçirdik. Piyada getdiyimiz üçün ağır silahlarımız yox idi, yalnız qumbaraatan və artilleriyanın dəstəyi var idi. Bir müddət döyüşəndən sonra düşmən çox sayda itki verdi, qalanları isə canını qurtarmaq üçün qaçmağa üz tutdu.

... Ucsuz-bucaqsız çöllərdə dərin səssizlik hökm sürürdü. Təkcə Ramazan danışırdı, mən onun söhbətinə qulaq kəsilmişdim. Danışdıqca uzaq üfüqlərə baxırdı. O, döyüşdə keçən günlərini kitab kimi vərəqləyirdi. Onun söhbəti, keçdiyi döyüş səhnələri gözlərim önündən silinməyəcək kino lenti kimi gəlib keçirdi. Ölümsüzlük qazanmış şəhidlərimizin nurlu siması ən uca zirvədə – şəhidlik zirvəsində qərarlaşan bayraq kimi dalğalanırdı.

Şuşada olanda ana təbiətin yaşıl vadisindəki gül-çiçəyin yağışında islandıq. Hər arzu etdiyimiz anlarda gəlmək mümkün olmadığı üçün, insan az qalır ki, burada keçən hər anını əlləri ilə tutub saxlasın.

Cıdır düzünü qollarımı açıb qucaqlaşırmış kimi seyr edəndə, İsa bulağının təşnə ürəkləri sərinlədən suyundan içəndə muğamımızın beşiyi, Xarıbülbülün keşiyi sayılan Şuşamızda böyük şəxsiyyətlərin yetişməsinin səbəbini anlayıram. Şuşa xalqımızın tarixinin və memarlığının iftixarıdır.

O yerlərdən ayrılanda dönüb gəldiyim yollara baxdım. Sanki könlümün sultanı, anamın laylasının təsirindən burda şirin yuxu tapmışdım. Yuxudan ayılanda Şuşanın dumanlı  dağlarının əzəməti, Qarabağın qənirsiz təbiəti arxada qalsa da, ürəyimdəki duyğular xəzinəsini özümlə gətirdim:

Yuxuma girdin yenə,
Yuxuda gördüm yenə.
Gördüm Xarıbülbülü,
Qoxlayıb dərdim yenə...

Səmimi düşüncələrimi yazmağa,  aldığım duyğusal təəssüratlara görə, “Vətən Müharibəsi Qəhrəmanı” Ramazan Hudulova şükranlarımı bildirirəm.

Həzi HƏSƏNLİ, 
şair-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:468
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see472

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see382

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see338

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see288

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see253

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see243

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see211

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see196

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see196

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see187

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see185

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see180

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see176

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see176

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see173

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see173

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see166

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see159

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see154

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri