Icma.az
close
up
RU
Xaqan ünvanlı LİDER

Xaqan ünvanlı LİDER

Icma.az bildirir, Bakupost portalına istinadən.


Aida Eyvazlı Göytürk,

jurnalist, “Ədəbiyyat və incəsənət” portalının redaktoru, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İB-nin sədri.

2020-ci ilin zəfərindən bəri yazmaq istədiyim ürək sözlərim var. O düşüncələrim, ürək sözlərim Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlıdır. Və məhz bu gün – Silahlı Qüvvələr Günüdə bu sözlərin işıq üzü görməsi qismət imiş…

2020-ci ilə qədər O, dünyada yaşayan azərbaycanlıların Prezidenti və Lideri idi. Vətən torpaqları onun taktiki gedişləri və göstərişləri ilə düşmən tapdağından azad olunandan sonra, bütün dünya siyasətçiləri onun siyasi şahmat taxtasında ŞAH olduğunu gördülər.

Mənim düşüncələrimdə daha kimdir İlham Əliyev?!

Hər şeydən əvvəl, onu deyim ki, İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti üçün proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir.

Bu gün cənab Prezidentin: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”-fikri bütün zamanlarda hər birimizin aforizmə, lozunquna və inamına çevrilib. Biz artıq əminik ki, O, nəyi necə, və nə zaman həll edəcək. Bu fikri və əməli ilə ilə bir çoxumuzun “Qarabağı nə zaman azad edəcəyik?”- ritorik sualımızı, eləcə də bütün şübhə və müəmmalarımızı bir kənara atdı. Bu gün Azərbaycan xalqının inandığı Öndəri və LİDERi vardır.

Elə bu xüsusiyyətlərinə görə türk dünyasında xalqı öz ətrfafında birləşdirən, onu mübarizələrə səsləyərək 30 illik işğala son qoyan, 200 il ərzində itirilmiş torpaların qaytarılması yolunun əsasını qoyan Ali Baş Komandan obrazı yarandı.

Ötən illər ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti və xidmətləri sayəsində ölkəmizi mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrildi. Bu gün onun dəqiq hesablamaları və hədəfləri görə bilmək bacarığına görə dünya siyasətçiləri, siyasi liderləri də hər hansı mühüm problemlərin həlli üçün Azərbaycana gəlir, qlobal dünyanın problemləri Xəzərin sahillərində öz həllini tapır. Azərbaycan geopolitik aləmdə Böyük İpək Yolunun qovşağına çevrilib. Bu gün dünyanın bütün yolları Azərbaycandan keçir.

İlham Əliyevin ən böyük nailiyyətlərindən biri Azərbaycan xalqının tam birliyinə nail olmasıdır. Azərbaycan xalqı onun ətrafında yumruq kimi birləşib. Qeyri-stabil regionda yerləşən Azərbaycanın gücünün təməlində həm də xalqın bu birliyi dayanır. Azərbaycandakı tolerantlıq səbəbindən milli və ya irqi, tayfa ayrı-seçkiliyi yoxdur. Ali Baş Komandan İlham Əliyevin torpaqları düşməndən azad etmək haqqında çağrışına ölkəmizin eynihüquqlu vətəndaşları olan talış da, tat da, ləzgi də, rus, ukrain, udin də həvəslə qoşuldu. Azsayılı xalqlar ilə bütövləşmiş Azərbaycan xalqı onun ətrafında yumruq kimi birləşdi.

Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər edəndə xalqın nümayəndələrinin onu və ailəsini necə məhəbbət və şadyanalıqla qarşılamasının sübuta ehtiyacı yoxdur. O, xalqının məhəbbətini qazanan LİDERdir! Uşaqla uşaq kimi, böyüklə qardaş kimi, ata kimi danışır, şəhidi xatırlayanda gözləri dolur, torpaq uğrunda canından keçənlərin xatirəsini əziz tutur, xalqın səsini-sözünü dinləyir. Siz sonuncu dəfə hansısa dövlət başçısını bir müəllimin, bir sadə insanın evində, süfrəsinin başında oturub çay içdiyini, çörək yediyini gördünüzmü? Bunların hamısı onun ürəyindən keçənlərdir, könlünün istədiyidir, öz xalqına olan etibarı, inamı və sevgisidir.

Siz azad olunmuş torpaqlarda Xaqan İlham Əliyevin necə rahat və gülərüzlə, şadyanalıqla gəzib, sadə xalq ilə həmin yurdun adi adamı kimi söhbət etdiyini yəqin ki, izləmisiniz. Əsil həqiqət odur! Burada heç bir boya, heç bir rəng yoxdur. O yerlərdə elə həmin təbiətin rənglərinə uyğun həqiqətlər var. Bu gün azad olunmuş torpaqlardan seyr etdiyimiz mənzərənin hər biri başda Sərkərdə İlham Əliyev olmaqla, onun əsgərlərinin yaratdığı möhtəşəmliyin panoramı və tablosudur.

İlham Əliyevin rəbərlik etdiyi Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, həm də yaşıl enerjiyə böyük yatırımlar edir. İşğaldan azad olunmuş ərazilərdə yaradılan yaşıl enerji zonaları bunun göstəricidir. Azərbaycanın “yaşıl” enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasın iqlim tədbiri (COP29) ötən il Bakıda keçirildi. Həmin tədbirlərdə AzTV-nin yaradıcı jurnalisti kimi mən də iştirak edirdim. COP-29 tədbirinin keçirildiyi günlərdə planetimizin hər yerindən gələn insanların da Azərbaycana necə ümidlə gəldiyini gördüm. Panel sessiyalarında İqlim dəyişikliklərinin fəsadları ilə bağlı aparılan hesablamalara uyğun əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi, kasıb dövlətlər üçün isə 2035-ci ilə qədər 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan hədəflər müəyyənləşdirildi. Həmçinin, COP29 sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bu sənədləri və qərarları konfransda iştirak edən 150 tərəf təsdiq etdi.

İlham Əliyev ev sahibi kimi sessiyada çıxış edərkən dedi: “ Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maaliyə və humanitar yardım göstərmişik”.

COP29 tədbirinin keçirildiyi sessiyalarda mən bir də cənab Prezidentin ailəsinin hər bir üzvünün dünyanın hər yerindən gələn qonaqlara, yerli media nümayəndələrinə münasibətinin canlı şahidi oldum. İrqindən və milliyyətindən asılı olmayaraq hər bir qonağa yaxınlaşıb, onlarla səmimi görüşən, tədbirdə iştirak edən ölkələrin təşkil etdikləri panel sessiyalarda iştirak edən Leyla xanım və Arzu xanım Əliyevalar, eyni zamanda biz jurnalistlərin işlədikləri Yaşıl zonaya da tez-tez baş çəkir, bizi dinləyir, hər birimizlə şəkil çəkdirirdilər. Bu müşahidə etdiklərimiz də prezident ailəsinin daxilində olan səmimiliyin güzgüsü idi.

Mən niyə İlham Əliyevə daha çox “Xaqan” deyə müraciət edirəm?!

Ona görə ki, İlham Əliyev bizim doğuluşdan genetik kodlarımızda yaşayan “Türk dünyasının Birliyi” modelinin həyata keçirilməsində mütləq addımlar atır. “Bizim ailəmiz Türk dünyasıdır” -deyən Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının(TDT) yaranması və yeni inkişaf mərhələsinə keçməsində xüsusi rolu vardır. Prezidentin Türkiyə və Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərləri, həmin ölkə rəhbərlərinin Azərbaycana səfərləri TDT-nın genişlənən əlaqələrinin göstəricisidir. Bu gün türk dünyası ölkələri təkcə siyasi deyil, həm də iqtisadi, humanitar və digər sahələrdə birləşiblər. Azərbaycanın Türkiyə ilə münasibətləri türk tarixinin ən yüksək səviyyəsindədir və 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi ilə rəsmən strateji müttəfiqlik kimi təsbit olunub.

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Azərbaycan-Türkiyə münasibətləri etibarlı əməkdaşlığın yeni modeli olmaqla yanaşı, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün törəsi Naxçıvandan başlanan Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Heç bir hərbi-siyasi bloka üzv olmayan, böyük dövlətlərin maraqlarının və siyasətinin girovuna çevrilməyən Azərbaycan İlham Əliyevin rəhbərliyi və fəhmi ilə müstəqilliyini qoruyub saxlamağı və gücləndirməyi bacardı. Arzu edirəm ki, Müstəqilliyimiz əbədi olsun!

Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan tarixdə ilk dəfə olaraq işğal altında olan torpaqlarını geri almağa müvəffəq oldu. Buna rəhbərlik edən İlham Əliyevin adı isə Fateh dövlət başçısı kimi, Xaqan kimi, Sərkərdə kimi, Türk dünyasının Cahangiri kimi Azərbaycan və Türk tarixinə silinməz izlərlə yazılmışdır.

Müxtəlif münaqişələrin baş verdiyi, təlatümlərin əskik olmadığı müasir dünyada Azərbaycan daxilində sabitliyin qorunması, dünyanın ən təhlükəsiz ölkələrindən birinə mevrilməsi məhz İlham Əliyevin yüksək liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur.

Dünən bizə hədyanlar yağdıran, Zəngəzur dəhlizi açılarsa, “Qırmızı xəttı” keçmiş olarıq, deyən fars-molla rejiminin laxlaması zəminində baş verən istəmədiyimiz bu müharibədə, biz yenə də humanistliyimizi və səbrimizi qoruyub saxlaya bilirik. Ölkəmizə pənah gətirən, bizdən yol götürən hər kəsi doğmamız kimi qarşılayıb, yola saldıq. İlham Əliyevin hər zaman deyib və əməl etdiyi “Sozümüz imzamızdır” – kəlməsi dövlətimizin bütün inkişafı sahəsində özünü təqsdiq etdi. Bu gün onun apardığı humanist və uzaqgörən siyasət səbəbindən artıq, “Var millətimin İMZASI imzalar içində!”.

İnsanın fəaliyyətinə və necə yaşamasına ən böyük dəyər verən TARİXdir. İlham Əliyevin son illərdə siyasi arenada göstərdiyi diplomatik gedişləri, addımları tam bir dünya lideri kimi formalaşmasını göstərdi. Səriştəsiz dövlət başçılarının rəhbərliyi altında tənəzzülə uğrayan dövlətlərdən fərqli olaraq, beynəlxalq arenanın hər kəsimi tərəfindən etiraf edilən ən uğurlu siyasətçilərindən biri olan İlham Heydər oğlu Əliyevin dəyərini dövlət və millət olaraq anlamalıyıq.

Əlində qələmlə savaşan bir mətbuat nümayəndəsi olaraq mən də, məhz bu şərəfli missiyanı yerinə yetirməyi özümə borc bilirəm.

"...Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm.”. –deyən cənab Prezident İlham Əliyev biz jurnalistlərə 2020-ci ilin payız günlərində əsil master –klass və ustad dərsləri keçdi. O, ölkəmizə xoş və bəd niyyətlə gələn xarici ölkə jurnalistlərinin hər birnin sualını yerindəcə cavablandıraraq, həm də dərin zəkası və əzmini, necə bacarıqlı diplomat, sərrast söz adamı və həm də peşəkar jurnalist olduğunu göstərə bildi.

İlham Əliyev bizim dostumuzdur. Hər dəfə xalqa söz demək lazım olanda ölkənin öndə gedən televiziyalarının aparıcı jurnalistlərini başına toplayıb, onlarla dostcasına söhbət edir, məsləhətlərini və göstərişlərini verir.

Mən Azərbaycanın ZƏFƏR və XAQAN ünvanlı övladı İlham Heydər oğlu Əliyev haqqında daha sadə bir yazı da yaza bilərdim. Lakin Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində qələmə aldığım bu xatirə yazısı ilə JURNALİSTLƏRİN DOSTUNUN siyasi və sadə insan portretini çəkə bildiyimə əminəm.

Onun digər portreti isə Şuşaya, Kəlbəcərə, Ağdama köçən yerli sakinlərin, ali məktəblərdə dövlət hesabına oxuyan şəhid övladlarının, bayrağımız dalğalanan yerdə övladları şəhid olan anaların və ataların qəlbindədir. “Azərbaycan”- adını eşidəndə qarşısındakı şəxsi heyrətlənən görən, Azərbaycan pasportu daşıyan vətəndaşlarımızın ürəyindədir.

Bir də ki, mənim Tanrıya açılan ovuclarımdadır İlham Əliyevin adı… Hər dəfə evimdən işə, işdən evə gələndə Xəzərdən açılan möhtəşəm və gözəl mənzərəni seyr edəndə özümü dünyanın xoşbəxti sayıram. Bu sevinci və əminliyi bir jurnalist kimi mənə bəxş edən Prezident İlham Əliyevə minnətdaram. Mən fərəhli könüllə, şad ürəklə onun mənə hədiyyə etdiyi mənzildə yaşayıb-yaradıram. Yazıram ki, yazdıqlarım türk tarixinin unudulmayacaq səhifəsi olsun.

Jurnalist, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İB-nin sədri.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

09 Avqust 2025 15:09see352

Ən zərərli 10 qida Hər evdə var

09 Avqust 2025 14:56see208

Messi MLS dəki növbəti oyunu buraxacaq

10 Avqust 2025 12:54see193

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see170

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see137

Antonio Quterreşdən bəyanat: Qafqazda mühüm mərhələ...

09 Avqust 2025 21:41see131

“İnter” belçikalı müdafiəçi üçün danışıqları bərpa etdi

09 Avqust 2025 14:31see131

Tramp daha bir ölkənin prezidentini Vaşinqtona dəvət etdi

09 Avqust 2025 14:36see127

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see126

Qəzada ölən Aydan yeni məzun olubmuş FOTO

09 Avqust 2025 23:08see125

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see124

İlham Əliyev Ərdoğana zəng edib Nələr müzakirə olunub?

09 Avqust 2025 19:25see123

Ukraynalı general: “Atəşkəsə getmək və növbəti müharibəyə hazırlaşmaq lazımdır”

10 Avqust 2025 13:16see122

Erməni bloqer: Rusiya istehzalı müdafiə tonunda cavab verib, təxribatını əsaslandırmağa çalışacaq

09 Avqust 2025 19:22see121

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see120

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see120

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see118

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see117

Azərbaycanın enerji diplomatiyasında yeni istiqamət: Yaxın Şərq bazarı

09 Avqust 2025 23:21see116

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri