Icma.az
close
up
RU
Zəfər ünvanlı mahnı

Zəfər ünvanlı mahnı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələn ayın əvvəllərində Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, Prezidentin fərdi təqaüdçüsü Tofiq Bakıxanovun 95 yaşı tamam olacaq. Qələmə aldığım bu sətirlər görkəmli sənətkarın işğalçı Ermənistan üzərindəki tarixi Zəfərimizdən ruhlanaraq dərhal yazdığı iki mahnı barədədir.

...Ermənistan rəsmiləri sərxoş olub Cıdır düzündə Yallı oynayanda da azərbaycanlı əsgər anaları ağlayırdılar, Şuşa işğaldan azad ediləndən sonra qalib əsgərlərimizin həmin Cıdır düzündə Cəngi sədaları ilə sanki dağları belə silkələyən rəqsini görəndə də. Qədim Azərbaycan torpaqlarını, doğma Qarabağımızı düşmən tapdağından azad etmiş oğulların məhz bu meydandakı rəqsi nəinki əsgər anasını “ağladırdı”, hətta qos-qocaman, ağsaqqal kişilərimiz də riqqətdən kövrəlirdilər. O zaman mən bu şeiri yazmışdım:

Fəxr elə Əsgər ki,
bizimdir ŞUŞA...

Ağlama əsgər anası, şux dayan,
Bax, önündə arzulardı qaynayan.
Öz oğlundur indi yallı oynayan.
Can gəlibdi hər çəmənə, hər daşa –
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!

Ağdama bax, durdu, dözdü ər kimi,
Doğdu Günəş Cəbrayıla zər kimi,
Qalxan oldu Murov da Tərtər kimi,
Layiqdır hər dağ-düzümüz alqışa,
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!

Sar qovuldu Xarıbülbül elindən,
Yer-göy tutur bir-birinin əlindən.
Türk sözü var milyonların dilində –
Sanki giribdir döyüşə min Paşa
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!

Qarabağda ağ yazıldı fərmanım –
Natəvanın sevincidir dərmanım.
Cıdır düzü, Xan səsidir dastanım,
Baş əymədik yüz borana, min qışa
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!

Şeiri 2020-ci il noyabrın 15-də Tofiq Bakıxanovun evində qonaqların yanında oxudum. Onlardan biri Tofiq müəllimə baxdı: – Ustad, bu sözlərdən mahnı olar? – Tofiq müəllim gülümsündü və dedi: – Baxarıq.

Təxminən bir həftədən, ya da on gündən sonra Bakı Musiqi Akademiyasının əməkdaşı, musiqişünas Nərgiz Qulamovanın Zəfər mövzulu musiqi əsərləri mövzusunda “Xalq qəzeti”nin ünvanına göndərdiyi yazıda belə cümlələr də var idi: “Tofiq Bakıxanovun Əməkdar jurnalist İttifaq Mirzəbəylinin sözlərinə yazdığı “Zəfər nəğməsi” (“Fəxr elə, Əsgər ki, bizimdir Şuşa!” şeirimin mətninə bəstələmişdi) də musiqişünaslar tərəfindən maraqla qarşılanıb. Bəstəkarın dediyinə görə, mahnı Xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə lentə alınmaq üçün hazırlanır.

Bu mahnını əlamətdar edən məqamlardan birincisi ahıl yaşlı bəstəkarın Qələbə sevincidirsə, digəri də, sözlərin müəllifinin əsgər analarına müraciət edərək indi Şuşada Yallı oynayan sərxoş erməni siyasətçinin deyil, məhz Azərbaycan əsgərlərinin olduğunu dilə gətirməsi, Qarabağımızın hər qarışına həyatın qaytarılmasının qeyd edilməsidir”.

Tofiq Bakıxanovun mənim sözlərimə yazdığı başqa bir mahnı isə “Bağışla bizi, Şuşa...” adlanır. Marş tempində olan həmin mahnının not yazısını da təqdim edirəm.

Mahnının mətni belə idi:

Salam Şuşa, qayıtdıq,
Bu vüsal çox gec oldu.
Sənsiz keçən ömrümüz
Nağıl oldu, heç oldu.

Cıdır düzü, bağışla,
Həsrət qaldın atlara.
Qovuldu qatır-qotur,
Başlayaq büsatlara.

Üzeyir bəy nisgili
Xoş ovqata köklənər,
Sadıqcanın mizrabı
Dinər, yenə dillənər.

Bağışla bizi Şuşa...
Gec olsa da, qayıtdıq.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri