Zəfəran bahalaşdı, əsgərlər gəldi, dronlar havaya qaldırıldı FOTO
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə zəfəranın kəskin bahalaşması səbəbindən təhlükəsizlik orqanları hərəkətə keçib.
Globalinfo.az xəbər verir ki, yerli media zəfəranın kiloqramının bu il 450 min lirəni (22 min manat) keçməsi səbəbindən oğurluq hallarının artdığını yazıb.
Ədviyyat və yağ kimi istehlak edilən bu məhsulun kiloqramının qiyməti keçən il 300 min lirəyə olduğu halda, bu il 450 min lirədən satışa çıxarılıb. Dünyanın bir çox ölkəsinə ixrac edilən məhsul maddi dəyərinə görə oğruların bir nömrəli hədəfinə çevrilib.
Məlumata görə, jandarmanın tarlalarda baş verə biləcək oğurluq hallarına qarşı gecə-gündüz keşik çəkməyə başlayıblar. Diqqətçəkən məqam zəfəran tarlalarında hətta dronların havaya qaldırıldığı, oğurluq hallarına qarşı jandarmanın prosesə cəlb olunmasıdır.
Safura Bənnayeva
Globalinfo.az
Baxış sayı:67
Bu xəbər 20 Noyabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















