Xanyurdu sakininin həyat hekayəsi FOTO
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Xocalının Xanyurdu kəndindən məcburi köçkün düşəndə Nəriman Abbasovun cəmi 7 yaşı var idi. Uşaqlıq xatirələri yarımçıq qalan, doğma yurdunu yalnız xatirələrində yaşadan Nəriman illər sonra ailəsi ilə birlikdə dədə-baba torpağına qayıdıb.
Redaktor.az xəbər verir ki, bu gün o, Xanyurdu kəndində yeni həyatını qurur. Sürücü kimi çalışan Nəriman zəhməti ilə ailəsinin dolanışığını təmin edir.
Xırdabuynuzlu heyvan saxlayan Xocalı sakini deyir ki, doğma torpaqda yaşamaq və işləmək onun ən böyük arzusunun həyata keçməsidir. İllərlə məcburi köçkünlük həyatı yaşayan ailə üçün doğma yurda dönüş təkcə yeni evə köçmək deyil, həm də itirilmiş uşaqlığın, doğma ocağın və torpaqla bağlılığın yenidən qazanılması deməkdir.
Bu gün onun 3 oğlu ata-baba yurdunda böyüyür, ailə isə kənd həyatına uyğunlaşaraq öz təsərrüfatını genişləndirməyə çalışır. Xanyurdu kəndində məskunlaşan digər sakinlər kimi, Nəriman Abbasov da Böyük Qayıdışın yaratdığı imkanlardan yararlanaraq gələcəyə nikbin baxır.
O, hesab edir ki, doğma torpaqda zəhmət çəkərək yaşamaq, övladlarını burada böyütmək və kəndin yenidən dirçəlməsində payıolmaq hər bir qayıdan sakin üçün ən böyük xoşbəxtlikdir. O, illərlə yurd həsrəti çəkmiş insanların öz doğma ocaqlarına qovuşmasının, həyatlarını yenidən qurmasının və gələcəyə inamla baxmasının canlı nümunəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 15 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















