Icma.az
close
up
RU
Zəfərdən dirçəlişə uzanan yol

Zəfərdən dirçəlişə uzanan yol

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini xatırladan əlamətdar gündür. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu uzun illər ərzində ağır dağıntılara və məcburi köçkünlük faciəsinə məruz qaldı. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial obyektləri, məktəbləri, tarixi-mədəni abidələri və digər infrastrukturu ciddi şəkildə dağıdıldı. Vaxtilə insanların gündəlik həyatını təmin edən yollar, elektrik və rabitə xətləri, inzibati və sosial binalar yararsız vəziyyətə salındı. Rayonun tarixi və mədəni irsinə qarşı da məqsədyönlü dağıntılar törədildi. İşğalın ağır nəticələri Cəbrayılın simasını dəyişdirsə də, bu torpağın yaddaşını və onun Azərbaycana məxsusluğunu dəyişə bilmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayıl üçün də yeni tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin azad olunduğunu elan etdi. Cəbrayılın azad edilməsi Vətən müharibəsində mühüm hərbi-strateji əhəmiyyət daşımaqla yanaşı, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyan mühüm hadisələrdən biri oldu. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini və qarşıya qoyulan məqsədlərə çatmaq əzmini də nümayiş etdirdi. Bu qələbə Cəbrayıl sakinlərinin doğma yurdlarına qayıdış ümidini gerçəyə çevirdi.

Cəbrayılın azad edilməsinin ən yaddaqalan rəmzlərindən biri üçrəngli Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsündə dövlət bayrağını ucaltdığı görüntülər xalqımızın yaddaşında xüsusi yer tutdu. Əsrlərin yadigarı olan Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının dalğalanması tarixi torpaqlarımızda dövlət suverenliyinin və milli iradənin bərpasının rəmzinə çevrildi. Bu mənzərə həm də uzun illər işğal altında qalan ərazilərin azadlığı uğrunda aparılan mübarizənin nəticəsini nümayiş etdirirdi. Cəbrayılın azad olunması ilə Azərbaycanın dövlət bayrağı həmin torpaqlarda yenidən öz layiqli yerini tutdu. Azadlıqdan sonra Cəbrayıl qarşısında tamamilə yeni mərhələ açıldı. İşğal illərində dağıdılmış şəhərin və kəndlərin yenidən qurulması genişmiqyaslı dövlət proqramları çərçivəsində həyata keçirilməyə başladı. Yeni yolların, enerji və su təchizatı sistemlərinin, sosial obyektlərin, yaşayış komplekslərinin və digər infrastrukturun yaradılması Cəbrayılın gələcək inkişafının əsasını formalaşdırır. Müasir şəhərsalma prinsipləri əsasında aparılan quruculuq işləri rayonun yalnız fiziki simasını deyil, sosial-iqtisadi həyatını da yenidən canlandırmağa xidmət edir. Cəbrayıl şəhərində yeni yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması bu prosesin əsas istiqamətlərindəndir. Burada yaradılan şərait insanların rahat və təhlükəsiz yaşayışını təmin etməklə yanaşı, Cəbrayılın iqtisadi potensialının da üzə çıxarılmasına imkan verir.

Toğrul Zeynalov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri