Icma.az
close
up
RU
“Zəfərdən sonra Konstitusiya tamamilə yeni məzmun kəsb edir”

“Zəfərdən sonra Konstitusiya tamamilə yeni məzmun kəsb edir”

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan xalqı “Konstitusiya və Suverenlik İli”ni uğurla başa vurur. Dövlət başçısının bu il fevralın 11-də imzaladığı “Konstitusiya və Suverenlik İli” üzrə Tədbirlər Planı, faktiki olaraq, qarşıya qoyulan vəzifələrin icrasının “vizit kartı” sayılmalıdır.”

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çox fundamental, məntiqli və obyektiv əsaslara malikdir:

“Suverenlik dövlətlərin varlığını və həyat qabiliyyətini nümayiş etdirən başlıca amillərdən biridir. Beynəlxalq münasibətlər sisteminə nəzər yetirdikdə görmək olar ki, dünya ölkələri və beynəlxalq təşkilatlar daha çox suverenliyini təmin etmiş dövlətlərlə əməkdaşlığa üstünlük verir və onların ərazi bütövlüyünə hörmətlə yanaşır.
Beynəlxalq hüquq qlobal səviyyədə tanınmayan, saxta və qondarma qurumlarla təmasda maraqlı deyil, çünki bu, XX əsrin ortalarında formalaşmış beynəlxalq münasibətlər formuluna uyğun gəlmir. Doğrudur, müasir dövrdə ikili standartlar, geosiyasi maraqlar və supergüc iddiaları səbəbindən bu meyarlar bəzən pozulur. Lakin geniş mənada suverenlik hər bir ölkənin müstəqil mövcudluğunun təməl prinsipi kimi qəbul edilir və əməkdaşlıq da məhz bu meyar üzərində qurulur.”

Əlibala Məhərrəmzadə əlavə edib ki, “Konstitusiya” və “Suverenlik” anlayışları dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli identikliyini də ifadə edir və dünyaya tanıdır:

“44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror əməliyyatlarından sonra Azərbaycan faktiki olaraq bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın ideoloji bazisi isə ölkənin konstitusion quruluşu və suverenliyinin bərpasıdır.
Hər il 20 sentyabrda qeyd olunan Dövlət Suverenliyi Günü ərazilərimizin bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını ehtiva edir. 2025-ci il isə Konstitusiyanın dövlət idarəçiliyindəki rolunu daha dərindən təhlil etmək və ictimai şüurda onun yerini möhkəmləndirmək üçün əlavə imkanlar yaradacaq.”

Deputat vurğulayıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər ali dəyərlərin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Azərbaycan dövləti “Konstitusiya və Suverenlik İli”nə ciddi tarixi-siyasi uğurlarla qədəm qoyub. Bu uğurlar müasir və müstəqil dövlətçiliyin əbədiləşdirilməsinin strateji komponentləridir.
Konstitusiya həm də Azərbaycanın regional və beynəlxalq münasibətlərdə mövqeyini müəyyənləşdirən əsas sənəddir. O, Zəfər tarixi reallığında tamamilə fərqli məzmun kəsb edir. Azərbaycan Konstitusiyası xalqın iradəsinin və milli arzularının ifadəsi kimi formalaşaraq Ulu Öndərin müəyyən etdiyi strateji məqsədlərin hüquqi əsasını yaratmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin hüquqi dayağına çevrilib.”

Məhərrəmzadə sonda bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən tədbirlər Böyük Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda daxili sabitliyin möhkəmlənməsinə, iqtisadi yüksəlişin daha da sürətlənməsinə və mövcud pozitiv dinamikanın qorunmasına xidmət edir.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see243

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see240

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see234

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see201

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see197

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see188

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see175

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see172

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see172

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see172

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see169

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see167

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see161

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see160

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see159

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see156

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see156

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see156

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri