Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Tarixi Zəfərdən sonra formalaşan yeni siyasi reallıqlar

Tarixi Zəfərdən sonra formalaşan yeni siyasi reallıqlar

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsi Azərbaycanın daxili və xarici siyasətinin ən yaxın keçmişi və sabahı ilə bağlı son dərəcə aydın təsəvvür tablosudur. Eyni zamanda, ölkəmizin başçısı bu müsahibədə Azərbaycanın daxili və xarici siyasətinin gələcək istiqamətləri barədə ölkə ictimaiyyətinə önəmli informasiyaları çatdırmaqla hər bir Azərbaycan vətəndaşı üçün ən yaxın gələcəkdə daxili və xarici siyasi xəttimizin "Yol Xəritəsi"nin nədən ibarət olmasını akademik səviyyədə göstərmiş oldu.

Hazırda Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir. Nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Dövlətimizin başçısının fikirləri sitat gətirilir: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.
Digər tərəfdən, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində “Azadlığa Dəstək Aktı” barədə və ABŞ-Azərbaycan münasibətlərinə dair fikir bildirib. O, müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəlişin Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini və bu düzəlişin tamamilə ləğvinin labüdlüyünü əsaslandırıb.
Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən düzəlişi təsdiqləyib. Aktın 907-ci maddəsi Birinci Qarabağ müharibəsindən başlayaraq 30 il ərzində müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Dövlətimizin başçısı isə bu prosesdə xüsusi aktiv olan şəxsin o dövrdə senator kimi, sonra vitse-prezident, daha sonra Prezidentliyi dövründə Co Bayden olduğunu bildirib.
Belə ki, Bayden administrasiyası Əfqanıstan əməliyyatlarından sonra nankorcasına 907-ci düzəlişi yenidən canlandırıb, bunu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Ancaq Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda, ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Buna baxmayaq, ABŞ qoşunları Əfqanıstanı tərk etdikdə Azərbaycanın dəstəyi heç olmamış kimi unudulub. Aktın 907-ci düzəlişinin, sonrakı dövrlərdə dərin ikili standartlarla Azərbaycana qarşı görülən tədbirlər və təşəbbüslərin həmmüəllifləri arasında ermənipərəst Senator Bob Memendez və Frank Peloni kimi şəxslər də olub.
Onlar müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvinin Prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar. Bob Menendez, həmçinin uzun illər ərzində Azərbaycan haqqında mənfi narrativlərin formalaşdırılmasında mərkəzi rol oynayıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri kimi o, ABŞ–Azərbaycan əməkdaşlığına ardıcıl şəkildə qarşı çıxıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətləri qətiyyətlə dəstəkləyib, açıq şəkildə Azərbaycanı insan hüquqlarının pozulmasında və aqressiyada ittiham edib. Amma həqiqət öz yerini 30 il sonra tapdı və bu bədnam düzəliş Tramp administrasiyası dönəmində donduruldu. Bu, prezidentimizin və diplomatiyamızın şanlı qələbələrindən biridir.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində çox vacib mesajlar yer alır. Dövlətimizin başçısı, ilk növbədə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbədən sonra yaranmış yeni təhlükəsizlik mühitinə diqqət çəkdi. Prezidentin də bəyan etdiyi kimi, məhz ötən il – 2025-ci ildə Ermənistan–Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.
Sülhün təşəbbüskarı Azərbaycandır və ötən il Vaşinqtonda əldə olunan razılaşma əsasında tərəflər sülh istiqamətində çox vacib addımlar atdı. Dövlətimizin başçısının da söylədiyi kimi, “Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə”. Bu, sabitliyə və təhlükəsizliyə olan inamın artması fonunda irəliyə addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkan verir.
Müsahibədə, həmçinin ölkədə həyata keçirilən sosial islahatlar, iqtisadi dayanıqlıq və idarəetmədə effektivlik, enerji və nəqliyyat layihələrinin əhəmiyyəti, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilir, gələcəyəyönəlik inkişaf strategiyalarına dair mesajlar üstünlük təşkil edir. Digər tərəgdən, 2025-ci il Azərbaycanla bağlı bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizin Prezidenti yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın rolu, maraqları, həmçinin bir sıra beynəlxalq və regional məsələlərdə mövqeyi ilə bağlı bir çox sualları cavablandırıb. Bunlara avqustun 8-də Ağ Evdə ABŞ ilə müvafiq memorandumun imzalanması, ərazilərimizin işğaldan azad edilməsindən sonra qonşu dövlətlə münasibətlərdə mühüm mərhələ olan Ermənistanla sazişin paraflanması və qlobal siyasətdə əsas aktorlardan biri olan Çin Xalq Respublikası ilə münasibətlər daxildir.
Ölkəmizin bağladığı sazişlər, həyata keçirilən səfərlər və strateji əməkdaşlıq müqavilələri ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, habelə regionumuzda planlaşdırılan və artıq həyata keçirilən irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycan müsəlman dövlətlərindən ibarət və beynəlxalq münasibətlərdə mühüm rol oynayan D8 təşkilatının tamhüquqlu üzvü olub. Bütün bu ilkin şərtlər, atılan müsbət addımlar göstərir ki, biz düzgün yoldayıq və 2026-cı ildə bu dövlətlərlə əməkdaşlığımızı inkişaf etdirəcək, həmçinin diplomatiya sahəsində Azərbaycanın maraqlarına xidmət edəcək və dövlətçiliyimizi gücləndirəcək daha mühüm addımlar atacağıq. Eyni zamanda, Prezident İlham Əliyevin ötən gün jurnalistlərə verdiyi müsahibədə “dünyada beynəlxalq hüququn olmadığını” vurğulaması, əslində, qlobal sistemdə illərdir formalaşmış dərin paradoksun açıq ifadəsidir. Bu, Azərbaycanın tarixi təcrübəsindən və yaşadığı real hadisələrdən irəli gələn nəticədir.
Son müsahibəsində Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər isə dili sadəcə ünsiyyət vasitəsi kimi deyil, cəmiyyətin bütövlüyünü təmin edən əsas faktor kimi təqdim edir. Dövlət başçısı bu mövqeyi çox aydın şəkildə ifadə edir: “Dil insanları birləşdirir, əhalini birləşdirir”.
Bu yanaşma göstərir ki, dil təkcə ünsiyyət vasitəsi deyil, ictimai münasibətlərin formalaşmasında və sosial inteqrasiyada həlledici rol oynayan əsas amildir. Dil insanların düşüncə tərzini, davranış qaydalarını və ortaq mədəni normaları uyğunlaşdırır, beləliklə, cəmiyyətdə vahid dəyərlər sistemi meydana çıxır. Beləliklə, dil həm mədəni, həm sosial, həm də siyasi inteqrasiya mexanizmi kimi çıxış edir, millətin birliyinin və davamlılığının əsas dayağına çevrilir. Bir sözlə, ölkə başçısının yerli telekanallara son müsahibəsi cənab prezidentin bütün sahə və istiqamətləri hər zaman şəxsi nəzər-diqqətində saxladığının aydın şəkildə göstəricisi və mücəssəməsidir.

Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri