Icma.az
close
up
RU
Zəfərdən Sülhə: Azərbaycanın Strateji İrəliləyişi və Yeni Regional Reallıq

Zəfərdən Sülhə: Azərbaycanın Strateji İrəliləyişi və Yeni Regional Reallıq

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfəri diplomatik və hüquqi cəhətdən tamamlayan tarixi nəticə olmaqla Prezident İlham Əliyevin liderliyilə yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyan tarixi bir sənəddir.
İlk növbədə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəqil dövlətçilik məntiqindən qaynaqlanan Liderlik Strategiyasının əsas məqsədi apardığı ədalətli müharibə və onun nəticələrinin möhkəmləndirilməsi işində yalnız qələbə qazanmaq deyil, həm də regionda davamlı sülh və əməkdaşlıq mühiti yaratmaq olmuşdur.
Məhz bu baxış əsasında Azərbaycan tərəfi münaqişədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edərək beynəlxalq hüquqa əsaslanan 5 bənddən ibarət gündəlik irəli sürdü.
Suverenliyin qarşılıqlı tanınması, ərazi bütövlüyünün təsdiqi, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama və gücdən istifadə etməməni əhatə edən bu prinsiplər Reqional Normallaşma üçün Hüquqi Çərçivəni müəyyən edən hazırkı sülh sazişinin əsasını təşkil edir.
11 avqust 2025-ci il tarixində imzalanmış Saziş, postmünaqişə dövründə tərəflər arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edir. Sazişin əsas müddəalarına ümumiləşmiş şəkildə nəzər salsaq görərik ki,
– Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır, gələcəkdə bu kontekstdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür(maddə l və ll)
– Tərəflər güc tətbiqindən və daxili işlərə müdaxilədən tamamilə çəkinməyi öhdəlik kimi qəbul edirlər (maddə lll və lV)
– 30 ilə yaxın fasilədən sonra diplomatik kanalların rəsmi bərpası sülhün institusional təməlinin formalaşmasına şərait yaradır(maddə V)
– Müvafiq komissiyalar vasitəsilə dövlət sərhədlərinin hüquqi qeydiyyatı və sabitliyin təmin olunması öhdəlik altına alınır(maddə Vl və Vll)
– Humanitar məsələlərin həlli və etimadın bərpası (maddə Xl) və s.
Hazırda mövcud beynəlxalq sistemin mürəkkəbliyi və geosiyasi təlatümləri fonunda bu Sazişin əldə olunması böyük diplomatik uğur kimi dəyərləndirilməkdədir. Son illərdə beynəlxalq münasibətlərdə güc tətbiqinin artması, çoxtərəfli formatların zəifləməsi və yeni münaqişələrin yaranması fonunda Azərbaycan–Ermənistan münasibətlərinin sülh yolu ilə tənzimlənməsi nadir presedentlərdən biridir.
Saziş BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və Almatı Bəyannaməsinin müddəalarına əsaslanaraq imzalanmış, regional hüquqi reallıqları qlobal hüquq sisteminə inteqrasiya etmişdir. Bu kontekstdə, Azərbaycanın sərgilədiyi prinsipial və hüquqa əsaslanan yanaşma təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya regionu üçün sülh modelinə çevrilmək potensialına malikdir.
Bu baxımdan Sülhün təmin olunması daxili siyasi iradənin və strateji ardıcıllığın nəticəsi olmaqla Prezident İlham Əliyevin Liderliyində Sistemli yanaşmanın nailiyyətidir.
Məhz onun qətiyyətli və ardıcıl siyasəti nəticəsində
Azərbaycan:
• Hərbi qələbəni diplomatik üstünlüyə çevirmiş;
• Sabitlik və təhlükəsizlik üçün konkret mexanizmlər qurmuş;
• Daxili və beynəlxalq legitimliyi maksimum səviyyədə təmin etmişdir.
Bu siyasətin uğuru regionun lider dövləti,sülh prosesinin təşəbbüskarı və əsas aktoru kimi regional və qlobal miqyasda Azərbaycanın yerini möhkəmləndirmişdir.
Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ Prezidenti Donald Trampın iştirakı və ev sahibliyində paraflanan Sülh Sazişinin təxirəsalınmadan icrası regionda:
• Yeni nəqliyyat dəhlizlərinin reallaşmasına;
• İqtisadi və ticari əlaqələrin genişlənməsinə;
• Enerji və logistika infrastrukturunun
Cənubi Qafqazda yenidən qurulmasına zəmin yaratmaqla regional və qlobal miqyasda inkişafa və rifaha təkan verəcəkdir. Bundan əlavə, humanitar və mədəni sahələrdə əməkdaşlıq imkanları bölgədə xalqlar arasında inam və etimadın qurulmasına, qarşılıqlı hörmətin artmasına xidmət edəcəkdir.
Nəticədə Yalnız Qələbə deyil, Dayanıqlı Sülh Quruculuğuna nail olmaq üçün dünyanın 1 nömrəli paytaxtında beynəlxalq ictimaiyyətin şahidliyi və təqdiri ilə imzalanmış bu Sülh Sazişi Azərbaycan dövlətinin Zəfərdən dərhal sonra sülhə keçid strategiyasının məntiqi yekunudur. Hərbi-siyasi yolla əldə edilən nəticələrin hüquqi və diplomatik təsdiqi, müdrik dövlət siyasəti ilə yanaşı , milli həmrəyliyin, strateji səbrin və siyasi uzaqgörənliyin bariz təzahürüdür.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan bu iradə, XXI əsrdə dövlətlərarası münasibətlərdə hüquqa əsaslanan yanaşmanın, ədalətli və inklüziv sülh modelinin real tətbiqi nümunəsi kimi tarixə düşür.
XEYİRLİ-UĞURLU OLSUN !
Bahar Muradova-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Avqust 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri