Icma.az
close
up
RU
Azərbaycanın yeni tarixi missiyası: şanlı Zəfərdən sülhə gedən yol

Azərbaycanın yeni tarixi missiyası: şanlı Zəfərdən sülhə gedən yol

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Meydanəli Yolçiyev,

​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə beynəlxalq ictimaiyyətin diqqətini çəkən və regional siyasətdə mühüm əhəmiyyət kəsb edən siyasi hadisə kimi dəyərləndirilir. Müsahibədə dövlət başçısının regional və qlobal məsələlərlə bağlı ifadə etdiyi fikirlər ölkəmizin xarici siyasət kursunun strateji prioritetlərini və sülh gündəliyini bir daha nümayiş etdirib.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququ, tarixi ədaləti və milli ləyaqətini bərpa edib. Bu qələbə həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, müstəqil dövlət kimi gücünün nümayiş etdirilməsinə töhfə verib. Bu proses hərbi-siyasi və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.  Postmüharibə dövründə vasitəçilərin fəaliyyətində yaranmış boşluq isə regionda yeni diplomatik təşəbbüslərə yol açıb. Azərbaycan tərəfi bu şəraitdə sülh təşəbbüskarı kimi çıxış edərək Ermənistanla danışıqların başlanmasını təklif edib. Bu fakt göstərir ki, rəsmi Bakı müharibəni bitirməklə davamlı sülhün qurulması üçün məsuliyyətli mövqe nümayiş etdirib.

Müsahibədə diqqətəlayiq məqamlardan biri də Vaşinqtonda paraflanmış sənədin xüsusi vurğulanması olub. ABŞ Prezidenti Donald Trampın və onun komandasının dəstəyi ilə əldə edilən razılaşma uzun illər davam etmiş münaqişəyə son qoyub. Bu sənəd Azərbaycan-Ermənistan münasibətlərini dövlətlərarası hüquqi əsasda tənzimləyən mühüm addım kimi qiymətləndirilir.

Dövlət başçısı, eyni zamanda qeyd edib ki, Ermənistan konstitusiyasında hələ də ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşan müddəa mövcuddur. Həmin müddəanın aradan qaldırılması sülh müqaviləsinin imzalanmasının əsas şərtidir. Əgər Ermənistan bu istiqamətdə geriyə addım atarsa, ilk növbədə öz beynəlxalq mövqelərinə, xüsusilə ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə zərbə vurmuş olacaq. Bu amillər regionun gələcək sabitliyini sual altına qoya bilər.

Vaşinqton razılaşmasının əsasında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması dayanır. Azərbaycanın mövqeyi obyektivdir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, rəsmi Bakı da oxşar addım atacaq. Bu faktor isə təkcə ikitərəfli münasibətlərdə deyil, bütün regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər. Sözügedən məqam beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır: Azərbaycan sülhün təmin olunmasında etibarlı tərəfdaşdır.

Prezident İlham Əliyev müsahibədə Qarabağ məsələsinin Onun siyasi fəaliyyətində prioritet olduğunu vurğuladı. Azərbaycan həm müharibə, həm işğal, həm də sülh quruculuğu təcrübəsinə malikdir. Bu çoxşaxəli təcrübə indi regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verir. Ölkənin şaxələndirilmiş xarici siyasət kursu isə ona beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş mövqeyi qazandırıb. Azərbaycan bu gün Qərb və Şərqlə bərabərhüquqlu münasibətlər qura bilən, çətin vəziyyətlərdə vasitəçilik təşəbbüsləri ilə çıxış edən dövlət kimi qəbul olunur. Bütün bunlar ölkəmizi beynəlxalq sistemin mühüm aktorlarından birinə çevirir.

Müsahibədə diqqət çəkən başqa bir mühüm mövzu Türk Dövlətləri Təşkilatının (TDT) gələcək perspektivləri ilə bağlı idi. Təşkilat hazırda artıq strateji əməkdaşlıq platforması səviyyəsinə yüksəlib. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” və digər türk dövlətləri ilə mövcud strateji tərəfdaşlıq sənədləri bu qurumun regional və qlobal güc mərkəzinə çevrilməsinin əsaslarını formalaşdırır. Türk dövlətlərini ortaq etnik və tarixi köklər birləşdirir, bu təşkilatın unikal üstünlüyüdür və gələcəkdə daha güclü əməkdaşlığa zəmin yaradır.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi bir daha nümayiş etdirib ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşəbbüskarıdır. Qarabağ məsələsinin həlli ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Bu reallıq yalnız qonşu ölkələrlə münasibətləri deyil, həm də Mərkəzi Asiya və Yaxın Şərq üçün əməkdaşlıq perspektivlərini əhatə edir. Vaşinqton razılaşması həmin reallığın hüquqi zəmanəti olmaqla yanaşı, Azərbaycanın təşəbbüskar diplomatiyasının və strateji baxışının uğurlu nəticəsidir. Çoxşaxəli xarici siyasət kursu, Türk dünyası ilə güclü strateji əlaqələr və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq imici ölkəmizi qlobal siyasi gündəmdə mühüm oyunçuya çevirir. Bu müsahibə region xalqlarına, beynəlxalq ictimaiyyətə aydın mesajdır. Ədalətə söykənən sülh mümkündür və Azərbaycan bu yolun ən parlaq nümunəsini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:16
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see201

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see189

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see180

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see163

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see157

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see142

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see136

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see134

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see133

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see128

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see120

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri