Icma.az
close
up
RU
Zəfərdən Yüksəlişə” adlı intellektual yarış keçirilib

Zəfərdən Yüksəlişə” adlı intellektual yarış keçirilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 16-da 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında “Zəfərdən Yüksəlişə” adlı intellektual yarış təşkil olunub.

525.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi tarixi Zəfərə həsr olunmuş Vətən müharibəsinin qəhrəmanlıq səhnələrini, eləcə də Ali Baş Komandanın Zəfər strategiyasını, Azərbaycan Ordusunun rəşadətini və xalqın birliyini əks etdirən videoçarx nümayiş olunub.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Azərbaycanın Vətən müharibəsində keçdiyi Zəfər yolundan danışıb.

Kvizdə ümumilikdə 152 nəfər iştirakçı mübarizə aparıb. Yarışda 19 komanda iştirak edib. Gərgin və bilik dolu mübarizənin sonunda birinci yerə “ZəfərON”, ikinci yerə “44”, üçüncü yerə isə “Everest” komandaları layiq görülüb. Qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunub.

Artıq altıncı dəfə keçirilən bu intellektual yarışlar “Yüksəliş” müsabiqəsinin bilik və həmrəylik ruhunu yaşadan ənənəsinin davamıdır. Qeyd edək ki, əvvəlki illərdə keçirilən kvizlər müxtəlif mühüm hadisələrə həsr olunub.

Xatırladaq ki, bu ilin yazında keçirilən “Beşinci element” kvizi “Konstitusiya və Suverenlik İli”nə, keçən ilin qışında təşkil olunan "Yüksəliş" kvizi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə, payızda keçirilən “Azərbaycanın Yüksəlişi” intellektual kvizi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, yazda təşkil edilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, 2023-cü ildə keçirilən yarış isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən olunmasını, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin edilirlər və 20 min manatlıq mükafat qazanırlar.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri