Icma.az
close
up
RU
Azərbaycan: islahatdan yüksəlişə dönüş

Azərbaycan: islahatdan yüksəlişə dönüş

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

23 il əvvəl İlham Əliyevin Baş nazir postuna gəlməsi ölkənin tarixində tərəqqi və yeniləşməyə meydan açdı

Müstəqilliyinin 10-cu ilini yaşayan Azərbaycanda Heydər Əliyevin bütün istiqamətlərdə və sahələrdə başlatdığı islahatları yeni tarixi mərhələdə irəli aparacaq liderə ehtiyac vardı. Bunu ozamankı tarixi şərait də tələb edirdi.

2003-cü il avqustun 4-də Azərbaycan Respublikası Milli Məclisi yeni milli liderin hökumət rəhbərliyinə gəlişini təmin etməklə həm Azərbaycanı, həm də sülhə və sabitliyə möhtac bölgəni gözləyən köklü siyasi dəyişikliklərin fonunda tarixi qərar verdi. Məhz Ümummilli lider tərəfindən startı verilən inkişaf kursunun uğurları sayəsində müstəqil Azərbaycan dövləti üçün olduqca vacib, taleyüklü məsələlər artıq öz həllini tapmışdı. Qarşıda isə Qarabağ münaqişəsinin həlli, ölkəni kənar təhlükələrdən etibarlı qorumağa qadir güclü ordunun yaradılması və Azərbaycanın dünya birliyində nüfuzunun möhkəmləndirilməsi kimi məsələlər dururdu. Bu tarixi missiyanı gerçəyə çevirməyin zəmini Ulu öndər tərəfindən formalaşdırılmışdı. Yəni milli dövlətçilik üçün əsas sayılan daxildə ictimai-siyasi sabitlik təmin olunmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməli atılmışdı. Bundan başqa, dövlətçiliyin bünövrəsi sayılan iqtisadiyyat islahatlar hesabına yenidən qurulmuş və o, inkişaf yoluna çıxmışdı. Ən vacibi isə Heydər Əliyev müasir və sivil təsisatlara malik güclü, demokratik dövlət qurmaqla yanaşı, özünün dediyi kimi, müstəqilliyin dönməzliyini təmin etmişdi.

***

...Qarşıda yeni uğurların üfüqləri görünürdü. Azərbaycan xalqı onu bu yolla arzuladığı ünvana aparacaq liderə – İlham Əliyevə böyük etimad göstərmiş və ondan ümidlərini reallığa çevirməsini gözləyirdi. 23 il bundan əvvəl ölkə böyük siyasi hadisə – 15 oktyabr prezident seçkisi ərəfəsində idi və artıq bu prosesə hazırlıq işləri gedirdi. Etiraf edək ki, proses heç də rahat və birmənalı deyildi. Çünki həm daxildəki müxalifət, həm də onları xaricdən yönəldən dairələr fəallaşmış və bu səbəbdən cəmiyyətdə siyasi atmosfer gərginləşmişdi. İntəhası, Azərbaycan seçicisi şəxsi mənafelərini milli maraqlardan önə çəkən antimilli qüvvələrin küçə və meydan “fəaliyyətinin” fəsadlarına yaxşı bələd idi. Bu reallıq fonunda vətəndaşlar Azərbaycanın gələcəyinə görə məsuliyyəti Heydər Əliyevin layiqli varisinin üzərinə götürməsini arzulayır, bu statusda Ulu öndərin siyasət məktəbinin yetirməsini – İlham Əliyevi görürdü. Həmin məqama qədər Azərbaycan Milli Olimpiya Komitəsinə başçılıq etmiş, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olmuş, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi məsul vəzifədə çalışmış, eləcə də Milli Məclisin deputatı və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi İlham Əliyev hələ 90-cı illərin ortalarından ölkənin sosial-iqtisadi inkişafının təməlini yaradan neft strategiyasının şaxələnməsinə özünün dəyərli töhfələrini vermişdi. Bunu da əminliklə yaza bilərik ki, yüksək təşkilatçılıq, idarəetmə bacarığı və diplomatik fəhmi ilə seçilən İlham Əliyev sadaladığımız müxtəlif vəzifələrdə uğurlu fəaliyyəti ilə, hər şeydən əvvəl, Ümummilli liderin etimadını qazana bilmiş və ona bəslənən ümidləri doğrultmuşdu. Həmin inam və etimad prezident seçkisi ərəfəsində – 2003-cü il oktyabrın 2-də Ulu öndərin Azərbaycan xalqına müraciətində belə ifadə olunurdu:

“Mən üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

***

...Dünyanın ən nüfuzlu beyin mərkəzlərinin, tanınmış ictimai-siyasi xadimlərinin strateq-diplomat kimi qəbul etdikləri Heydər Əliyev yanılmamışdı. İlham Əliyev əvvəlcə Azərbaycanın Baş naziri, az sonra Prezidenti seçilməsi ilə ölkədə hakimiyyətin konstitusion yolla, beynəlxalq hüquqa uyğun şəkildə ötürülməsi ənənəsini yaratdı. Bununla həm də cəmiyyətimizə yeni siyasi mədəniyyət nümunəsi aşılamış oldu. Bütün bunlar qeyri-sabitliyin hökm sürdüyü Cənubi Qafqaz kimi həssas bölgədə Azərbaycana daxili sabitliyini, əməkdaşlıq və tərəqqi yolunun dönməzliyini qoruyub saxlamağa imkan verdi.

Prezident və Ali Baş Komandan kimi İlham Əliyevin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tarixi işlərin bəhrəsini indi hər bir azərbaycanlı görür və fəxr edir. O, torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin Silahlı Qüvvələrini dünyanın ən yaxşı təchiz olunmuş, yüksək döyüş qabiliyyətinə malik güclü, modern orduları sırasına yüksəltdi. Daim xalqa verdiyi vədinə sadiq qalan, addım-addım məqsədə doğru irəliləyən İlham Əliyev 2003-cü ildən başladığı o müqəddəs missiyasını, ən vacib, strateji vəzifəsini uğurla həyata keçirməyə nail oldu. Canından çox sevdiyi xalqın istəyini gerçəyə çevirən, Heydər Əliyevin yarımçıq qalmış işini başa çatdıran, “Ata vəsiyyəti”ni yerinə yetirən İlham Əliyev Xalq–Ordu vəhdətinə nail olaraq torpaqlarımızı 44 gündə düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünə, daha sonra tam suverenliyinə nail oldu.

***

...Azərbaycanın son 200 ildə qazandığı ən böyük nailiyyəti – Şanlı Zəfər Ali Baş Komandan İlham Əliyevin təkcə sərkərdəlik məharətinin deyil, həm də siyasi və diplomatik fəhminin nəticəsidir. Bu Qələbə Azərbaycan Prezidentinin uzun illər ərzində apardığı sistemli siyasətin – ordu quruculuğu, cəmiyyətdə vətənpərvərlik hisslərinin gücləndirilməsi və beynəlxalq diplomatiyanın zirvəsi sayılır.

Bu gün Bakı dünyanı narahat edən qlobal problemlərinin səsləndirildiyi beynəlxalq tribuna rolunu oynayır. Son 10-15 ildə Azərbaycan paytaxtının ev sahibliyi etdiyi beynəlxalq konfrans, forum, sessiya və zirvələrin sayı mini ötüb. Prezident İlham Əliyevin milli maraqlara söykənərək həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını genişləndirib, onun nüfuzunu bütün qitələrdə artırıb. Azərbaycan Prezidenti Bakıda beynəlxalq tədbirlərin, forumların təşkili məqsədini belə izah edir:

“Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayıblar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamış, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir. Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm də başqa ölkələr üçün maraq doğursun. Çünki bu, həqiqətən, nadir bir təcrübədir və “Bakı prosesi”nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik.

...Məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, qlobal təşəbbüsləri sayəsində ölkəmiz dünya çapında söz sahibinə, transmilli haba çevrilib. Artıq “böyük güclərin” iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr təkcə iqtisadi deyil, həm də geostrateji baxımdan Azərbaycanın regional güc kimi rolunu birə-beş artırıb. Dövlətimizin başçısı Heydər Əliyevin 33 il əvvəl fəlakətdən qurtararaq, aydın inkişaf yoluna çıxartdığı Azərbaycanı müstəqilliyinin təməlləri daha möhkəm, milli hədəfləri daha aydın bir dövlətə çevirdi.

İlham Əliyev XXI əsrdə dünyanın hesablaşdığı müasir dövlət modelini – islahatdan uğura dönüş etməyi bacaran yeni Azərbaycanı yaratdı.

XQ-nin Analitik Mərkəzi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see295

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see278

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see275

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see270

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see263

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see249

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see244

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see244

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see240

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see240

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see234

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see227

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see217

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see215

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see210

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see205

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see194

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see184

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see178

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri