Icma.az
close
up
RU
Zəfərə aparan yol: Vətən müharibəsinin səkkizinci günü

Zəfərə aparan yol: Vətən müharibəsinin səkkizinci günü

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2020-ci il oktyabrın dördü - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin səkkizinci günü.

Oxu.Az xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk günlərdə olduğu kimi, müharibənin səkkizinci günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu yenidən hədəf alır. Belə ki, mənfur düşmən səhər saatlarında Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirir.

Həmçinin, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ard-arda atəşə tutur. Nəticədə bir nəfər Gəncə şəhər sakini - mülki şəxs həyatını itirir, 32 nəfər isə yaralanır. Çox sayda evə və infrastruktura külli miqdarda ziyan dəyir.

Bununla yanaşı, Ermənistan ordusu Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəlilər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutur.

Habelə, Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması ilə yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü Fərid Dilafət oğlu İsgəndərov dağıntılar altında qalaraq həlak olur, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyir.

Təbii ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə növbəti dəfə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirməyə xidmət edirdi.

Düşmənin terror-təxribat əməlləri cavabsız qalmır. Ermənistan silahlı qüvvələrinə məxsus zirehli texnikalar, atəş-dəstək və təminat vasitələri məhv edilir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə özünün "X" səhifəsində xalqımızın kədərini sevinclə əvəzləyən xəbəri verir. Ölkə başçısı Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan tam azad etdiyini açıqlayır. Həmçinin, dövlət başçısı xalqa müraciətində Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.

Saat 18 radələrində Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağının sancıldığı xəbəri verilir. Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülür.

Lakin mənfur düşmən yenə də müharibəni cəbhə bölgəsindən kənara daşıyaraq, dinc əhalini və mülki infrastrukturu hədəf almağa başlayır. Belə ki, axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxır. Bir neçə dəqiqə sonra Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin endirilməsi və yaralıların olduğu barədə məlumat yayır. Mingəçevirə atılan üç raketdən ikisi partlamır. Üçüncü raketin fərdi yaşayış evinə atılması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir, eyni zamanda, evə külli miqdarda ziyan dəyir. Düşmənin Mingəçevirə raket atmaqda əsas məqsədi isə Mingəçevir su anbarını vurmaq olur. Ermənistan ordusu təxminən bir saat sonra Xızı və Abşeron bölgəsinə iki ədəd 300 km məsafəli ortamənzilli raket atır. Həmçinin, Ermənistan ordusunun ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində iki şəhər sakini yaralanır.

Müharibə Ermənistan və erməni lobbisinin informasiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsində jurnalistin təxribatçı suallarını dəqiq faktlar əsasında cavablandırır:

"Azərbaycan müstəqil ölkədir. Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var. Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz".

Təbii ki, müharibənin səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Oktyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri