Icma.az
close
up
RU
Zəfərə aparan yol: Vətən müharibəsinin 21 ci günü

Zəfərə aparan yol: Vətən müharibəsinin 21 ci günü

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2020-ci il oktyabrın 17-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi birinci günü.

Oxu.Az xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini, həmçinin müharibə başlayandan etibarən beşinci dəfə Gəncə şəhərini atəşə məruz qoyur.

Erməni silahlı qüvvələri hücum zamanı "Skad" ballistik raketlərindən istifadə edirlər. Raketlər əhalinin sıx yaşadığı əraziyə düşür. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa, ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşür. Nəticədə 20 ev dağılır, xeyli sayda mülki şəxs dağıntıların altında qalır. Hücum nəticəsində 15 nəfər həlak olur, 55 nəfər isə yaralanır.

Bununla belə Ermənistan ordusu həmin saatlarda növbəti dəfə Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəf almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atır. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havadaca zərərsizləşdirilir.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini yenidən atəşə tuturlar.

Ermənistandan fərqli olaraq mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, yeddi ədəd T-72 tankı, iki ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd D-30 və bir ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənən 10 ədəd yük maşını və yeddi ədəd digər avtomobil texnikası məhv edilir və sıradan çıxarılır. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, iki ədəd "Uraqan" sistemi, bir ədəd "TOS 1a" odsaçan sursatı, iki ədəd "Elbrus" əməliyyat-taktiki raket kompeksi, bir ədəd "Toçka-U", iki ədəd "S-300" kompleksləri, 35 ədəd "Osa", üç ədəd "Tor", beş ədəd "Kruq" və "Kub" zenit-raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd yük avtomobili məhv edilir. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilir. Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan Ordusu mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd "Tor-M2KM" zenit-raket kompleksi məhv edilir.

Canlı qüvvə sarıdan da xeyli itki verən Ermənistan ordusu həmin gün növbəti zərbəni alır. Erməni silahlı qüvvələrinin "Qara Qaplan" könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan məhv edilir.

Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan da məhv edilənlər arasında olur.

Elə həmin gün Prezident İlham Əliyev xalqımıza uzun illərdir gözlədiyimiz müjdəni verir. Ölkə başçısı xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlayır.

Bütün bunların fonunda 18 oktyabr, saat 00:00-dan etibarən Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri