Zəfərimiz nəticəsində regionda formalaşan sülhün hansı iqtisadi dividentləri var?
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Gələn həftə şanlı Zəfərimizin 5-ci ili qeyd olunacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü xalq-iqtidar birliyi Zəfərə çatmağımızda əsas şərtlərdən oldu. Vətən savaşında qazandığımız Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına imkan verdi və uzun müddət işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu".
Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
Deputat bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı:
"Şanlı Zəfərimizin regiona gətirdiyi sülhün strateji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil. Bir müddət öncə "Moody's" beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişafyönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər. Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülh regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyuluşlarında daha maraqlı olacaqlar".
"Xüsusilə nəzərə almalıyıq ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olub. Azərbaycan Prezidentinin yeni dövrün yeni hədəflərinə uyğun olaraq qeyri neft-qaz sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələrlə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir. Gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq.
Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da Azərbaycanı beynəlxalq yükdaşımalarda regional haba çevirəcək. Bütövlükdə, Azərbaycanın əldə etdiyi Zəfər daha stabil və inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım oldu", - deyə deputat qeyd edib.
Baxış sayı:77
Bu xəbər 01 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















