Icma.az
close
up
RU
5 yaşlı Zəfərimiz

5 yaşlı Zəfərimiz

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

2020-ci ildən sonra noyabr müstəqil və müasir Azərbaycanın tarixinə unudulmaz ay kimi daxil olub. Həmin il sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün sonra möhtəşəm Zəfərlə başa çataraq xalqımızın 30 illik həsrətinə son qoydu. Haqq savaşına qalxaraq torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda ölüm-dirim mübarizəsi aparan neçə-neçə igid, qəhrəman oğullar şəhid oldu, yaralandı. Vətən müharibəsində hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Noyabrın 8-i ölkəmizin yeni tarixinə Zəfər Günü kimi yazıldı. Uzun illərdən sonra işğalçı Ermənistan üzərində qazanılan Qələbə çoxəsrlik Azərbaycan tarixinin ən mühüm hadisəsidir.
Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri tarixdə ədalətli müharibə aparmağın nümunəsidir. Əlbəttə, müharibə etmək, qan tökmək heç bir xalq üçün arzuolunan deyil. Lakin elə müharibələr var ki, sülh na¬minə aparılır, haqqa, ədalətə söykənir, bəşəri əmin-amanlığa, azadlığa, milli dir¬çəlişə xidmət edir. Xalqımızın torpaqlarımızı zəbt etmiş Ermənistan silahlı qüvvələrinə qarşı apardığı müharibə də belə müqəddəs mahiyyət daşıyırdı. Bu, əsrlər boyu ədalətə, haqqa sığınan bir xalqın milli-mənəvi varlığı, qüruru, eləcə də Vətən, doğma yurd, ata-baba əraziləri uğrunda mübarizəsi idi.
2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Vətən müharibəsində Şuşa qalasının və şəhərinin işğaldan azad edilməsi çox ciddi əhəmiyyətə malik hadisə idi. Bu, demək olar ki, müharibənin taleyini həll edən amilə çevrildi. Xalqımızın Ulu Öndəri Heydər Əliyev əbəs yerə demirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”.
Şuşa uğrunda aparılan döyüşlərdə atılan mürəkkəb və cəsarətli addımlar dünya hərb tarixinin misil¬siz bir səhifəsini təşkil edir. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdilər. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardılar.
Prezident İlham Əliyev Şuşa döyüşünün hərbi-siyasi əhəmiyyətini çox yüksək dəyərləndirərək deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Or¬dumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şu¬şanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xü¬susi yer tutacaq. Çünki bu əməliyyatı bi¬zim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Zəfərə aparan yol
Həmin il Azərbaycan Ordusu Zəfər yürüşünə çıxdı. Vətən müharibəsinin başlandığı ilk gündən – sentyabrın 27-dən cəbhə xəttindən sevinc dolu xəbərlər gəlməyə başladı. İlk həmlədə Murov yüksəkliyinin azad olunması xəbəri qələbəyə inamı yüksəltdi. Bir-birinin ardınca uzun illər boyu düşmən tapdağı altında qalan kənd, qəsəbə və şəhərlər azad olunmağa başladı. Düşmən ordusunun yüzlərlə döyüş texnikasını, minlərlə canlı qüvvəsini məhv edən Müzəffər Ordumuz sürətlə irəliləyir, “Dəmir yumruq” əməliyyatı uğurla davam edirdi. Oktyabrın 3-də Suqovuşanın, oktyabrın 4-də Cəbrayılın, oktyabrın 9-da Hadrutun, oktyabrın 17-də Füzulinin, oktyabrın 20-də Zəngilanın, oktyabrın 25-də Qubadlının azad olunması ilə düşmənə layiqli cavablar verildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Müharibənin kulminasiya nöqtəsi isə şübhəsiz ki, Şuşa şəhərinin hərb tarixində misli görünməmiş qəhrəmanlıq və igidlik nəticəsində, əlbəyaxa döyüşlərlə azad edilməsi oldu. Şuşa döyüşləri ordumuzun mübarizə əzminin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdilər. Əsgər və zabitlərin döyüş üsulu qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Sıldırım qayaları aşaraq böyük fədakarlıq nəticəsində ildırım sürəti ilə Şuşaya qalxan döyüşçülərin şücaəti dünyanı heyrətə saldı. Belə şücaəti yalnız haqq uğrunda savaşa çıxanlar göstərə bilərdilər.
Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.
Tarixi Qələbənin dəyəri
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 Noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Prezident “məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə dərs keçən Azərbaycan Ordusuna yüksək dəyər verərək deyib: “Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə, o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbay¬can 44 gün ərzində parlaq Qələbə qaza¬naraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kənd¬lər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyul¬sun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın… Buna nail olduq. Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir”.
“Dəmir yumruq” əməliyyatının məntiqi və uğurlu sonluğu olan bu Qələbə yalnız Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün xalqımızın Zəfəri idi.
Antiterror əməliyyatları və suverenliyin tam bərpası
Lakin Qarabağ torpağında Azərbaycan Bayrağı dalğalanandan sonra da regionun bəzi ərazilərində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri vəziyyəti gərginləşdirməyə çalışır, vaxtaşırı terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. 2023-cü il sentyabrın 18-də düşmənin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Artıq növbəti təxribat vəziyyəti dözülməz hala gətirmişdi.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan antiterror əməliyyatı uğurla nəticələndi. Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq məhv edildi. Cəmi bir sutkaya yaxın müddətdə davam edən antiterror əməliyyatı növbəti dəfə Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. 23 saat 43 dəqiqə sonra düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu. Bununla da, Qarabağda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin, qondarma rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.
Heç şübhəsiz ki, uğurla həyata keçirilmiş birgünlük lokal antiterror əməliyyatı Qarabağ savaşının, eləcə də Vətən müharibəsinin möhtəşəm yekunudur. Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan xalqının tarixində və taleyində ən möhtəşəm hadisədir.
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru
Zəfər vətəndaş, xalq və dövlət olaraq üzərimizə mühüm vəzifələr qoyur. Ermənistanla və onun havadarları ilə mübarizədə qazanılan Qələbə dünya miqyasında ölkəmizin rolunu və nüfuzunu nəzərəçarpacaq dərəcədə artırıb. Bu gün Azərbaycan yenə də bütün Cənubi Qafqazda sülhün təminatçısı kimi çıxış edir, əmin-amanlıq, sakitlik, dinc quruculuq yolu ilə irəliləyir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağa yenidən həyat qayıdır. Xarabaya çevrilmiş, viran edilmiş evlərin yerində yeni binalar tikilir, abad kəndlər, yeni sosial və iaşə obyektləri, küçə və parklar salınır, bərpa-quruculuq işləri həyata keçirilir. Bir-birindən gözəl binalar, həyət-bacaları göz oxşayan evlər doğma sakinləri qoynuna alır.
Vətən müharibəsi məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan münaqişə və təcavüz nəticəsində pozulmuş ərazi bütünlüyünü öz gücü, Müzəffər Ali Baş Komandanın qətiyyəti, zabit və əsgərlərin böyük qəhrəmanlıq və şücaəti, xalqın möhtəşəm birliyi sayəsində bərpa edərək yeni məqsədlərə doğru uğurlu addımlar atır. Beş il əvvəl Azərbaycan xalqının yazdığı Zəfər dastanı isə tarixdə və yaddaşlarda hünər, qeyrət, igidlik, ədalət nümunəsi kimi əbədi olaraq yaşayacaq.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Noyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1517

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see259

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see232

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see224

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see217

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see213

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see209

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see206

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see204

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see202

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see200

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see187

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see174

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see172

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see172

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see167

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see167

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see160

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see157

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri