Icma.az
close
up
RU
Zəfərimiz şərəfimizdir

Zəfərimiz şərəfimizdir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qələbənin 4-cü ildönümünə həsr olunmuş "ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ" adlı bədii qiraət müsabiqəsi keçirilib.

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin ilk günündə  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı,
Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetini təmsil edən iştirakçılar öz  çıxışlarını təqdim  ediblər. Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyiblər.

Yekun qərara əsasən,Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Məhsəti Tahirzadə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov, Bakı Bələdiyyə Teatrının aktrisası Günel Həmidova, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının aktyoru Nəsimi Məmmədzadə, Lənkəran Dövlət Dram Teatrının aktrisası Banu Muharrem, Salyan Dövlət Kukla Teatrının aktrisası Mirxədicə Mirzəyeva, Qusar Dövlət Ləzgi Dram Teatrının aktrisası Ramella Rzayeva, Gəncə Dövlət Kukla Teatrının aktyoru Məhəmməd Hacıyev, Şəki Dövlət Dram Teatrının rejissoru Elvin Nuri, Mina Şıxova (Müstəqil iştirakçı), Füzuli Dövlət Dram Teatrının aktrisası Gülgəz Soltanova, Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyeva, Ağdam Dövlət Dram Teatrının aktyoru Elmir Hümbətov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Kənan Hüseynov müsabiqədə uğurlu iştiraka görə diplomla təltif olunublar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Nəzrin Abdullayeva, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları – Ruslan Pavlov və Dilarə Nəzərova, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının aktyorları – Zakir Fətəliyev və Şölə Alışova, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə, Kamil Nazim (Müstəqil iştirakçı), Sumqayıt Dövlət Dram Teatrının aktrisası Şəhla Məmmədova, Bakı Dövlət Universitetinin tələbəsi, Aysu İsmayılova, Safura Heydərova (Müstəqil iştirakçı), Ağdam Dövlət Dram Teatrının aktyoru Hakim Cəfərli, Bakı Bələdiyyə Teatrının aktyoru Elməddin Zakirli, Gəncə Dövlət Kukla Teatrının aktyoru Saleh Cümşüdlü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Əliulla Vəliyev, IV kurs tələbəsi Fatimə İsayev isə müsabiqədə iştiraka görə diploma layiq görülüblər.

Təqdimatdan sonra iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri