Icma.az
close
up
RU
Zəfərimizin 5 yaşı: Qardaş ölkələr zəfərimizə sevinir

Zəfərimizin 5 yaşı: Qardaş ölkələr zəfərimizə sevinir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qarabağ qələbəsi bütün dostlarımızın qürurudur

2020-ci il həm Azərbaycan tarixinə, həm də regionun həyatına yeni ştrixlər qazandırdı - möhtəşəm Qələbə torpaqların azad olunmasına, ədalətin, tarixi həqiqətin və beynəlxalq hüququn bərpasına yol açdı. Bu, yaxın-uzaq keçmişdə demək olar ki, ilk hadisə idi - ilk dəfə idi ki, bir dövlət öz gücü ilə 30 ilə yaxın davam edən ədalətsizliyi aradan qaldırır, beynəlxalq sənədlərin icrasını təmin edirdi.

Əlbəttə, bu haqq yolunda irəliləmək asan olmadı. Uzun illər ərzində bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın haqlı səsini eşitmək istəmədilər, işğal faktına göz yumdular, ədaləti siyasi maraqlara qurban verdilər. Lakin Azərbaycan xalqı və dövləti bütün bu çətinliklərin öhdəsindən gəldi. Qələbəmiz isə düşmənləri sarsıtdığı qədər bütün dost və qardaşlarımızı qürurlandırdı. Azərbaycan bu haqq savaşında tək deyildi - həmin çətin illərdə, günlərdə bizimlə eyni fikirdə olan, haqqın və ədalətin yanında duran qardaşlarımız, dostlarımız da vardı - Türkiyə, Pakistan, Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və onlar kimi başqa dövlətlər həm siyasi, həm mənəvi, həm də diplomatik müstəvidə Azərbaycanın yanında oldular, dünya ictimaiyyətindən haqq səsimizi eşitmələrini tələb etdilər. Qələbə xəbəri gələndə bu, həmin ölkələrdə də sevinclə, qürurla qarşılandı. Azərbaycanın Zəfəri təkcə bizim deyil, bütün dost və qardaş xalqların qələbəsi kimi qəbul edildi.

Qələbənin 5 ili: dəyişən reallıqlar, dəyişməyən dostluq

Bu gün artıq o tarixi qələbədən 5 il keçir. Bu beş il ərzində Azərbaycan təkcə itirilmiş torpaqlarını bərpa etməklə kifayətlənməyib, həm də regionda yeni siyasi, iqtisadi və diplomatik reallıqlar yaradıb. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın dövlətçilik gücünü bir daha nümayiş etdirdi. Bu proseslərdə də qardaş və dost ölkələr hər zaman bizim yanımızda oldular. Onların həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstəyi bu illər ərzində dəyişməz qaldı.

Qələbənin 5 illiyi münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktubları, dost ölkə liderlərinin Zəfər Günü ilə bağlı çıxışları, eləcə də bir sıra yüksək səviyyəli səfərlər bu dostluğun sarsılmazlığını bir daha təsdiqləyir. Yeri gəlmişkən, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və başqa ölkələrin rəhbər şəxsləri Azərabycan Prezidentinə və xalqına təbrik məktubu ünvanlayır, öz xoş arzularını çatdırırlar. Türkiyə mətbuatı bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak üçün ölkəmizə səfər edəcəyini yazıb. Eləcə də,  Pakistanın paytaxtı İslamabadın mərkəzi hissələrində 8 Noyabr - Zəfər Günü münasibətilə müxtəlif şüarlar yerləşdirilib. Binalardan birinin üzərinə Azərbaycanın dövlət bayrağı proyeksiya olunub. Binanın üzərində, həmçinin “Azərbaycan Respublikasının Zəfər Günü” şüarı yazılıb. Qeyd olunmalıdır ki, bu təbriklər yalnız diplomatik jest deyil - bu, bir ruhun, bir inancın, bir tarixi birliyin təzahürüdür. Bu qardaş sevincinə qardaşın sevinməsinin təntənəsidir...

Azərbaycan həqiqətin və ədalətin tərəfdarı kimi

Azərbaycanın mübarizəsi yalnız ərazi uğrunda mübarizə olmayıb. Bu, eyni zamanda həqiqətin və ədalətin müdafiəsi idi. Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb, BMT qətnamələrinin icrasını tələb edərək, qanuni haqqını müdafiə edib. Bu prinsiplər bu gün - Qələbədən, zəfərdən sonra da dəyişməyib. Azərbaycan bu gün də ədalətin tərəfdarı, haqlının müdafiəçisidir. Biz əzilənin yanında yer alır, əzənin qarşısında dayanırıq. Hətta ən çətin dövrlərdə, xüsusən də qlobal pandemiya zamanı Azərbaycan dövlətinin göstərdiyi humanist mövqe bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin gücləndirilməsi, kasıb ölkələrə vaksin yardımlarının təşkili Azərbaycanın humanist diplomatiyasını nümayiş etdirdi. Azərbaycan heç vaxt güclünün deyil, haqlının tərəfində olub. Bu gün də biz eyni yolda - sülh, ədalət və insani dəyərlər yolundayıq. Azərbaycanın regional və qlobal miqyasda qazandığı hörmətin kökündə məhz bu prinsipial mövqe dayanır.

Qardaş dəstəyi: birliyin əməli təzahürü

Artıq Qarabağ azaddır - artıq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub. Bu gün işğaldan azad edilmiş torpaqlarda yenidənqurma, bərpa işləri görülür. Bu prosesdə də Azərbaycan qardaş dəstəyini hiss edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində bir çox dost ölkələr fəal iştirak edirlər.

Məsələn, Qazaxıstanın təşəbbüsü ilə Füzulidə “Abay Kunanbayev” adına məktəb inşa edilir. Bu layihə təkcə təhsil müəssisəsi deyil, həm də iki xalq arasında mədəni əlaqələrin simvoluna çevrilib.

Özbəkistan Şuşada “Mirzə Uluqbəy” adına tam orta məktəb tikərək, Qarabağın dirçəlişinə töhfə verib.

Qırğızıstan tərəfindən isə Ağdamda sosial infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Türkiyə isə bu prosesin bütün mərhələlərində Azərbaycanın yanında, Azərbaycanın əsas mənəvi dəstəkçisi olub. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələrinin mühüm hissəsində Türkiyə şirkətləri iştirak edir. Füzuli və Zəngilan hava limanlarının inşası, “Dost Agropark” kimi birgə layihələr bu əməkdaşlığın nümunəsidir.

Pakistan da siyasi müstəvidə Azərbaycanın ən sadiq tərəfdaşlarından biri kimi çıxış edir. Bu ölkə hələ Vətən müharibəsi dövründə Ermənistanın işğal siyasətini pisləyərək, açıq şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdi. Bu gün də Pakistan şirkətləri Qarabağda investisiya layihələrinə maraq göstərirlər. Bütün bu faktlar bir daha sübut edir ki, Zəfər təkcə Azərbaycanın deyil, həm də dost və qardaş ölkələrin ortaq sevincidir.

Zəfərimizin sevinci dost ölkələrdə də hiss olunur...

Azərbaycan 2020-ci ildə haqqın, ədalətin və milli qürurun rəmzi olan bir Qələbə qazandı. Bu qələbə hərbi müstəvidə məhdudlaşmamalıdır - bu qələbə həm də mənəvi planda regionun tarixini dəyişdi.

Bu gün, Qələbənin 5-ci ildönümündə, Azərbaycanın yanında olan qardaş dövlətlər bir daha sübut edirlər ki, dostluq və qardaşlıq yalnız çətin günlərdə deyil, sevincli günlərdə də özünü göstərməlidir. Türkiyədən Pakistana, Qazaxıstandan Özbəkistana qədər bütün bu ölkələr Azərbaycanın uğuruna sevinir, bu Zəfəri öz Zəfəri kimi qəbul edir. Azərbaycanın yaratdığı bu birliyə, bu dostluq ruhuna dünyada çox az nümunə tapmaq olar. Çünki bu, siyasi maraq birliyi deyil - mənəvi və tarixi köklərlə bağlı olan bir qardaşlıq birliyidir. Zəfərimizin sevinci bu gün artıq təkcə Bakının deyil, Ankaranın, İslamabadın, Daşkəndin, Astananın və bütün türk-müsəlman dünyasının sevincidir. Bu qardaşlıq yaşadıqca, bu birliyin dayaqları möhkəmləndikcə, Azərbaycanın qələbə ruhu da regionun sülh və sabitlik sütununa çevriləcək.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri