Icma.az
close
up
RU
Bəhruz Quliyev: “Jozep Borrelli Fransanın törətdiyi cinayətlərə haqq qazandırır”

Bəhruz Quliyev: “Jozep Borrelli Fransanın törətdiyi cinayətlərə haqq qazandırır”

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

" Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi bəzi beynəlxalq təşkilatları, eləcə də Fransa, Hollandiya kimi dövlətləri ciddi narahat edir. Ona görə də hər cür qərəzli açıqlamalar yaymaqla və fikirlər səsləndirməklə beynəlxalq konfransın uğurlarına kölgə salmağa cəhd edirlər". Bunu KİV-ə açıqlamasında "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib. Baş redaktor mövcud vəziyyətə əsaslanmaqla vurğulayıb ki, dünyada sülhün, təhlükəsizliyin və ətraf mühitin mühafizəsinə xüsusi önəm verən dövlətlər və xalqlar belə dairələrin Azərbaycana yönəlik qərəzli açıqlamalarına və hesabatlarına əhəmiyyətsiz yanaşmaqla ölkəmizin mövqeyini müdafiə edirlər: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 196 ölkədən 72 min nəfər insanın qeydiyyatdan keçməsi tədbirin yüksək səviyyədə baş tutduğunu təsdiqlədi. Konfransın ilk gündən iqlim dəyişmələri və ekoloji problemlərlə bağlı geniş və əhatəli çıxışlar oldu, təklif və ideyalar irəli sürüldü. Bütün dünyanın diqqətinin Azərbaycanda olmasında ciddi narahat olan Fransa, Hollandiya kimi dövlətlər və onların təsiri altında olan beynəlxalq təşkilatlar tədbirin gözdən salınmasına uğursuz cəhdlər göstərirlər. Xüsusilə də, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel siyasi etikadan və prinsiplərdən kənar fikirlər səsləndirməklə qeyd edib ki, Avropadan kənar ölkələr cəngəllikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır. Bununla Jozep Borrelli Fransanın, Hollandiyanın və digər Qərb dövlətlərinin cinayət əməllər törətdiyini və bu əməllərə seyirçi qalmaqda maraqlı olduqlarını nümayiş etdirir. Təsdiq edir ki, Avropa İttifaqı və şəxsən o Fransanın müstəmləkə altında saxladığı ərazilərdə xalqlara divan tutmasına, amansız vəhşiliklər törətməsinə haqq qazandırır. Bu isə birbaşa cinayəti törədən fərdlər və qruplarla ortaq olmaq deməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri