Icma.az
close
up
RU
Zəfərin 5 ci ili: “Oğlumun ruhu rahatdır” Şəhid Rəşad Zeynallının atası FOTOLAR

Zəfərin 5 ci ili: “Oğlumun ruhu rahatdır” Şəhid Rəşad Zeynallının atası FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan artıq Zəfər Gününün 5-ci ilini qeyd etməyə hazırlaşır. 

Bu tarixi gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər, anım mərasimləri və bayram proqramları keçiriləcək. 2020-ci ildə qazanılan tarixi Qələbə xalqın yaddaşında silinməz iz qoyub və hər il böyük qürurla xatırlanır. Bu il də həmin tarixi günü anaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edəcəyik. 

“Cebheinfo.az” bugünlərdə Zəfər yolunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir daha yad edir və onların göstərdiyi şücaəti oxucularına çatdırır.

Qəhrəman şəhidlərimizdən biri  olan Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 

2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb və oktyabrın 8-də şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunması","Qubadlının azad olunması" və"Cəsur döyüşcü" medalları ilə təltif edildi. 

Şəhidimizin atası Qiyas Zeynallov “Cebheinfo.az” – a açıqlamasında bildirib ki, Rəşadın şəhidliyi ailəsi üçün həm ağrılı, həm də ucalıqdır: 

“Oğlumun qəhrəmanlığı, onun vətənə olan sevgisi mənim üçün fəxr, qürur mənbəyidir. Mən bir ata kimi başımı dik tuturam, çünki vətənə, millətə, torpağa layiq bir övlad böyütmüşəm.  O, təkcə mənim deyil, bütün Azərbaycanın oğludur. O, adını xalqın yaddaşına, vətən torpağına, tariximizin ən şərəfli səhifələrinə yazdırıb. Rəşadın şəhidliyi bizim üçün həm ağrı, həm də ucalıqdır. Mən bilirəm ki, onun ruhu rahatdır, çünki o, ən müqəddəs zirvəyə — Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Bu ucalıq hər bir ata üçün həm dözülməz bir itki, həm də ölçüyəgəlməz bir fəxarətdir”. 

Q. Zeynalov qeyd edib ki, şəhidlərin qanı ilə suvarılan bu torpaq indi azad və daha güclüdür: 

“Azərbaycanın bütövlüyü, azadlığı və gələcəyi naminə canını fəda edən bütün şəhidlərimizin göstərdiyi igidlik indiki və gələcək nəsillər üçün ən böyük həyat dərsidir. Onlar sübut etdilər ki, torpaq, millət və bayraq uğrunda can vermək ölməzliyə qovuşmaq deməkdir. 

Biz- şəhid valideynləri bu ağrını qəlbimizdə daşıyır, amma eyni zamanda övladlarımızla qürur duyuruq. Çünki onların qanı ilə suvarılan bu torpaq indi daha azaddır, daha güclüdür. Şəhidlərimizin mirası, onların ruhu, onların arzuları gənclərimizə, vətən övladlarına əmanətdir. Onların başladığı işi yaşatmaq, bu müqəddəs vətəni qorumaq hamımızın ən böyük borcudur”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: Zəfər günü Şəhid Rəşad Zeynallı Vətən müharibəsi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri