Icma.az
close
up
RU
Zəfərin 5 ili: “Qardaşım vətən daşı olmağı seçdi” Şəhid bacısı FOTOLAR

Zəfərin 5 ili: “Qardaşım vətən daşı olmağı seçdi” Şəhid bacısı FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan artıq Zəfər Gününün beşinci ildönümünü qeyd etməyə hazırlaşır.

Bu tarixi gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər, anım mərasimləri və bayram proqramları keçiriləcək.

2020-ci ildə qazanılan tarixi Qələbə xalqın yaddaşında silinməz iz qoyub və hər il böyük qürurla xatırlanır. Bu il də həmin tarixi günü anaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edəcəyik.

“Cebheinfo.az” bugünlərdə Zəfər yolunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir daha yad edir və onların göstərdiyi şücaəti oxucularına çatdırır.

Qəhrəman şəhidlərimizdən biri olan Adil Əfəndiyev Qədir oğlu 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. O, 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib.

Adil Əfəndiyev oktyabrın 21-də Şuşa döyüşləri gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən, Adil Əfəndiyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Şəhidimizin bacısı Nərmin Əfəndiyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qardaşım öz cərrah bıçağı ilə düşmənin gözünü ovdu:

“Məlumdur ki, torpaqlarımız 30 il mənfur düşmənin tapdağı altında idi. 44 günlük haqq savaşında mənim qardaşımın da xidməti olduğu üçün çox qürurluyam. Qardaşım həm həkim, həm də zabit kimi 18 oktyabrda Naxçıvandan gələn XTQ-nin daxilində döyüşlərə qatıldı.

O, öz cərrah bıçağı ilə düşmənin gözünü ovdu. Yüzlərlə yaralıya yardım edərək öz müqəddəs vəzifəsini yerinə yetirdi. Yaralı komandirini xilas etməyə çalışarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Bu gün bizlər çox qürurluyuq.

Mənim qardaşım və onun timsalında şəhidlərimiz, qazilərimiz və Ordumuz o torpaqlardan əliyalın qaçmağa məcbur olmuş, başına müsibətlər gəlmiş analarımızın, bacılarımızın, körpə uşaqların qisasını aldı. 8 noyabr bizim yaddaşımıza əbədi olaraq həkk olundu. Onların sayəsində artıq bütöv Azərbaycan bərpa olundu. Bizlər bu tarixi anların şahidi olduq”. 

O qeyd edib ki, bu bizlər üçün nə qədər acı olsa da, bir o qədər şərəfdi:

“Hər qarış torpağımız alınarkən qürurlandıq, sevindik. Mənim qardaşımın adı Vətənin daşına, xalqın yaddaşına yazıldı. Qardaşım vətən daşı olmağı seçdi. Bizlər üçün nə qədər acı olsa da, bir o qədər şərəfdi. Adil əvvəllər Əfəndiyevlərin oğlu idisə, indi bütöv Azərbaycan xalqının oğludu. Gələcək nəsillər tarixin şanlı səhifəsini vərəqlədikcə bu səhifədə mənim qardaşımın adına da rast gələcək. Bizim Adilimiz artıq qəlbində vətən sevgisi daşıyan hər kəsin doğmasına çevrildi.

Bu tarixi qələbəni bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün şəhidlərimizə, şəhidlərin şahidi olan qazilərimizə, Ordumuza minnətdarıq. Allahdan cəmi şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Zəfərin 5 ili şəhid bacısı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri