Icma.az
close
up
RU
Zəfərin 5 ci ili: Hədsiz qürur hissi keçiririk Şəhid İqbal Astanlının atası FOTOLAR

Zəfərin 5 ci ili: Hədsiz qürur hissi keçiririk Şəhid İqbal Astanlının atası FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan artıq Zəfər Gününün 5-ci ildönümünü qeyd etməyə hazırlaşır.

Bu tarixi gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər, anım mərasimləri və bayram proqramları keçiriləcək.2020-ci ildə qazanılan tarixi Qələbə xalqın yaddaşında silinməz iz qoyub və hər il böyük qürurla xatırlanır. Bu il də həmin tarixi günü anaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edəcəyik. 

“Cebheinfo.az” bugünlərdə Zəfər yolunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir daha yad edir və onların göstərdiyi şücaəti oxucularına çatdırır.

Qəhrəman şəhidlərimizdən biri olan İqbal Astanlı İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır.

2015-2019-cu illərdə Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqametində və Mingəçevir rayonunda yerləşən “N” saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdir. 

İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdur.

Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən “Fəxri Fərman” və diplomlara layiq görülmüşdür.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 29 sentyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Şəhidimizin atası İlqarAstanlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, böyük qürur hissi keçiririk ki, bizim də övladımız bu zəfərin əldə edilməsinə öz töhfəsini verib:

“Zəfər günü bizim üçün müqəddəs və unudulmaz gündür. Necə ki, bütün xalqımız bu günü böyük qürur və fəxrlə qeyd edir, biz də eyni hissləri yaşayırıq. Bu tarixi gün hər bir azərbaycanlının ürəyində xüsusi yer tutur.

Sevinirik və fəxr edirik ki, oğlumuzun da bu Zəfərdə az da olsa, payı var. Qələbənin qazanılmasında ən böyük əməyi olan şəhidlərimizə borcluyuq, onların fədakarlığı və qəhrəmanlığı sayəsində bu sevincə qovuşmuşuq.

Valideyn olaraq hədsiz qürur hissi keçiririk ki, bizim də övladımız bu zəfərin əldə edilməsinə öz töhfəsini verib və Vətən qarşısında şərəfli vəzifəsini layiqincə yerinə yetirib”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Zəfər günü Şəhid tası İqbal Astanlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri