Icma.az
close
up
RU
Zəfərin 5 ci ili: “Qürur hissi keçirirəm” Şəhid Qalib Əkbərzadənin baçısı FOTOLAR

Zəfərin 5 ci ili: “Qürur hissi keçirirəm” Şəhid Qalib Əkbərzadənin baçısı FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan artıq Zəfər Gününün 5-ci ildönümünü qeyd etməyə hazırlaşır.

Bu tarixi gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər, anım mərasimləri və bayram proqramları keçiriləcək.

2020-ci ildə qazanılan tarixi Qələbə xalqın yaddaşında silinməz iz qoyub və hər il böyük qürurla xatırlanır. Bu il də həmin tarixi günü anaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edəcəyik.

“Cebheinfo.az” bugünlərdə Zəfər yolunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir daha yad edir və onların göstərdiyi şücaəti oxucularına çatdırır.

Qəhrəman şəhidlərimizdən biri olan Qalib Əkbərzadə Əbdüləhəd oğlu 2002-ci ildə aprelin 6-da Lənkaran rayon Kərgalan kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib, 2 bacının bir qardaşı idi. 2008-2019-cı illərdə Kərgalan kənd tam orta məktəbində təhsil alıb. Qalibin sevimli müəllimlərindən biri də ibtidai sinif müəlliməsi Çiçək Şəfiyeva olub. 

Qalib Lənkaran rayonunda yerləşən “Zirvə” idman klubunda 2 il idmanın ağır atletika növü ilə məşğul olub. Məşqiçi müəllimi Emil Qurbanov idi. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. 

Qaliblə eyni taleyi yaşayan məşqiçisi Emil müəllim Vətən müharibəsində şücaətlə vuraşaraq şəhid olub.Məktəbi orta səviyyədə oxuyan Qalib ailəsinin və müəllimlərinin və sinif yoldaşlarının, dostlarının sevimlisi idi. Ən çox sevdiyi məşğuliyyət dəmirdən maşın düzəltmək idi. Komputer proqramlarına marağı olduğu üçün məhz bu sahədə görürmüş.

2020-ci il həiqiqi hərbi xidmətə yola düşüb. İlk hərbi xidmətini Ağcabədi rayon “N” saylı hərbi hissədən başlayan Qalib Əkbərzadə Beylaqanda yerləşən hərbi hissələrin birində xidmətini davam etdirib. 2020-ci il 26 sentyabr Silahlı Qüvvələri əsgərləri Füzuli rayonunda təmas xəttində yerləşən strateji nöqtələrə yerləşdirilir.

Qalib sentyabrın 27-də Füzuli uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşub və başından yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Sentyabrın 28-də Kərgalan kənd qəbiristanlığında rayon icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, minlərlə kənd sakinin, yaxınlarının, ailə üzvülərinin müşayəti ilə uğrunda canını qurban verdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağı atası Əbdüləhəd Əkbərzadəyə təqdim olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Qalib Əkbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Qalib Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Qalib Əkbərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qalib Əkbərzadə ölümündən sonra III “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidimizin bacısı Fidan Əliyeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, şəhid qardaşım bizim qürurumuz, fəxrimiz, qəhrəmanızdır:

“Mənim qardaşım mərd, qorxmaz və şərəfli bir oğul idi. O, haqq yolunda, ədalət və azadlıq uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə ucaldı. Onun igidliyi, cəsarəti və adı artıq əbədi yaddaşdadır. Bu gün onun adını çəkəndə həm kədər, həm də qürur hissi keçirirəm.  Çünki o, öz həyatı ilə xalqına, ailəsinə və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi qoydu.

Mənim qardaşımın adı indi hər bayrağın kölgəsində, hər uşağın gülüşündə yaşayır. Mən onu itirmişəm, amma o, heç vaxt unudulmayacaq. O, artıq torpağın, göylərin və tariximizin bir parçasıdır. Mən başımı dik tuturam, çünki mən bir şəhidin bacısıyam bu mənim ən böyük fəxrimdir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Zəfər şəhid Şəhidimizin bacısı Qalib Əkbərzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri