Icma.az
close
up
RU
Zəfərin beş illiyinə həsr olunan parad Azərbaycan Ordusunun böyük potensialını nümayiş etdirdi ŞƏRH

Zəfərin beş illiyinə həsr olunan parad Azərbaycan Ordusunun böyük potensialını nümayiş etdirdi ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Bakıda keçirilən Hərbi parad Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin təntənəsi idi. Vətən müharibəsində bizə Qələbəni qazandıran şəhidlərin, qazilərin və müharibə iştirakçılarının xatirəsinə ehtiram və minnətdarlığın təcəssümü olan Hərbi parad möhtəşəmliyi ilə seçilirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsinin və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov səsləndirib.

O qeyd edib ki, paradda Azərbaycan arsenalına daxil olan yeni, müasirliyi ilə seçilən texnika və silah-sursatlar nümayiş etdirilib: “Parad iki məqsəd daşıyırdı. Bu parad ilk növbədə xalqa, dostlarımıza Azərbaycanın inkişafını və onun Ordusunun gücünü, ölkəmizə yad gözlə baxanlara isə hansı güclə və nə ilə qarşılaşacaqlarını göstərdi. Nümayiş zamanı Azərbaycan Ordusunda aparılan islahatların nəticəsini gördük. Bu, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordu modelinə keçidlə bağlı qarşısına qoyulan tapşırıq və islahatlarla bağlı idi. Sözsüz ki, həmin islahatlar Azərbaycan Ordusunun bütün sahələrini əhatə edib. Paradda havada, dənizdə və quruda istifadə olunan yeni texnika, silah və avadanlıqları gördük. Həmin gün müasir tələblərə cavab verən dördüncü nəslə aid olan silahlar, raketlər, texnikalar, təyyarələr, artilleriya qurğuları, raket yayım vasitələri, pilotsuz uçuş aparatları və s. nümayiş olundu. Güclü ordu güclü dövlət deməkdir. Əlbəttə ki, güclü iqtisadi potensialı və imkanları olan dövlət güclü orduya sahib olur və onu yaradır. Noyabrın 8-də keçirilən parad suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı əllərdə olduğunu bir daha sübut etdi”.

Hərbi ekspertin fikrincə, aparılan işlər nəticəsində əldə olunan inkişaf Azərbaycan Ordusunun dünyanın 50 güclü ordusu arasında özünəməxsus yer tutmasına səbəb olub: “Bu güc heç də hansısa dövlətə qarşı deyil. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bununla bağlı deyib ki, Azərbaycanın heç bir dövlətə qarşı işğalçı niyyəti yoxdur. Azərbaycanın Ordusunu gücləndirməsi özünü qorumaq və regionda sabitliyi təmin etmək məqsədi daşıyır. Ölkəmizin apardığı beynəlxalq siyasət isə bütün qonşularla dostluq münasibətinə əsaslanır. Vətən müharibəsində qazanılan təcrübə təhlil olunaraq hazırda kadr potensialının hazırlanması proqramlarında öz əksini tapır. Həm elmi-tədqiqat işləri aparılır, həm də Azərbaycanın yeni, müasir silahların tətbiqi ilə bağlı taktiki yanaşmaları təkmilləşdirilir. Əbəs yerə deyil ki, Azərbaycan bu gün regionda ən güclü ordusu olan dövlət kimi qəbul olunur”.

Şair Ramaldanov diqqətə çatdırıb ki, güclü Azərbaycan Ordusu yaratmaq ideyasına Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılıb və bu işi Prezident İlham Əliyev uğurla davam etdirib. “Ulu Öndər ötən əsrin 90-cı illərində hakimiyyətə yenidən qayıtdıqdan sonra ordunun formalaşmasını əsas vəzifə kimi qarşıya məqsəd qoydu. 1994-cü ilin yanvarında Horadiz istiqamətində aparılan uğurlu əməliyyat nəticəsində erməni hərbi birləşmələri 30 kilometr geriyə çəkildi və 22 yaşayış məntəqəsi işğalçılardan təmizlənərək Ermənistan Bişkek razılaşmasını, atəşkəs sənədini imzalamağa məcbur edildi. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev Silahlı Qüvvələrin müasir prinsiplər əsasında inkişafını təmin etdi. Ordumuz yeni nəsil silahlarla təchiz olunaraq 2016-cı ilin Aprel döyüşlərində öz gücünü nümayiş etdirdi. Dörd gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu işğalçı qüvvələri darmadağın edib, öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu göstədi. Bunun davamını və Azərbaycan Ordusunun qarşısıalınmaz gücünü isə Vətən müharibəsində gördük. Zəfərin beş illiyinə həsr olunan Hərbi paradda texnikanın möhtəşəm gücünü və ordunun böyük potensialını hər kəs böyük qürur və iftixar hissi ilə izlədi”,- deyə hərbi ekspert bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri