Icma.az
close
up
RU
Zəfərin təntənəsi mövzusunda tədbir keçirilib

Zəfərin təntənəsi mövzusunda tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə 4 noyabr 2025-ci il tarixində "Zəfərin təntənəsi" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikmət Bağırov, idarə müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edildi.  Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,  çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində ən şanlı, ən qürurlu səhifələrdən biri olduğunu qeyd edərək bildirib ki, xalqımız Qarabağın azadlığı uğrunda tarixi Zəfər yürüşünün 5-ci ildönümünü böyük sevinc və yüksək qədirbilənlik duyğuları ilə qeyd edir. Beş il əvvəl Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı bu tarixi qələbə təkcə hərbi-siyasi yox, həm də milli ruhun, birlik və həmrəyliyin təntənəsi idi. Bu möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin müdrik siyasətinin, Azərbaycan xalqının birliyinin və ordu gücünün parlaq nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Azad edilmiş torpaqlarımızda “Böyük Qayıdış” proqramı ardıcıl və uğurla icra olunur.Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikmət Bağırov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz igidlik və qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etmiş, dövlətimizin suverenliyini bərpa etmişdir. Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan xalqının sarsılmaz iradəsinin, birliyinin və yenilməz gücünün parlaq təcəssümü oldu. Müharibə başladığı andan etibarən vəzifəsindən və yaşından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən uğrunda döyüşə könüllü qatıldı. 30 illik münaqişəni 44 günə sona çatdıran Vətən müharibəsi dünya hərb tarixinə misli görünməmiş Zəfər kimi düşdü. Bu Qələbə Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan xalqının birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi.Vətən müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Şəhid Ömər Şirinovun atası Muğan Şirinov, Şərqi Zəngəzur regional Məşğulluq Filialının Kəlbəcər rayon  Xidmət  şöbəsinin müdiri Hikmət Yusibov, Şərqi Zəngəzur Regional DSMF-nun müdiri Amil Salmanov, Kəlbəcər rayon Dövlət Statiska idarəsinin müdiri Ramil Salmanov, Şərqi Zəngəzur regional Təhsil idrəsinin Kəlbəcər rayon sektorunun məsul əməkdaşı Məftun Kamalov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər gənclər və idman sektorunun məsul əməkdaşı Hikmət Şahmuradov, Kəlbəcər Su Melorasiya idarəsinin məsul əməkdaşı Bilal Nuriyev Kəlbəcər Uşaq İncəsənət məktəbinin direktoru Arzu Qafarov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli məktəbin müəllimi Ərəstun Kamalov və digər çıxış edənlər bildirdilər ki, bu Zəfər Azərbaycan xalqının birliyinin, mübarizə əzminin və yenilməz ruhunun təntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalmış torpaqlarımızı azad etdi, dövlətimizin suverenliyini və milli qürurumuzu bərpa etdi. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri