Icma.az
close
up
RU
27 Sentyabr Zəfərin təntənəsi TARİXÇİ

27 Sentyabr Zəfərin təntənəsi TARİXÇİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tariximizin ən şərəfli səhifələrindən biri, son 200 ildə ilk dəfə ərazi bütövlüyümüzün təmini kimi Zəfər salnaməmizə çevrilmiş 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının qürur mənbəyidir". Bu sözləri SİA-ya açıqlamasında AMEA – nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib.

Onun sözlərinə görə, ölkə başçısının qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, cəmiyyətimizin həmrəyliyi 2020-ci ili Azərbaycan üçün Qələbə ilinə çevirdi:

"Təbii ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaradır. Bu qələbəyə gedən yol isə hər saatı, hər anı hesablanmış, planlaşdırılmış bir yol oldu. Bu qələbəni təmin edən amillərdən danışarkən bir çox məqama toxunmaq gərəkdir. Ölkə başçısının dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmə bacarığı, diplomatik müstəvidə qazanılmış uğurlar, bir zamanlar nəinki haqq səsi eşidilməyən, hətta məruz qaldığı soyqırımlara belə etinasız yanaşılan Azərbaycanın dünya birliyinə inteqrasiyası, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik bu qələbənin əsas şərtləri kimi çıxış etməkdədir. Bununla yanaşı, 27 sentyabr qələbəmizin təmin olunmasında xalqımızın birliyi, həmrəyliyi, milli-mənəvi dəyərlərimiz, multikultural cəmiyyətimiz böyük əhəmiyyət daşımışdır.

Milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqının sərvətidir. Bu mənada xalqımızın sarsılmaz birliyi məhz milli-mənəvi dəyərlərimizə söykənir desək, yanılmarıq. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, əksər siyasi partiyalar, qeyri-hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkə də, bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli, dini azadlıqlara malik ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra bir həqiqətin də şahidi olduq. Düşmənlərimiz ötən 30 ilə yaxın müddətdə Azərbaycan xalqının milli dəyərlərinə qarşı da vandal münasibət bəsləyib, milli keçmişimizi özündə əks etdirən tarixi, dini abidələrimizə qarşı soyqırımı həyata keçirib. Bunu faktlar sübut edir. 28 il düşmən işğalında qalan, Prezident İlham Əliyevin diplomatik səyi nəticəsində qan tökülmədən düşməndən azad olunan Ağdam rayonu “Qafqazın Xirosiması” adlandırılmaqdadır.

Hesab edirəm ki, dünya ictimaiyyəti bu faktları gözardı etməməlidir. Ağdam rayonunda yerləşən Şahbulaq abidə kompleksi, tarixi hamam məhəlləsi, Cümə məscidi, Qarağacı qəbiristanlığı erməni faşizminin qurbanına çevrilib. Qarağacı qəbiristanlığında hətta məzarlar açılıb, təhqir olunub. Bu, bir daha ermənilərin hansı psixologiyaya, hansı simaya malik olduğunu ortaya qoymaqdadır.

Təəssüfləndirici haldır ki, Ağdam rayonu ilə yanaşı, digər rayonlarımızda da eyni analoji vəziyyət hökm sürür. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Zəngilan, Cəbrayıl rayonlarında dağıntılar törətməklə yanaşı, ekoloji tarazlığın pozulması üçün də bütün yollara baş vurublar. Zəngilanın dünyada ikinci, Avropada isə birinci tarixi və nadir çinar meşəsi qırılıb, ağacların kökləri yandırılıb. Bu, bəşəri cinayətdir. Oxçuçayına axıdılan zərərli maddələr nəticəsində su çirkli haldadır. Bütün bunlar ermənilərin Azərbaycanın milli sərvətlərinə qarşı həyata keçirdiyi soyqırımıdır.

Ermənilər ötən 30 il ərzində İslam dininə mənsub tarixi abidələrlə yanaşı, həm də xristian-alban məbədlərini də ya yerlə-yeksan etməyə, ya da özününküləşdirməyə çalışıblar. Həmin tarixi abidələrdən Azərbaycanın izini silməyə çalışanlar elə dərk ediblər ki, bununla da özlərinə saxta tarix düzəldə bilərlər. Amma bu, mümkün deyil. Çünki həmin ərazilər, orada olan abidələr və o abidələrin xüsusiyyətləri, tikilişləri birmənalı şəkildə Azərbaycan tarixinin bir hissəsidir.

Hazırda Azərbaycanın qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür. Necə ki, 2020-ci ilin sentyabrında hər bir azərbaycanlı ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə müsəlləh əsgərə çevrilərək torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah aldı, bu gün də hər birimiz bu qələbənin möhkəmlənməsi üçün çalışmalıyıq.

Nəzərə almalıyıq ki, artıq işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlarımız yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Bununla bağlı mühüm layihələr həyata keçirilməkdə, mühüm proqramlar qəbul olunmaqdadır. İnanırıq ki, qısa zaman kəsiyində Qarabağ və ətrafındakı rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri