Icma.az
close
up
RU
“Aprel döyüşləri tarixi Zəfərin başlanğıcıdır” mövzusunda tədbir keçirilib

“Aprel döyüşləri tarixi Zəfərin başlanğıcıdır” mövzusunda tədbir keçirilib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə 2016-cı ilin 2-5 aprel tarixlərində müzəffər ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş “Aprel döyüşləri - tarixi Zəfərin başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəb ərazi partiya təşkilatında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir Təhsil Sektorunun direktoru Elşən Ələsgərov, rayon təşkilatının əməkdaşları,  məktəbin müəllim və şagird heyəti iştirak etdi.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, bildirib ki, Aprel döyüşlərinin tarixi ədalətin, zəfərin başlanğıcı oldu: “Aprel qələbəsi xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu sübut etdi”.

Fəxrəddin Vəliyev Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən danışaraq, qeyd edib ki, Zəfər döyüşlərinin qığılcımları olan və dörd gün davam edən Aprel döyüşləri qırx dörd gün ərzində Şuşaya bayraq sancılması ilə başa çatdı, onun ardınca antiterror əməliyyatları Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad edilməsi ilə yekunlaşdı. Bu, qəhrəmanlıq irsidir və Aprel döyüşlərində şücaət göstərənlərin yetişdirdiyi əsgərlər, həmin döyüşlərdə iştirak edənlərin, zabit və əsgərlərin hərbçi yoldaşları onların qisasını aldı.

Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva çxışında  Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, xalq–ordu birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Qeyd olunub ki, bu döyüşlər uzun illər davam edən işğal faktının dəyişməz olmadığını sübut edərək gələcək böyük zəfərlərin əsasını qoydu.

Digər çıxış edənlər qeyd ediblər ki, Aprel döyüşlərindən 10 il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu günləri xalqımız böyük qürur hissi ilə xatırlayır, həmişə qəhrəman şəhidləri böyük ehtiramla yad edir. Bildirilib ki, bu gün bütün şəhidlərin ruhu şaddır, çünki onların qanı yerdə qalmayıb, qisası artıqlaması ilə alınıb. Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə, hər bir azərbaycanlıya bir örnəkdir.

Natiqlər əminliklə vurğulayıblar ki, Möhtərəm Prezident İlham Əliyev cənablarının uzaqgörən, milli maraqlara söykənən müdrik siyasəti nəticəsində 2026-cı ildə müstəqil, suveren Azərbaycanımızın şanlı dövlətçilik tarixində çox uğurlu, yaddaqalan, önəmli bir il olacaqdır!

Tədbirin sonunda Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin şagirdləri qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.             

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Aprel 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri