Icma.az
close
up
RU
Zəfərlə başlayan, qayıdışla canlanan, həyatla tamamlanan Füzuli ŞƏRH

Zəfərlə başlayan, qayıdışla canlanan, həyatla tamamlanan Füzuli ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix yalnız bir şəhərin işğaldan azad edilməsini deyil, eyni zamanda üç onillik ərzində doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının,
Qarabağda yeni həyatın başlanmasının rəmzidir. Füzulinin timsalında Azərbaycanın hərbi Zəfərinin siyasi-diplomatik iradə, iqtisadi imkanlar və genişmiqyaslı quruculuq siyasəti ilə tamamlandığının aydın mənzərəsini görmək mümkündür.
Füzuli zəngin tarixi, əlverişli coğrafi mövqeyi və qədim mədəni irsi ilə seçilən məkanlardandır. Füzulinin tarixində ən ağır səhifələrdən biri Ermənistanın işğal
siyasəti ilə bağlıdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə
erməni silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində yüzlərlə rayon sakini şəhid olub, müharibə əlilləri, əsir və itkin düşənlər olub, yaşayış məntəqələri dağıdılıb. Buna baxmayaraq, Azərbaycan Ordusu 1994-cü il yanvarın 5-də həyata keçirdiyi uğurlu əməliyyatla rayonun 22 yaşayış məntəqəsini işğaldan azad edib. 2020-ci il Vətən müharibəsi Füzulinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Füzuli istiqamətində düşmənin 30 il ərzində qurduğu çoxsaylı və möhkəmləndirilmiş müdafiə xətləri Azərbaycan Ordusunun qarşısında ciddi maneə yaradırdı. Lakin yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən ordumuz düşmənin müdafiəsini yararaq irəlilədi. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri və bir sıra kəndlər işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi düşmən işğalından qurtarıldı. Füzulinin azadlığı uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 25 325 hərbi qulluqçu bu medalla təltif olunub. Füzuli uğrunda döyüşlər Azərbaycan
Ordusunun yüksək döyüş qabiliyyətini və peşəkarlığını nümayiş etdirən mühüm
hərbi əməliyyatlardan biri kimi tarixə düşüb.
Füzulinin azad edilməsindən sonra şəhərin və rayonun yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanılıb. İşğal dövründə rayon ərazisinin geniş
şəkildə minalanması bərpa prosesinin qarşısında ciddi təhlükə yaradıb. Buna
baxmayaraq, Füzulidə yeni infrastruktur formalaşdırılır, 2023-cü il martın 18-də
Füzuli şəhərinin inkişafına dair baş plan təsdiqlənib. “Füzuli” yarımstansiyası,
Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları
kompleksi istifadəyə verilib.

Füzulinin nəqliyyat imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır.
Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının istifadəyə verilməsi şəhərin regiondakı nəqliyyat əlaqələrini gücləndirib. Füzuli Beynəlxalq
Hava Limanının cəmi səkkiz ay ərzində inşa edilərək 2021-ci ilin oktyabrında
istifadəyə verilməsi isə bu quruculuğun sürətinin simvoluna çevrildi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli
şəhəri günü kimi müəyyən edilib. Bu əlamətdar tarix Füzulinin işğaldan azad edilməsini yaşatmaqla yanaşı, şəhərin Zəfərdən sonra keçdiyi böyük dəyişiklikləri
də özündə əks etdirir. Bu gün Füzulidə şanlı Qələbənin, quruculuğun və keçmiş
məcburi köçkünlərin doğma yurda qayıdışının təcəssümü kimi yeni tarix yazılır.
Füzulinin bərpasının əsas istiqamətlərindən biri doğma yurda qayıdışın təmin edilməsidir. 2023-cü il avqustun 18-dən keçmiş məcburi köçkünlərin Füzuli
şəhərinə köçürülməsinə başlanılıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə,
3153 nəfər köçürülüb. Bununla şəhərin yeni sakinləri doğma torpaqlarında müasir
yaşayış şəraitinə qovuşur, Füzulidə həyat yenidən canlanır.
Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi xüsusi yer tutur. Özbəkistanın
təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstanın dəstəyi ilə
isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Bu layihələr Azərbaycanın dost və qardaş ölkələrlə münasibətlərinin, eləcə də Qarabağın bərpasına göstərilən həmrəyliyin real ifadəsidir. Prezident İlham Əliyevin Füzuliyə ardıcıl səfərləri də bu şəhərin dövlət siyasətindəki xüsusi yerini nümayiş etdirir. Bayrağın ucaldıldığı ilk gündən hava limanının açılışına, yolların, məktəblərin, yaşayış komplekslərinin, su və enerji obyektlərinin təməlinin qoyulmasına qədər keçilən yol göstərir ki, Füzulinin azadlığı bir son deyil, böyük bir bərpa prosesinin başlanğıcı olub. Bu şəhərin taleyində maraqlı bir paradoks var: vaxtilə Füzulini susdurmaq istəyənlər onun daşlarını dağıtdılar, amma Füzulinin adını tarixdən silə bilmədilər. İndi həmin şəhərdə yeni məktəblər, yollar, yaşayış məhəllələri, yaradıcılıq ocaqları ucalır. Dağıdılmış məkanın yerində həyat yenidən qurulur. Füzuli indi öz tarixinin ən gözəl cümləsini yazır. Bu cümlənin əvvəlində Zəfər, ortasında Qayıdış, sonunda isə həyat var. Bu gün Füzulidə yanan hər işıq, məktəbə gedən hər uşaq, küçələrində eşidilən hər səs bir həqiqəti təsdiqləyir: işğal şəhərləri susdura bilər, amma xalqın yaddaşını məğlub edə bilməz. Füzuli qayıtdı – təkcə torpağa yox, öz gözəl gələcəyinə qayıtdı.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri