Icma.az
close
up
RU
Zəhmətin və halallığın siması...

Zəhmətin və halallığın siması...

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycanın hər bölgəsi kimi Gədəbəy də ilk növbədə torpağa bağlı, təbiətin ritmi ilə yaşayan əhalisi və zəhmətkeş insanları ilə tanınır. Bu diyarın sakinləri, xüsusilə də, qadınları digər dağlıq regionlarımıza xas olan sərt və cətin təbiət reallıqları şəraitində yaşasalar da, onların xarakter etibarilə bəzi özünəməxsusluqları var. Onlar Tanrının ruzisinə şükr edən, torpağın bərəkətinə güvənən, kənd həyatının dirəyi və ailəsinin dayağı olan insanlardır. Gədəbəydən səfərdən qayıdarkən yolüstü belə qadınlardan biri ilə görüşmək, onun zəhməti, həyatı və düşüncələri ilə yaxından tanış olmaq həm təsirli, həm də qürurverici oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın öz sosial şəbəkə səhifəsində etdiyi paylaşımda yer alıb. Paylaşımı təqdim edirik.

“Adətim üzrə səfər etdiyim bölgələrdə imkan olduqca yol kənarında öz həyətində becərdiyi məhsulları satan insanlarla ünsiyyətdə olur, həmçinin bu məhsullardan ev üçün alıram. Bu dəfə də belə oldu. Hələ biz Gədəbəy ərazisinə və şəhərin özünə daxil olarkən heç zaman görmədiyim qədər (əgər belə demək mümkünsə) kələm plantasiyalarına rast gəldim. Hələ lap uzaqdan baxanda belə zəhmət qoxuyan bu məhsuldar qara torpaq üzərində boz-mavi rəngdə kələm zolaqları göz işlədikcə uzanıb gedirdi.Yanaşı zolaqlarda isə təxminimə görə Gədəbəyin əsas məhsulu - qırmızı kartof sahələri yerləşirdi. Çünki, əsasən, qadın və qızların işlədiyi bu sahələrin kənarında dolu kisələr bu gümanlarımı təsdiqləyirdi.

Artıq şəhərdən çıxsaq da, hələ rayon ərazisində idik. Bir neçə qeyd etdiyim satış nöqtələrini keçdikdən sonra yol yoldaşlarımızla birlikdə ilk baxışdan ötüb keçilməsini mümkün hesab etmədiyimiz birində dayandıq. Yol kənarında yalnız bir topa kələm, çuğundur və kökdən ibarət iki dolu kisə və tərəzi qoyulmuşdu. Bu dəfə də “kənd məhsullarını onu istehsal edənin özündən almaq lazımdır”, - deyə daşlaşmış qənaətimə söykənərək, “gəlin buradan təzə kələm alaq”,- deyə onlara “gedin siz baxın mən sonra yaxınlaşaram",- deyə bildirdim.

Yaxınlıqda heç kəs gözə dəymədiyindən bir az gözləməli olduq. Bu zaman yoldan 150-200 metr məsafədən ortayaşlı bir qadının ağır-ağır bizə tərəf gəldiyini görərkən onlara yaxınlaşdım. Telefona gələn zəngi cavablandırmaqla yanaşı, onların arasındakı dialoqu və qadının hərəkətlərini müşahidə edirdim. İlk baxışdan zahirən mənim uşaqlıqdan tanıdığım, tipik Qarabağlı qadınlara bənzəməsi məndə onunla söhbətləşməyə güclü istək yaratdı. Yaxınlıqda yerləşən evinin darvazası açıq olan həyətinin səliqə-səhmanına göz gəzdirərkən geniş bir ərazidə artıq bar verən kələm sahəsi diqqətimi çəkdi. O isə satmaq üçün yaxınlıqda üst-üstə yığılan kələmləri əvvəlcə səbrlə seçir, əlindəki iri bıçaqla əzilmiş yarpaqlardan təmizləyir, üzündə kök salmış yumşaq bir təbəssümlə alıcının bütün istəklərini yerinə yetirirdi. Nə qədər sadə və səmimi idisə, bir o qədər də inamlı və qətiyyətli idi. Torpaqdan danışarkən gözlərində işıq, səsində güvən duyulurdu. Həyat yoldaşı ilə birgə illərdir torpaq becərən, hər mövsüm alın təri ilə yetişdirdiyi məhsulu evinin yaxınlığından kecən magistral yolun kənarına çıxarıb satan bu Azərbaycan qadını mənə həm əzmkarlığın, həm də halallığın canlı nümunəsi kimi böyük təsir bagışladı.

“Biz torpağı sevirik, çünki torpaq bizi yaşadır. Hər zəhmətin bir bəhrəsi var. Yoldaşımla birlikdə işləyirik, halal ruzimizi bu əməklə qazanırıq”. Bu sözlərdə böyük bir həyat fəlsəfəsi gizlənir, deyə, düşünürəm... Zəhmətlə qazanılan hər bir ruzi insanın vicdan rahatlığının, ailə səadətinin təməlidir. Onun kimi qadınlar nəinki öz ailəsini, həm də bütöv bir kəndin, cəmiyyətin dəyərlərini yaşadırlar.

Söhbət zamanı qadın iki övladının sağlamlıq problemlərinin olduğunu da kədərlə dilə gətirdi. Bu barədə danışarkən üzündə həm təəssüf, həm də ana narahatlığı açıq hiss olunurdu. Lakin dərhal ardınca minnətdarlıqla dövlətimizin belə ailələrin yanında olduğunu, problemli məsələlərini diqqətdə saxladığını qeyd edir. “Biz tək deyilik, hər zaman dövlətimizin qayğısını hiss edirik. Bizə göstərilən diqqət üçün də minnətdarıq”, - deyir.

Bu il ailə üzvlərinin hər biri üçün ayrılmış pay torpaqlarında taxıl əkdiklərini və yaxşı məhsul götürdüklərini fəxrlə qeyd edir. Əkin-biçin, mal-heyvan da öz yerində.

Diqqətimi daha çox çəkən isə üzləşdiyi və gündəlik aşmalı olduğu bütün çətinliklərə baxmayaraq, bu qadını daim ayaqda saxlayan həyat eşqi, daha çox ailəsi və doğmaları üçün yaşamaqdan, çalışmaqdan və mübariz olmaqdan vaz keçməməsi idi... Xüsusilə Gədəbəy kimi füsunkar təbiəti, tarixi lap qədim dövrlərə dayanan, mərdlik və qəhrəmanlıq dastanlarına gedib çıxan igidlər yurdunda yaşamalarından, milli dəyərlərimizə, adət-ənənələrimizə sadiqliklərindən qürur duyduğunu dilə gətirməsi idi.

Bu sözlər bir daha sübut edir ki, dövlətin sosial siyasətinin mərkəzində məhz belə ailələr, zəhmətkeş insanlar dayanmalıdır və dayanır...

Öz-özümə isə bir daha vurğulayıram: “Belə görüşlər bir daha göstərir ki, Azərbaycan qadını sadəcə evin və ailənin qoruyucusu deyil, o, həm də torpağın bərəkətini, kəndin nəfəsini, xalqın ruhunu yaşadan böyük bir qüvvədir".

Cəmiyyətimiz üçün isə bu qadınların həyat hekayələri çox vacib mesajlar ötürür. Bu ilk növbədə zəhmətin ən böyük dəyər hesab olunmasıdır. Torpaqla gündəlik ünsiyyətdə olan insanın həyatla barış içində yaşamasıdır. Digər bir vacib mesaj isə qadın gücünün yalnız ailə üçün deyil, həm də məskunlaşdığı ərazi və daha çox isə ölkənin inkişafında öz sözünü deməsidir.

Bu gün Gədəbəyin soyuq dağ havasında həyatını torpaqla daimi ünsiyyətdə quran bu qadının simasında biz bütöv bir millətin ruhunu, mübarizliyini və Vətən sevgisini gördük. O, sahibi olduğu torpaqda yetişdirdiyi məhsulla, sadəliyi və səmimiyyəti ilə yanaşı güclü məntiqi və möhkəm xarakteri ilə bizə bir daha xatırladır ki, belə insanlar Azərbaycanın əsl sərvətidir, torpaq qədər saf və müqəddəs, zəhmət qədər vacib və dəyərli, həyat qədər əziz insanlar...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see243

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see224

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see193

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see192

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see191

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see190

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see187

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see185

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see184

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see181

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see181

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see181

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see180

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see180

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see180

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see161

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see161

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see153

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

02 İyun 2026 04:01see149

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

02 İyun 2026 06:11see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri