Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Akademik nüfuzun və elmi zəhmətin ünvanı

Akademik nüfuzun və elmi zəhmətin ünvanı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Professor Arif Səlimovun 70 illik yubileyinə

Bəzən bir insanın ömür yolu yalnız onun keçdiyi illər ilə ölçülmür. Elə talelər var ki, zaman keçdikcə bu həyat yolu bütöv bir elmi məktəbin, mənəvi düşüncənin və ziyalı obrazının simvoluna çevrilir. Professor Arif Səlimovin ömür yolu da məhz belələdəndir. Ağsunun sadə məktəb oturacaqlarından başlayan bu yol sonralar Bakının, Kazanın elmi mühitinə, Türkiyənin nüfuzlu universitetlərinə və dünyanın elm məclislərinə qədər uzandı. O, riyaziyyatın sərt və mürəkkəb düsturlar dünyasında yalnız alim kimi deyil, həm də elmə mənəvi dəyər qazandıran ziyalı kimi tanındı.

Müasir diferensial həndəsənin inkişafına verdiyi töhfələr onu Rusiya, Türkiyə və bütövlükdə dünyanın riyaziyyat məktəblərində xüsusi hörmət qazanan elm adamlarından biri kimi tanıtmışdır. Onun adı bu gün yalnız elmi məqalələrdə və beynəlxalq konfranslarda deyil, yetirmələrinin uğurlarında, yaratdığı elmi məktəbdə və yetişdirdiyi gənc alimlərin taleyində yaşayır.

Arif Səlimov haqqında danışarkən ilk yada düşən yalnız professor adı və ya elmi nailiyyətləri olmur. Çünki onun şəxsiyyətində alim təmkininin, müəllim qayğısının və Azərbaycan ziyalısına xas mənəvi bütövlüyün xüsusi harmoniyası var. O, riyaziyyatı sadəcə elm kimi deyil, düşüncə mədəniyyəti, intizam və mənəvi kamillik yolu kimi yaşadı. Buna görə də onun 70 illik ömür yolu təkcə yaşanmış illərin hesabatı deyil, zəhmətin, zəkanın və əsl ziyalılığın insan taleyində necə böyük dəyərə çevrildiyinin canlı nümunəsidir.

Bu seçimin kökündə isə uşaqlıq illərinin saf və unudulmaz xatirələri dayanır. Ağsunun sadə məktəb mühitində ilk dəfə elmə heyranlıq hissini onda yaradan insanlardan biri - qonşuları, həm də qohumları olan Hüseyn müəllim olmuşdu. Arif müəllim bu adı həmişə böyük ehtiramla xatırlayır. Deyir ki, “ruhu şad olsun, fitri istedad idi”. Heç bir xüsusi himayə olmadan riyaziyyatın mürəkkəb dünyasına addımlamaq, uğurlar qazanmaq, sonra isə görkəmli alim Mirabbas Qasımovun diqqətini cəlb edib Moskvaya aspiranturaya göndərilmək... Butün bunlar və professor Hüseyn Hüseynovun yarımçıq qalan taleyi Arif müəllimdə başqa bir duyğu yaratmışdı. Ola bilsin  elə buna görə riyaziyyat onun üçün sadəcə elm deyil, həm də mənəvi borc oldu.

Söhbətlərinin birində uşaqlıq illərini xatırlayan Arif müəllim deyir:

– Ata babam Rəsul kişi elmə böyük maraq göstərən insan idi. Rayonda müxtəlif rəhbər vəzifələrdə çalışmışdı. Amma onu tanıdan yalnız vəzifəsi deyildi. İnsanlara münasibəti, xüsusilə də elmli adamlara qayğısı ilə seçilirdi. Hətta ehtiyacı olan tələbələrə kömək etməsi barədə çox eşitmişdim. İllər sonra belə yaddaşımdan silinməyib: 6-cı sinifdə oxuyurdum, bir gün mənə dedi ki, “çox istərdim ki, sən də oxuyub alim olasan”.

O illərdə “alim olmaq” sözünün mahiyyətini tam dərk etməsə də, bu arzu məktəbli Arifin daxilində sehirli bir yol açmışdı. Sonralar anlayacaqdı ki, insan taleyində bəzən bir cümlə uzun illər boyu istiqamət verən mənəvi işığa çevrilir. Məktəbdə müəllimlərinin ona münasibəti də fərqli idi. Riyazi məsələlərin həllində göstərdiyi bacarıq bəzən onları belə heyrətləndirirdi. Müəllimlərinin tez-tez verdiyi “bunu doğrudan da özün həll etmisən?” sualı onda həm təəccüb, həm də qəribə bir qürur hissi yaradırdı. 

Səkkizinci-doqquzuncu siniflərdə artıq müəllimləri ilə münasibətləri daha da yaxınlaşmışdı. Riyaziyyata bağlılığının formalaşmasında onların rolu danılmaz idi. Xüsusilə Elxan və Ağasəlim müəllimlərinin ona göstərdiyi etimad məktəbli Arif üçün sadəcə müəllim qayğısı deyildi, gələcəyə açılan bir qapı idi. Bəzən dərsi sinif yoldaşlarına izah etməyi ona tapşırmaları özünəinamını daha da artırır, onda elm sevgisini möhkəmləndirirdi. Həmin dövrdə Ağsuda baş verən ən mühüm hadisələrdən biri də təmayül sinifinin yaradılması olur. 1970-ci illərin rayon mühiti üçün belə bir sinifin açılması həqiqətən qeyri-adi hadisə idi. Pilot layihə əsasında seçilmiş 25 nəfərlik sinifdə əsasən riyaziyyata marağı olan şagirdlər toplanmışdı. Bu mühit Arif Səlimovun formalaşmasında xüsusi rol oynadı.

Sonralar tanınmış hüquqşünas və ictimai xadim kimi məşhurlaşan Tahir Kərimli də onun təmayül sinifindəki yoldaşlarından idi. Tahir Kərimli hələ o illərdə Arifin riyaziyyata xüsusi bağlılığını hiss edir və “riyaziyyat sənin işindir” deyirdi. Məktəbdə hətta Arifin redaktor olduğu “Riyaziyyat qəzeti” də nəşr edirdilər. Müəllimləri də, ailəsi də onun gələcəyini artıq bu sahədə görürdü. 

Qızıl medala layiq görülsə də, medal ona verilmədi. Ədəbiyyat imtahanında verdiyi yüksək cavab belə nəzərə alınmamışdı. Hətta Bakıdan gələn komissiya onun biliyinə təəccüblənərək ikinci bilet də çəkdirmişdi. Bu hadisə xüsusilə əslən Qarabağdan olan və təyinatla Ağsuya gələn gənc ədəbiyyat müəllimi Hüseyn müəllimə ağır təsir etmişdi. Hüseyn müəllim şagirdlərinə ədəbiyyatı sevdirən ziyalı idi. O qədər təsirli dərs deyirdi ki, sinifdəki bir çox şagird özünü gələcəyin ədəbiyyatçısı kimi təsəvvür edirdi. Amma tale onu riyaziyyata apardı.

Bir müddət ürəyindən başqa arzular da keçmişdi. Evdə bəzən yaxşı həkim olacağını deyirdilər, onda mühəndis təfəkkürünü gördüyünü də söyləyirdiiər. Amma heç vaxt seçimində təkid etməmişdilər. Əksinə, ona ömrü boyu unutmayacağı bir fikir demişdilər:

– Seçimini özün et. Sənət insanın ömürlük yol yoldaşıdır. Seçimində də, sevgində də bu məsuliyyəti unutmamalısan.

Bu sözlər sadəcə ailə nəsihəti deyildi. Bu, həm də ona olan inamın ifadəsi idi. Arxasında dayandığını hiss etdiyi ailənin etibarı Arifin daxilindəki tərəddüdləri aradan qaldırmışdı. O gündən sonra ürəyində olan istəyə – riyaziyyata daha möhkəm bağlandı.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Mexanika-riyaziyyat fakültəsinin tələbəsi olduğu ilk günlərdən bu seçimində yanılmadığını hiss etdi. Auditoriyalarda vaxtilə yalnız adlarını eşitdiyi böyük alimləri görmək onun üçün tamam başqa duyğu idi. Görkəmli riyaziyyatçı müəllimlərlə tanışlıq onda riyaziyyata olan sevgini daha da gücləndirdi.Tələbəlik illəri onun üçün sadəcə ali təhsil dövrü olmadı. Bu illər həm də elmi düşüncəsinin formalaşdığı, müəllim-tələbə münasibətlərinin zamanla dostluğa çevrildiyi bir məktəb idi. O, artıq hiss edirdi ki, seçdiyi yol təsadüfi deyil.

Tələbəlik illərindən Arif Səlimovun ən çox maraq göstərdiyi sahə həndəsə idi. O dövrdə Azərbaycanda həndəsə istiqamətində ciddi elmi boşluq hiss olunurdu. Hətta bu sahədə elmlər doktorunun olmaması gənc tədqiqatçıların seçim qarşısında tərəddüd keçirməsinə səbəb olurdu. Bir çoxları bu istiqamətin həm çətin, həm də perspektivsiz olduğunu düşünürdü. Arif Səlimov isə fərqli düşünürdü. Dostlarının “çətin olacaq” xəbərdarlıqlarına baxmayaraq, qərarını dəyişmədi. Həndəsəyə olan marağı onda təkcə elmi həvəs deyildi, həm də yeni bir yol açmaq arzusu idi.

Bu seçimində ona universitet müəllimləri və kafedra mühiti də ciddi dəstək verdi. Görkəmli alim fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi və əməkdar müəllim, AMEA-nın müxbir üzvü Maqsud Cavadovun yaratdığı elmi mühit, eləcə də kafedra müdiri, professor Nazim Abbasovun diqqəti onun bu istiqamətdə daha inamla addımlamasına səbəb oldu. Beləcə, gənc tədqiqatçının Kazan Universitetində başlayan aspirantura illəri həyatında yeni mərhələ oldu. O illər yalnız elmi fəaliyyət dövrü deyildi; həm də onun dünyagörüşünün, elmi düşüncə tərzinin və gələcək həyat istiqamətinin formalaşdığı mühüm zaman idi. Sonrakı illərdə Kazan Universiteti onun üçün sadəcə təhsil aldığı ali məktəb yox, mənəvi və elmi dayağa çevrildi.

Arif müəllimin formalaşmasında onun elmi rəhbəri, görkəmli riyaziyyatçı professor Vladimir Vişnevskinin xüsusi rolu olmuşdur. Onların münasibətləri adi rəhbər–aspirant çərçivəsini aşaraq qarşılıqlı hörmət, etimad və mənəvi bağlılıq səviyyəsinə yüksəlmişdi. Lobaçevski elmi məktəbinin tanınmış nümayəndələrindən olan professor Vişnevski Arif Səlimovun elmi potensialını yüksək qiymətləndirir, onu ən istedadlı tələbələrindən biri hesab edirdi. Bu etimadın ifadəsi olaraq, 2004-cü ildə Kazanda alimin 75 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda professorun elmi-pedaqoji fəaliyyətinə dair əsas plenar məruzənin məhz Arif Səlimova həvalə edilməsi diqqətəlayiq hadisə idi. Professorun oğlu Aleksey Vişnevski sonralar xatirələrində atasının Arif Səlimovu nümunə göstərərək övladlarına onun kimi çalışqan, məsuliyyətli və elmə sədaqətli olmağı tövsiyə etdiyini qeyd etmişdir. Bu yaxınlığın və səmimi münasibətin ən təsirli nümunələrindən biri də professor Vişnevskinin vəfatından cəmi bir həftə əvvəl son məktubunu sevimli tələbəsi Arif Səlimova ünvanlaması olmuşdur. Bu fakt onların münasibətlərinin təkcə elmi deyil, həm də dərin insani məzmun daşıdığını göstərir.

Təsadüfi deyil ki, Kazan həndəsə məktəbi uzun illərdir riyaziyyat dünyasında xüsusi nüfuza malikdir. Bu məktəb həndəsənin “Məkkəsi” hesab olunur. Belə bir elmi mühitdə yetişmək, böyük həndəsəçilərlə ünsiyyətdə olmaq Arif Səlimovun gələcək elmi fəaliyyətində mühüm rol oynadı. Kazan Dövlət Universitetində aspirantura təhsili alaraq görkəmli həndəsə professoru V. Vişnevskinin rəhbərliyi altında diferensial həndəsə sahəsində elmi araşdırmalar apardı. 1984-cü ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etdi.

 Ağsudan başlayan yol daha sonra Türkiyənin nüfuzlu universitetlərinə uzandı. Bu gün professor Arif Səlimov diferensial həndəsə sahəsində Türk dünyasının ən tanınmış alimlərindən biri hesab olunur. Onun elmi əsərləri dünyanın müxtəlif ölkələrində oxunur, yetirmələri müxtəlif universitetlərdə fəaliyyət göstərir, adı isə beynəlxalq konfranslarda hörmətlə çəkilir.

Uzun illər Türkiyənin Atatürk Universiteti universitetində çalışan alim burada həm pedaqoji, həm də elmi fəaliyyətlə məşğul olmuş, Türkiyə həndəsə məktəbinin inkişafında mühüm rol oynamışdır. O, bir çox magistr və doktorantın yetişməsinə töhfə vermiş, müxtəlif ölkələrdən olan gənc tədqiqatçıların elmi rəhbəri olmuşdur. Professorun rəhbərliyi ilə Azərbaycan və Türkiyədə onlarla fəlsəfə doktoru hazırlanmışdır ki, onların bir çoxu bu gün müxtəlif universitetlərdə məsul vəzifələrdə uğurla fəaliyyət göstərirlər.

2017-ci ildən Bakı Dövlət Universitetinin “Cəbr və həndəsə” kafedrasına rəhbərlik edən Arif Səlimov universitetin elmi mühitinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi və gənc alimlərin yetişdirilməsi istiqamətində mühüm işlər görməkdədir. Onun rəhbərliyi ilə kafedra beynəlxalq elmi layihələrə qoşulmuş, bir sıra nüfuzlu konfrans və seminarlar təşkil edilmişdir.

Professor Arif Səlimovun fəaliyyəti yalnız universitet auditoriyaları ilə məhdudlaşmır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” üzrə Ekspert Şurasının sədri kimi ölkədə riyaziyyat elminin inkişafına və elmi keyfiyyət meyarlarının yüksəldilməsinə töhfə verir. Eyni zamanda TÜBİTAK layihələrinin eksperti, Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin idarə heyətinin, bir sıra nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Alimin zəngin elmi irsi sırasında monoqrafiyalar və dərsliklər xüsusi yer tutur. Onun elmi əsərləri həm Azərbaycan, həm də beynəlxalq elmi mühitdə böyük maraq doğurmuş və  Azərbaycanda riyaziyyat üzrə ən çox istinad edilən alimlərindəndir. Bu əsərlər diferensial həndəsə sahəsində çalışan tədqiqatçılar üçün mühüm elmi mənbələrdən hesab edilir. Professor Arif Səlimovun elmi nailiyyətləri müxtəlif mükafat və fəxri adlarla qiymətləndirilmişdir. O, Azə rbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Türkiyənin TÜBİTAK qurumu tərəfindən dövlət mükafatı ilə təltif edilmiş, Türk Dünyası Elm Mükafatı olan “Əl-Xarəzmi” mükafatını qazanmışdır. Onun adına İstanbul Aydın Universitetində və Ərzurum Texnik Universitetində beynəlxalq elmi konfransların keçirilməsi alimə olan beynəlxalq ehtiramın göstəricisidir.

Amma bütün bu uğurların arxasında dəyişməyən bir insan xarakteri dayanır: sadəlik. Onu tanıyanların hamısı eyni fikri deyir: Arif müəllim böyük alim olmaqla yanaşı, həm də böyük ürək sahibidir. O, auditoriyada professor, elmi mühitdə nüfuzlu alim, gündəlik həyatda isə sadə və səmimi insan olaraq qalmağı bacarıb. Bu gün professor Arif Səlimov yalnız görkəmli alim deyil, həm də böyük elmi məktəb yaradan müəllim, Türk dünyası elmi əlaqələrinin inkişafına xidmət edən ziyalı kimi tanınır. Onun elmi nailiyyətləri Azərbaycan elminin beynəlxalq arenada layiqincə təmsil olunmasına və tanınmasına əhəmiyyətli təsir göstərir.

Namiq Qədimoğlu

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri