Icma.az
close
up
RU
Menu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

Tarixi qələbəyə belə sevindilər Video

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

Bukayo Saka haqqında sənədli film çəkilib

Zəif təhlükəsizlik, yaxud...

Zəif təhlükəsizlik, yaxud...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası tərəfindən Vaşinqtondakı “Hilton” otelində təşkil olunan tədbirdə iştirak edib. Tədbir zamanı birdən zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident C.D. Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar. Tədbirdə həmçinin Dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, müdafiə naziri Pit Heqset, FTB direktoru Keş Patel və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.

“Reuters”in xəbərinə görə, tədbirdə 2600-dən çox insan iştirak edib. Atəş açılan zaman tədbir iştirakçılarının əksəriyyəti çıxışa qaçıb. AFP isə xəbər yayıb ki, müdaxilədən sonra otel binası mühasirəyə alınıb.

Prezident mətbuat konfransı keçirdi...

Silahlı insidentdən sonra prezident Trampın qatıldığı mətbuatla birgə şam yeməyi təxirə salınıb və bina hüquq-mühafizə orqanlarının tələbi ilə boşaldılıb. Bu barədə Amerika prezidenti özü məlumat verib. Tramp sui-qəsd cəhdindən sonra mətbuat konfransı keçirib. O, hisslərini belə təsvir edib: “Bir səs eşitdim və bir qabın düşdüyünü düşündüm. Uzaqdan gələn yüksək səs idi. Gizli Xidmət təsirli bir iş gördü.”

O, sui-qəsd cəhdinin səbəblərini belə şərh edib: “Mən sui-qəsd cəhdlərini araşdırdım... onlar həmişə Abraham Linkoln kimi ən güclü insanları tənqid edirlər. Heç nə etməyənləri rahat buraxırlar. Biz ölkəni dəyişdik və bir çox insan bunu bəyənmir.” O, silahlı sui-qəsdçini xəstə adam adlandırıb.

Sui-qəsdçi tutulub...

Amerika mediasının məlumatına görə, hücum edən şəxs 31 yaşlı kaliforniyalı Kol Allen olub. Hücumun motivi araşdırılır. CNN-in məlumatına görə, o, müəllim işləyib və Kaliforniya Texnologiya İnstitutunun məzunu olub. Donald Tramp “Truth Social” media platformasındakı şəxsi hesabında iddia edilən cinayətkarın şəklini paylaşıb. Qeyd edək ki, silahlı sui-qəsdçi təhlükəsizlik işçilərindən birini yaralayıb - Prezident Tramp sonradan həmin təhlükəsizlik işçisi ilə danışdığını və vəziyyətinin yaxşı olduğunu bildirib. Dövlət başçısı əvvəlcə onların otaqdan çıxmaq istəmədiyini, lakin protokola əməl etməli olduqlarını söyləyib. Polisin məlumatına görə, hadisədə iştirak edən şəxs tapança, ov tüfəngi və bıçaqlarla silahlanıb.

İlkin məlumatlara görə, o, otelin qonağı qismində binaya daxil olub - hazırda onun qaldığı otaq möhürlənib. Vaşinqtonun baş prokuroru Jenin Pironun sözlərinə görə, təcavüzkar açıq-aşkar mümkün qədər çox insana xəsarət yetirmək və mümkün qədər çox zərər vurmaq istəyib. Atışma tədbirin keçiriləcəyi zala girməzdən əvvəl foyedə baş verib.

45 ildən sonra təkrar sui-qəsd: eyni binada, yenə də ABŞ prezidentinə...

Vaşinqtondakı “Hilton” oteli bundan öncə də ABŞ prezidentinə sui-qəsd “macərası” yaşayıb. Belə ki, 1981-ci il martın 30-da məhz həmin oteldə o dövrki ABŞ prezidenti Ronald Reyqana qarşı Con Hinkli Jr. tərəfindən sui-qəsd edilib. Sui-qəsdçi Reyqana bir neçə saniyə ərzində 6 dəfə atəş açmağı bacarmış, nəticədə 4 nəfər: prezidentin özü, onu qoruyan Gizli Xidmət agenti Tim Makkarti, polis zabiti Tomas Delahanti və Ağ Evin mətbuat katibi Ceyms Bredi yaralanmışdı. Həmin vaxt silahlı şəxs həbs edilib, lakin sonradan dəli olduğu məlum olub.

Tramp: Prezident olmaq dünyanın ən təhlükəli işidir...

Donald Tramp mətbuat konfransında gördüyü genişmiqyaslı işlərə görə dəfələrlə sui-qəsd cəhdlərinin hədəfi olduğunu deyib: “Onlar ölkəyə ən çox təsir edən prezidentləri öldürməyə çalışırlar”.

Tramp həm də prezident olmağı dünyanın ən təhlükəli işi adlandırıb: “Heç kim mənə bunun belə təhlükəli bir iş olduğunu demədi. Marko mənə desəydi, bəlkə də prezidentliyə namizəd olmazdım. Bəlkə də geri çəkiləcəyimi deyərdim - Xeyr.  Bu təhlükəli bir işdir, amma bu barədə düşünmürəm. Bundan təhlükəli bir peşə təsəvvür edə bilmirəm. Amma mən ölkəmi sevirəm və bununla çox fəxr edirəm. Gördüyümüz işlərlə çox fəxr edirəm. Görürsünüz nə baş verdi? Bizim əla ölkəmiz var.”

CBS News-un məlumatına görə, şübhəli Trampın adını çəkməsə də, ABŞ administrasiyasının rəsmilərini hədəf aldığını bildirib.

Təhlükəsizlik təmin edilməyib...

CNN bildirib ki, Ağ Ev və ABŞ Məxfi Xidməti son atışma səbəbindən yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirlərdə təhlükəsizlik qaydalarını müzakirə ediblər. Müzakirə ABŞ Prezidenti və vitse-prezidentin atışma günü eyni otaqda olduqları nəzərə alınmaqla, belə tədbirlərdə nə qədər yüksək vəzifəli şəxsin iştirak edə biləcəyi məsələsinə yönəlib. Mənbələrdən birinin sözlərinə görə, ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdəki qəbulda iştirak etməyəcəkdi, lakin tədbirdən qısa müddət öncə planlar dəyişib.

“The Washington Post” (WP) qəzeti isə yazır ki, ABŞ administrasiyası Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda maksimum təhlükəsizliyi təmin edə bilməyib. Qəzet bunu administrasiyadakı mənbələrə istinadla yayıb.

Nəşrin yazdığına görə, Prezident və kabinet üzvlərinin iştirak etdiyi tədbirlər adətən yüksək təhlükəsizlik səviyyəsi ilə seçilir. Lakin Vaşinqton “Hilton” otelində keçirilən bu tədbirə federal təhlükəsizlik resurslarının tam səfərbər olunmasına imkan verən status verilməyib.

WP-nin mənbələri bildirir ki, digər yüksək səviyyəli tədbirlərlə müqayisədə qəbulda daha aşağı səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Bu isə vəziyyəti “qeyri-adi dərəcədə həssas” edib.

Prezident İlham Əliyev: Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir

Prezident İlham Əliyev “X” sosial media hesabındakı paylaşımında bildirib ki, Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı. Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Dünya liderləri narahatlıqlarını bildirdilər...

Almaniya kansleri Fridrix Merts də ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda qatıldığı qəbulda baş verən atışmanı qətiyyətlə pisləyib. “Zorakılığın demokratiyada yeri yoxdur. Biz qərarları silah gücü ilə deyil, səs çoxluğu ilə qəbul edirik. Mən Vaşinqtondakı hücum cəhdini pisləyirəm və Prezident Trampın, birinci xanım Melaniya Trampın və orada olan hər kəsin təhlükəsiz olduğuna şadam”, Merts “X”-da yazıb.

Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyində baş verən səhnələrdən dəhşətə gəldiyini söyləyib. “Demokratik təsisatlara və ya mətbuat azadlığına edilən hər hansı bir hücum ən sərt şəkildə pislənməlidir”,- deyə Britaniya Baş naziri vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron hücumu “qəbuledilməz” adlandırıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də zorakılığın heç bir halda siyasətdə yeri olmadığını bildirib. Öz növbəsində, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas mətbuat azadlığına həsr olunmuş tədbirin qorxu yerinə çevrilməməli olduğunu yazıb.

İspaniyanın Baş naziri Pedro Sançes də hücumu pisləyib. “Zorakılıq heç vaxt cavab deyil. Bəşəriyyət yalnız demokratiya, birgəyaşayış və sülh yolu ilə irəliləyəcək”, - deyə o yazıb.

İsrailin Baş naziri Benyamin Netanyahu, özü və həyat yoldaşının Trampa qarşı sui-qəsd cəhdindən sarsıldığını söyləyib. Kanadanın Baş naziri Mark Karni də hər kəsin təhlükəsiz olduğuna görə rahatlıq duyduğunu qeyd edib: “Siyasi zorakılığın heç bir demokratiyada yeri yoxdur və mənim fikirlərim bu narahatedici hadisədən şoka düşənlərin hamısı ilədir”.

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Aprel 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see318

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see244

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see240

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see219

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see211

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see209

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see206

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see201

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see200

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see194

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see187

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see181

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see181

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see180

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see171

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see171

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see168

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see166

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see166

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri